Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Herero və Namaka soyqırımı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Namazgah
Namazgah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd “Lahıc” turizm zonasında, “İsmayıllı-Lahıc” şossesinin kənarında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 136 nəfər yaşayır ki, onun da 65 nəfəri kişi, 71 nəfəri isə qadındırdir. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə kafe fəaliyyət göstərir. Kənddən Müdrü çayı boyunca Nanıc, Müdri, Bağəli, Müdrəsə, Pirəqanım kəndlərinə piyada və at yolu vardır. Kənddə “Namazgah” mineral süfrə suyu istehsal olunur.
Yamayka
Yamayka (ing. Jamaica [dʒəˈmeɪkə]) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Elcan Namazov
Eldar Namazov
Eldar Namazov (23 dekabr 1956, Ağstafa) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti. == Həyatı == Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974–1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir. 1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var. == İctimai-siyasi fəaliyyəti == Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur. Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.
Elməddin Namazov
Elvin Namazov
Fikrət Namazov
Fikrət Rauf oğlu Namazov (1 noyabr, 1957, Qazax şəhəri - 15 iyun, 2020, Bakı şəhəri) — Tibb elmləri namizədi, dosent. == Həyatı == Fikrət Rauf oğlu Namazov 1 noyabr 1957-ci ildə Qazax şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə 1 sayli orta məktəbi qızıl medalla bitirib. 1975-1981-ci illərdə Azərbaycan Tibb İnstitutunda Müalicə-işi ixtisası üzrə təhsil alıb. 1981-1982-ci illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında Həkim-interna kursu keçib. 1988-ci ildə Ukrayna Respublikasında Həkimlərin Təkmilləşdirmə İnstitutunda Onkologiya üzrə birincili təkmilləşmə kursu, 1988-ci ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 2-ci dərcəli həkim kursu,1989-cu ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 1-ci dərcəli həkim kursu,1995-ci ildə Milli Onkologiya Mərkəzində Ali dərəcəli həkim kursu keçmişdir. 1997-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dissertantı olub. Çoxlu sayda elmi-tədqiqat əsərinin müəllifidir. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == 1982-1984-cü illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında həkim işləyib.
Kinqston (Yamayka)
Kinqston (Kingston) — Yamaykanın paytaxtı və əsas portu. Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir. Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi.
Mahmud Namazov
Malik Namazov
Mayko Nakaoka
Mayko Nakaoka (d. 15 fevral 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Mübariz Namazov
Mübariz Bəndi oğlu Namazov (2 dekabr 1952) — Azərbaycan riyaziyyatçısı. 1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. Hal-hazırda Bakı şəhəri Texniki Humanitar liseyində dərs deyir.
Müsədin Namazov
Müsədin Əhməd oğlu Namazov (4 avqust 1963, Düzəyrəm, Kaxetiya) — Azərbaycan Respublikasının əməkdar memarı, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru. Müsədin Namazov 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970–1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb. O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir. M. Ə. Namazov ali təhsilini tamamladıqdan sonra "Azərdövlətlayhə" İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır. O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur. Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenidən "Azərdövlətlayihə" İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988–1990), aparıcı memar (1990), qrup rəhbəri (1990–1993), layihənin baş memarı (1993–2007), 2 nömrəli Emalatxananın rəisi (2007–2009), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009–2011) olmuşdur. M. Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır. O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ-nin direktoru təyin olunmuşdur. Müsədin Namazov 27 may 2014-cü ildə fövqəladə hallar nazirinin əmri ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Namakzar gölü
Namakzar gölü (fars. نمکزار‎) — İranın Cənubi Xorasan və Xorasan-Rezavi ostanlıqları, Əfqanıstanın isə Herat vilayəti ərazisində yerləşən göl. Gölün su səthinin sahəsi 800 km², dərinliyi 1,0 m və su tutumu isə 400 milyon kub metr təşkil edir. Bu əsasən ilin rütubətli dönəmində müşahidə edilir. Göl əsasən çaylarla qidalanır. Atmosfer yağıntıları isə qidalanmasında az iştirak edir. Göl dəniz səviyyəsindəm 596 metr yüksəklikdə yerləşir. Namakzar gölü İran yaylasının mərkəzində yerləşir. Burada geoloji çökəklik rolunu oynayır. Namakzar gölü hidroloji baxımından sistan su toplayıcı hövzəsinə aiddir.
Orxan Namazov
Pterocles namaqua
Cənubi Afrika bağrıqarası (lat. Pterocles namaqua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Qara Namazov
Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu‎; 8 may 1930, Əmirxeyir – 11 may 2016, Bakı) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989), Bakı Dövlət Universitetinin "Dədə Qorqud" ETL-in rəhbəri, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, "Şöhrət" ordeni laureatı. Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir. Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir. Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir.
Qurban Namazov
Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi. Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir. 1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir. 1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir. 1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır. 1976-cı ildə valideynlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır. 1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir. 1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Qəmbər Namazov
Qəmbər Kazım oğlu Namazov (25 avqust 1932, Güllübulaq, Amasiya rayonu – 6 dekabr 2013) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Professor Qəmbər Kazım oğlu Namazov 25 avqust 1932-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda Güllübulaq kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Güllübulaq kənd orta məktəbinigümüş medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika –riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. O, 1957-ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Q. K. Namazov birinci elmi işini hələ tələbə olarkən yazmış və 1957-ci ildə Tbilisi şəhərində keçirilən tələbə və aspirantların Umumittifaq konfransında məruzə ilə çıxış etmişdir. Həmin iş SSSR Ali Orta ixtisas Təhsili Nazirliyinin "Tərifnamə"-si ilə mükafatlandırılmış və 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının "Məruzələrində" çap edilmişdir. Universitetdə təhsilini başa vurduqdan sonra, 1957-ci ildə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda işə göndərilmiş və elə həmin il orada aspiranturaya qəbul olduqdan sonra, institut rəhbərliyi onu çox perspektivli bir gənc kimi aspiranturada təhsilini davam etdirmək üçün S. V. Lomonosov adına Moskva Dövlət Universitetinə ezam etmiş, orada "Diferensial tənliklər" kafedrasında akademik O. A. Oleynikin rəhbərliyi altında namizədlik dissertasiyasını yazmışdır. Q. K. Namazov 1960-cı ildən 1962-ci ilədək Az. SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi, 1962-ci ildən 1966-cı ilə qədər isə həmin institutda böyük elmi işçi vəzifəsində çalışmışdır. Q. K. Namazov 1966-cı ildə müsabiqədən keçərək ADU-nun "Diferensial və tənliklər" kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
Məmməd Namazov
Yamayka maronları
Yamayka maronları — Yamaykada yaşayan xalq. Onlar Yamayka koloniyasında köləlikdən qurtulmuş və adanın dağlıq daxilində, ilk növbədə şərq kilsələrində azad qara insanlardan ibarət icmalar quran afrikalılardan törəmişdilər. İspanların Yamayka üzərində hökmranlığı zamanı (1493–1655) əsarət altına alınan afrikalılar belə qaçqın icmalarını ilk yaradanlar ola bilər. Onlar həmçinin, Syerra-Leonedə kreol etnik kimliyini formalaşdırmışdılar.