Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Nabran
Nabran — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir. Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub.
Nazran
Nazran — (Rusça: Назра́нь; İnguşça: Наьсара, Nesara), Rusiya Federasyasının İnquşetiya Respublikasında şəhər. I. Dünya Müharibəsindən sonra qurulan Dağlılar Respublikasının bir müttəd paytaxtı olmuşdur.1991–2002 arasında İnquşetiya Respublikasının paytaxtıydı. Sonra Maqas şəhəri paytaxtı oldu və Nazran ölkənin ən böyük şəhəri olaraq qaldı.
Nuxrat
Nuxrat və ya Vyatka (tatar. Нократ, Noqrat, çuvaş Нухрат, Nuxrat, mar. Виче, Viçe, d.mari Вичӹ, Viçı, udm. Ватка́, Vatka, rus. Вятка, Vyatka) — Rusiyanın Avropa hissəsində bir çay, Çolman çayının (İdil basseyni) ən böyük sağ qolu və ölçüdə Belayadan sonra ikinci. Çayın uzunluğu 1314 kilometrdir, ümumi sahəsi isə 129 000 km².
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Ammonium nitrat
Ammonium nitrat – NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur. == Tarixi == İlk dəfə 1659-cu ildə İohan Qlauber tərəfindən kəşv edilmişdir. == Fiziki xassələri == Ammonium nitrat ağ kristal maddədir. Suda çoxyaxşı həll olur: 100 q buzlu (oC) suda 118,3 qram, 20oC-də 192 qram, 30oC-də 241,8 qram, 50oC-də 384 qram, 80oC-də 580 qram, 100oC-də 871 qram. Həmçinin, ammonium nitrat ammonyak, piridin, metanol, etanolda həll olunur. Detonasiyanın sürəti 2570 m/s. Normal atmosfer təzyiqində NH4NO3 kristalları üçün bir neçə modifikasiya mövcuddur. Adi şəraitlərdə rombik kristallik qəfəs stabildir. O, 32,2oC-dən yuxarı temperaturda digər rombik, parametrləri kəskin dəyişmiş formaya keçir. 82,2oC-dən yuxarı temperaturda tetraqonal, 125,8oC-dən yuxarı temperaturda kubik forma stabildir.
III Baqrat
III Baqrat (960 — 7 may 1014, yaxud 1015) — birləşmiş Gürcüstanın çarı (978 — 7 may 1014, yaxud 1015). Baqrationilər nəslinin nümayəndəsi olmaqla, ana tərəfdən anasodilərdən – abxaz knyaz və çarlarının nəslindən idi. == Qeydlər == == Mənbə == Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
IV Baqrat
IV Baqrat (gürc. ბაგრატ IV) (1018 – 24 noyabr 1072) Baqrationilər sülaləsinin bir üzvüdür. 1027–1072 illərdə Gürcüstan kralı olmuşdur. Uzun və hadisəli hakimiyyəti illərində Gürcüstan hakimiyyətini Bizans imperiyasından və Səlcuqlulardan qorumağa çalışdı. Bir sıra daxili qarşıdurmalar nəticəsində Baqrat Liparitidlər sülaləsindən olan ən güclü vassalları və rəqibləri məğlub edərək bir çox qapalı feodalları nəzarət altına aldı. Lorri və Kaxeti şahları, Tiflis əmirinin təsirini azaltdı. Bir çox Qafqaz hökmdarları kimi Nobelissimos, Kuropalatis və Sebastos kimi Bizans adlarına da sahibdir. == Hökmdarlığın erkən dövrü == Gürcüstan kralı I Giorginin (1014–1027) ilk həyat yoldaşı Məriyəmin oğlu idi. Atası tərəfindən Bizans imperiyasına qarşı müharibənin itirilməsindən sonra 1022-ci ildə Bizans imperatoru II Basileios (976–1025) üç yaşında girov götürüldü. Gənc Baqrat üç ili imperiya paytaxtı olan Konstantinopolda Bizans sarayında keçirdi və 1025-ci ildə sərbəst buraxıldı.
I Baqrat
I Baqrat (İmereti çarı) — İmereti çarı. I Baqrat — Abxaziya çarı. I Baqrat — Tao çarı.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzuna deyilir. == Təbiətdə tapılması == Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. == Fiziki xassələri == Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. == Alınması == Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Kayrat FK
Kayrat – Qazaxıstanın futbol klubu.
Nabran bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Naziat Surəsi
79-cu surə
Nazran rayonu
Nazran rayonu (inquş Наьсарен район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Nazran şəhəridir (rayonun tərkibinə daxil deyil). Nazran rayonu İnquşetiya Respublikasının mərkəzi və qərb hissəsində yerləşir. Şimalda Malqobek rayonu, şərqdə - Sunja rayonu və Karabulak şəhər dairəsi, qərbdə Şimali Osetiya Respublikasının Priqorodnı və Pravoberejnı rayonu ilə həmsərhəddir. Nazran və Magas şəhər dairələrinin bəzi əraziləri Şimali Osetiya, digər əraziləri isə Nazran rayonunun ərazisi ilə həmsərhəddir. Şəhər dairəsi ərazisinin konfiqurasiyasına Nazran rayonu iki hissədən ibarətdir. Dolakovo, Kantışevo və Qeyirbek-Yurt kəndlərinin yerləşdiyi qərb hissə, Kambileevka çayının vadisində (cənubda) və Sunja silsiləsinin yamaclarında (şimalda) yerləşir. Əhalinin əksər hissəsi burada çay vadisində yaşayır. Silsilənin ətəyində yalnız kiçik bir kənd - Qeyirbek-Yurt yerləşir. Sunja silsiləsindən cənubda, aşağı dağlıq ərazidə yerləşir (Dosu-Barz, 579.8 m).
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Nuxrat Alanı
Nuxrat Alanı (tatar. Noqrat Alanı, Нократ Аланы, mari Виче Алан) ya da Vyatskiye Polyanı (rus. Вятские Поляны) — Rusiya Federasiyasının Kirov vilayətində yerləşən şəhər.
Qallium nitrat
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qayrat FK
Kayrat – Qazaxıstanın futbol klubu.
Ramil Nabran
Ramil Akif oğlu Şamilli (8 noyabr 1977, Bakı) — musiqiçi, Reper. Ramil Akif oğlu Şamilli 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadəcə 2005-ci ildə Nabran repi ona uğur gətirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb. Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. 34 yaşında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu istedad oğlu Ramilə də keçib. Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi. 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub. 1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.