Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaliçnik
Qalinçik (mak. Галичник, alb. Galiçnik/Galiçniku) — Şimali Makedoniyanın ərazisində yerləşən dağ kəndi. Lazaropolla birlikdə Miyasyaya aid ən iri və qədim kənddir. Qaliçnikdə ənənəvi arxitektura, həmçinin kənd meydanındakı anfiteatr öz mövcudluğunu qoruyub saxlayır. Kənd ətraf əraziləri və təbiət qoruğu ilə məşhurdur. Bölgədə istehsal edilən yerli sarı kaşkaval adlanan pendir yüksək qiymətləndirilir. Bununla yanaşı bölgədə ənənəvi olan duzlu yerli ağ pendir də vardır. Kənd Bıstraya dağının ətəklərində, Mavrov su anbarından və Lazarev Zori qış istirahət məkanından 10 km aralıda yerləşir. Qəsəbə Miyasiya adlı tarixi etnoqrafik regionda yerləşir.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Nalçik Cümə Məscidi
Nalçik Cümə Məscidi (kab.-çərk. Налшык и курыт мэжджытqaraç.-balk. Налчыкъ орта межгит) — Kabarda-Balkar Respublikasının Nalçik şəhərinin əsas mərkəzi cümə məscidi. Nalçik Cümə Məscidi şəhər meydanlarından birində, Şogentsukov prospekti ilə Osetinskaya küçəsinin kəsişməsində yerləşir. Məscidin rəsmi ünvanı Şoqençukov prospekti, 41-dir. Məscidin dizayn layihəsi memar Andrey Asanovdur. Məscid layihəsi Nalçik şəhəri rəhbərliyi tərəfindən Rusiya Memarlar İttifaqının Kabardino-Balkar təşkilatı ilə birlikdə keçirilən müsabiqədə seçilib. Nalçik şəhərində yeni bir məscidin inşasına 2000-ci ilin əvvəllərində keçmiş Yunost kinoteatrının yerində başlanmışdır. Daxili və xarici bəzək işlərində əsasən yerli daş və daşı təqlid edən süni materiallardan istifadə edilmişdir. Nalçik Cümə Məscidi rəsmi olaraq 20 May 2004-cü ildə ibadətçilərin üzünə açılmışdır.
Nalçik şəhər dairəsi
Nalçik şəhər dairəsi (kab.-çərk. Налшык къалэ округ, qaraç.-balk. Нальчик шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Nalçik şəhəridir. Nalçik şəhər dairəsi respublikanın şimal hissəsində, Nalçik çayının hər iki sahilində yerləşir. Şəhər dairəsinin iqlim rütubətli, mülayimdir. Yayı isti və sərin, qışı isə az qarlıdır. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhər dairəsinin iqliminə nəzərə çarpacaq dərəcədə təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır. Havanın orta temperaturu iyulda + 25 ° ...
Nalçik-Orconikidze əməliyyatı (1942)
Nalçik-Orconikidze əməliyyatı — faşistlərin Nalçik və Orconikidze vasitəsi ilə, Qroznı, Tiflis və Bakıya soxulmasının qarşısını almaq üçün 25 oktyabr - 12 noyabr 1942-ci ildə Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupunun keçirdiyi əməliyyat. Alman komandandanlığı, Qroznı neft rayonuna Malqobek platsdarmından və Elxot qapıları vasitəsilə uğursuz soxulmaq cəhdlərindən sonra bu məqsədə Nalçik və Orconikidzedən keçməklə nail olmaq qərarına gəldi. Orconikidze rayonuna çıxmaqla Qroznıya Sunja çayı vadisi, Tiflisə isə Hərbi-Gürcüstan yolu vasitəsilə çıxmaq qərara alınır. Almanların "A" ordular qrupunun 1-ci tank ordusu gizli yenidən qruplaşdırılaraq 25 oktyabrın sonuna qədər əsas qüvvələrini Nalçik istiqamətində cəmləşdirə bildi. Bu zaman Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupu(komandan general-leytenant İ.İ. Maslennikov), rəqibin yenidən qruplaşmasını aşkar etməyərək, onun qoşunlarını məhv etmək məqsədi ilə, Terekin sağ tərəfinə Malqobek, Elxotovo, Mayskiy rayonlarına hucumla daxil olmağı və Terek böyu müdafiəni bərpa etməyi hazırlaşırdı. Sovet qoşunları Malqobek rayonunda rəqibi piyada və artilleriyada üstələyirdilər, amma tank və aviasiyada üstünlük almanların tərəfində idi. 37 -ci ordunun müdafiə etdiyi Nalçik istiqamətində, almanlar iki tank və bir mühhərikli(200 tank) diviziya cəmləşdirdilər. Yarılma sahəsində almanlar piyada qüvvələrdə üç, artilleriyada isə on qat üstünlüyə malik idilər. 25 oktyabrda səhərdən güclü artilleriya və aviasiya hazırlığından sonra hucuma keçdilər. 37-ci ordunun müdafiəsini yararaq, oktyabrın 28-də Nalçiki tutdular.