Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vardenis
Basarkeçər, Vardenis — Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi. Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır.
Naydyonış adası
Naydyonış adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Ondan Uzkiy boğazı ilə ayrılır. Maksimal hündürlük 44 metrdir. Yüksəklik adanın cənubunda yerləşir. Mərkəzində hündürlük 24, şimalında isə 31 metrdir. Şimal-şərqində elədə böyük olmayan yarımada vardır. Gildən təşkil olunmuşdur. Adada bir necə iri göl vardır ki, onlardanda çaylar başlayır.
Vardenis (dəqiqləşdirmə)
Vardenis — Basarkeçər şəhərinin 1969-cu ildə dəyişdirilmiş adı. Vardenis rayonu — Basarkeçər rayonunun 1969-cu ildə dəyişdirilmiş adı. Vardenis — Abaran rayonundakı Güllücə kəndinin 15.06.1946-cı ildə dəyişdirilmiş adı.
Vardenis rayonu
Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir. Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
Salihə Aydəniz
Salihə Aydəniz (1973, Ergani, Diyarbəkir ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Salihə Aydəniz 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. Peşə Sağlamlıq Liseyinindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Mardin ilinin Dargeçit ilçəsində tibb bacısı olaraq çalışıb. DBP, HDP və DEM üzvü olub. 2019-2023-cü illərdə Bölgələr Partiyasının (BDP) həmsədri olub. 2018-ci ildə Diyarbəkir ilindən, 2023-cü ildə isə Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM İnzibati nəzarətçisi vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq anasıdır.
Co Baydenin prezidentliyi
Co Baydenin prezidentliyi onun 20 yanvar 2021-ci ildəki andiçməsi ilə başlayıb. Delaver ştatından olan və daha əvvəl Barak Obamanın prezidentliyi dövründə vitse-prezident kimi çalışan Demokrat Bayden o vaxt vəzifədə olan Respublikaçı prezident Donald Trampa 2020-ci il prezident seçkilərində qalib gələrək ABŞ-nin 46-cı prezidenti seçilmiş və bununla da Donald Trampın rekordunu təzələyərək ABŞ-nin ən yaşlı prezidenti olmuşdur. Baydenin vəzifəyə gəldiyi dövrdə ABŞ-də COVID-19 pandemiyası, iqtisadi böhran və siyasi qütbləşmə mövcud idi.