sif. və
zərf [
ər. ]
1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat.
[Qurban:] Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. A.Şaiq.
[Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov.
□ Salamat çıxmaq – sağ qalmaq, diri qalmaq, ölməmək; salamat qurtarmaq.
[İlyasın dayısı:] Tərlan olmasaydı, mən o axırıncı döyüşdən salamat çıxmayacaqdım. Ə.Məmmədxanlı.
Salamat qalmaq –
1) ölməmək, sağ qalmaq, yaşamaq, xilas olmaq, xətərdən qurtarmaq.
Bir müddət sonra isə Kərimxanın salamat qalan yoldaşları [Xavərə] əl tutmağa başlamışdı. M.İbrahimov;
2) bütöv qalmaq, sağ qalmaq, toxunulmaz qalmaq; zədəsiz, nöqsansız olmaq, dağılmamaq.
Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvardılar və kəndin salamat qalmış ( f.sif. ) yeganə çırağını da [şairə] bağışladılar. Ə.Məmmədxanlı.
Salamat qurtarmaq – bax
salamat qalmaq 1-ci mənada.
Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb. “Koroğlu”.
Odların içinə düşür, çox zaman; Salamat qurtarır ölməz qəhrəman. M.Rahim.
Uşaq salamat qurtaranda elə bil dünya bizim olub. Mir Cəlal.
2. məc. Sağlam, gümrah.
O, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə.
◊ Salamat qalın! – görüşüb ayrılarkən qalan adama (adamlara) deyilən əlvida ifadəsi.
Bəlkə bu yerlərə bir də gəlmədim; Duman, salamat qal, dağ, salamat qal. M.Araz.
Salamat yer qalmamaq – hər yeri, hər tərəfi zədələnmək, yaralanmaq. Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əynindəki paltar didik-didik olmuşdu.
Bədənində salamat yer qalmamışdı. İ.Şıxlı.
Salamat yer qoymamaq – hər yerini, hər tərəfini əzişdirmək, zədələmək, yaralamaq, yaxud dağıtmaq, korlamaq, bərbad hala salmaq. [Məhbusi:] Yavaş, Kərimxan, qardaşım, yavaş.
Bişərəflər məndə salamat yer qoymadılar. M.İbrahimov.