Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palomar Rəsədxanası
Palomar Rəsədxanası (ing. Palomar Observatory) — Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən rəsədxana. Rəsədxana Kaliforniya Texnologiya İnstitutunun tabeliyində fəaliyyət göstərməkdədir. Bundan əlavə, rəsədxana JPL və Kornell Universiteti ilə ortaq tədqiqat fəaliyyəti göstərir. Rəsədxanada 5,1 metr güzgüyə sahib Heyl və 1,2 metr güzgüsü olan Samuel Oşin teleskopu da daxil olmaqla müxtəlif teleskoplar fəaliyyət göstərir. Optik teleskoplarla yanaşı, rəsədxanada 1936-cı ildən qalma 0,4 m güzgüyə sahib infraqırmızı test teleskopu kimi tarixi teleskoplar da vardır. == Həmçinin bax == Mayk Braun Çad Truyillo David Rabinoviç Makemake (cırtdan planet) == Xarici keçidlər == Caltech Astronomy: Palomar Observatory Arxivləşdirilib 2019-12-29 at the Wayback Machine Palomar Skies, news and history written by Palomar public affairs coordinator Scott Kardel The SBO Palomar Sky Survey Prints Palomar Observatory Clear Sky Clock Forecast of observing conditions.
Salamat (Bukan)
Salamat (fars. سلامت‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (61 ailə).
Xalimat Bayramukova
Xalimat Bayramukova (15 avqust 1917, Xurzuk, Kuban vilayəti[d] – 8 noyabr 1996, Çerkessk) — Sovet şairi, nasir, dramaturq, 1939-cu ildən Yazıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 1917-ci il avqustun 15-də Qaraçay-Çərkəz Respublikasının qədim Qaraçay Xurzuk kəndində anadan olmuşdur. Pedaqoji İnstitutunda oxuyur, sonra M. Qorki adına Ədəbiyyat İnstitutunu və Moskvada Ali Ədəbiyyat Kurslarını bitirir. Müharibə illərində 2436 saylı evakuasiya xəstəxanasında tibb bacısı, komsomol təşkilatının katibi olur. Rayon qəzetinin məsul katibi, Qaraçay yazıçılar təşkilatının birinci məsləhətçisi, Qaraçay-Çərkəz kitab nəşriyyatının baş redaktoru olur. 10 ildən artıq Qaraçay-Çərkəz yazıçılar təşkilatına rəhbərlik etmişdir. == Yaradıcılığı == 1935-ci ildən, yəni 18 yaşı tamam olandan rayon “Qızıl Qaraçay” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra bu qəzetin səhifələrində onun “Ölkəmə” adlı ilk şeiri dərc olunur. Xalimat Bayramukova 14 şeir toplusunun, dörd romanın, beş povestin və bir çox hekayənin, dörd qeyri-bədii kitabın, "Sonuncu sürgün" librettosu ilə ilk milli operanın, həmçinin “Ailəsiz gəlin” əsəri ilə ilk qaraçay musiqili komediyasının müəllifidir. Əsərləri dünyanın əlli dilində nəşr olunmuşdur.
Dalmat birəotu
Paloma Kosta
Paloma Kosta (port. Paloma Costa) — Braziliyalı hüquq tələbəsi, sosioekoloq, velosiped fəalı, iqlim müəllimi və gənclərin səfərbərçisi. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş tərəfindən İqlim Böhranı ilə Mübarizə və İqlim Dəyişikliyinin Qarşısının alınması üzrə Qlobal Fəaliyyət üzrə Gənclər Məsləhətçi Qrupuna təyin edilmiş yeddi gənc iqlim liderindən (18-28 yaş) biridir. == Fəaliyyəti == 2019-cu ildə Paloma Kosta Qreta Tunberq ilə birlikdə Nyu-Yorkda İqlim Fəaliyyəti Sammitinin açılışında çıxış edir. Çıxışı bəziləri tərəfindən dindən kənar kimi qiymətləndirilən "Bizə duaya ehtiyacımız yoxdur, hərəkətə ehtiyacımız var" ifadəsi tənqidlərə səbəb olur. Müsahibədə Kosta bildirir ki, “dünyada heç bir pul müqabilində” Amazonda meşələrin qırılmasına yardım edən bir şirkətdə işləyəcək. Üstəlik, mal əti tədarük zənciri ilə meşələrin qırılması arasındakı əlaqəni öyrənən kimi ət yeməyi dayandırmaq qərarına gəlir. O, həmçinin deyir ki, bacardıqca gündəlik gediş-gəlişi üçün velosipedindən istifadə edir, həmçinin bəzən əyləncələrə gedir. O, Angela Merkel və Mişel Baçelet ilə qısa söhbət etdiyini, öz ölkəsinin Jair Bolsonaru administrasiyasının heç bir nümayəndəsinin onuna söhbətləşmək istəmədiyini bildirir. Kosta Çili universitetində keçmiş mübadilə tələbəsidir və Çili Ali Məhkəməsində təlim keçmişdir.
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.