Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Nasos
Nasos - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. ==== Tarixi ==== Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Tanos
Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır. Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür. Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə, Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir. == Yaradılması == Yazıçı-rəssam Cim Starlin Tanos personajını hələ kollecdə psixologiya oxuyarkən fikirləşmişdir. O, personajın görünüşü üçün Cek Körbinin Darksayd personajından ilhamlandığını etiraf etmişdir.Tanos ilk dəfə 1973-cü ildə "Iron Man" komiksinin 55-ci sayındakı bir hekayədə peyda olmuşdur.
Accipiter nanus
Accipiter nanus (lat. Accipiter nanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Banoş Abbasova
Banoş Cəfərqulu qızı Abbasova (1 fevral 1918, Naxçıvan qəzası – 22 yanvar 1995, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — Sovet Azərbaycanı tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Banoş Abbasova 1918-ci ildə İliç rayonunun Xok kəndində anadan olmuşdur. 1971-ci ildə M.Əzizbəyov adına kolxozda kolxozçu və manqabaşçısı olmuş, 1971–1974-cü illərdə Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə 3,5 hektar ərazinin hər hektarından 25,6 sentner "Tık kulak" tütün sortunu yığmışdır. 1 iyul 1949-cu ildə tütünçülüyün inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və qızıl "Oraq və Çəkic" medalı ilə təltif olunmuşdur. 1974-cü ildə ittifaq əhəmiyyətli təqaüdçü oldu. Banoş Abbasova 22 yanvar 1995-ci ildə Şərur rayonunda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Echinops nanus
Echinops nanus (lat. Echinops nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Erigeron nanus
Erigeron nanus (lat. Erigeron nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Euonymus nanus
Euonymus nanus (lat. Euonymus nanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
János Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.
Lupinus nanus
Lupinus nanus (lat. Lupinus nanus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Nanas (Urmiya)
Nanas (fars. ناناس‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 500 nəfər yaşayır (105 ailə).
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Ricinus nanus
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Senecio nanus
Senecio nanus (lat. Senecio nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Tanos Mikruçikos
Tanos Mikruçikos (13 aprel 1947, Patras Yunanıstan — 28 dekabr 2019, Afina, Yunanıstan) — bəstəkar və siyasətçi. == Həyatı == Tanos Mikruçikos 13 aprel 1947-ci ildə Yunanıstanın Patras şəhərində anadan olmuşdur. 1994-1996-cı illərdə Mədəniyyət Naziri vəzifəsini icra etmişdir. Haris Alexiou'nun ifa etdiyi Mia Pista Apo Fosforo (ΜΙΑ ΠΙΣΤΑ ΑΠΟ ΦΩΣΦΟΡΟ) adlı mahnının bəstəkarıdır. Bu mahnı Azərbaycanın Xalq Artisti Aygün Kazımova tərəfindən şairə Xanım İsmayılqızının sözlərinə Vətən anadır olaraq səsləndirilmişdir.
Yanos Yakab
Yanos Yakab (23 iyul 1986) — Macarıstannı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yanos Yakab Macarıstannı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yanoş Ader
Yanoş Ader (mac. János Áder, 9 may 1959) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti. == Həyatı == Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur. 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu. == Siyasi fəaliyyəti == Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır: 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur.O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi. 23 yanvar 2012-ci ildə Avropa Komitəsinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsinin sədr müavini seçildi.
Yanoş Aran
Yanoş Aran (mac. Arany János; 2 mart 1817[…], Salonta[d], Bihor judeçi – 22 oktyabr 1882[…], Budapeşt) — Macarıstan jurnalisti, yazıçısı, şairi və tərcüməçisi. Ona tez-tez "balladaların Şekspiri" deyə xitab edirdilər – ən məşhur əsəri olan "Toldi trilogiyası" da daxil olmaqla yazdığı 102-dən çox ballada 50-yə yaxın dilə tərcümə edilmişdir. == Həyatı == Avstriya imperiyasının Macarıstan Krallığında Salonta şəhərində anadan olmuşdur. Evin 10 övladından ən balacası idi, lakin ailədə mövcud olan vərəm xəstəliyinə görə bu uşaqlardan yalnız ikisi sağ qaldı. Anadan olanda böyük bacısı Sara artıq ailəlidi idi və valideynləri Aran və Sara Meqyerin 60 və 44 yaşları vardı. Yanoş erkən yaşlarında yazmağı və oxumağı öyrənmişdi; deyilənlərə görə kiçik yaşlarından macar və latın dilində oxumağı bacarırdı. Ailəsinin ehtiyac içində olduğu üçün 14 yaşından müəllim köməkçisi kimi işləməyə başladı. 1833-cü ildə Debreçen Universitetində alman və fransız dillərində təhsil almağa başladı, lakin tezliklə elmi həyatdan yoruldu və müvəqqəti olaraq bir aktyor truppasına qoşuldu. Daha sonra isə Salonta, Debreçen və Budapeşt şəhərlərində müəllim, qəzet redaktoru və katib vəzifələrində fəaliyyət göstərdi.
Yanoş Bayayi
Yanoş Boyayi (d. 25.12.1802 – ö. 27.01.1860) — Macar alimi, riyaziyyatçısı. == Həyatı == Paralel xətlər haqqında Evklid aksiomunu isbat edən adam Yer kürəsi boyda briliyanta layiqdir. Farkaş Boyayi Yanoş Bayayi 15 dekabr 1802-ci ildə Kolojvar şəhərində, indiki Kluj-Napokan şəhərində Farkoş Boyanin ailəsində anadan olmuş macar riyaziyyatçısıdır. Onun atası Farkaş Boyayi K.F.Qausun dostu olmuş, onlar bir yerdə Höttingen universitetini bitirmişdilər. Yanoş fitri istedad sahibi idi. 13 yaşı olarkən o artıq planimetriya, stereometriya, triqonometriya, konik kəsiklər nəzəriyyəsi, diferensial və inteqral hesabını öyrənib böyük həvəslə daha mürəkkəb məsələlər üzərində düşünürdü. Evkilidin "Əsaslar" ını mütaliə edən Yanoş 5-ci postulat haqqında atasından belə bir söz eşitdi: Paralel xətlər haqqında Evklid aksiomunu isbat edən adam Yer kürəsi boyda briliyanta layiqdir. 1848-ci ildə Yanoş, çürük Avstriya-Macar imperiyasında gələcək inqilablar barədə yazırdı.
Yanoş Baçanyi
Yanoş Baçanyi (mac. Batsányi János; 9 may 1763, Tapolça[d], Zala[d] – 12 may 1845[…], Lins, Ens[d]) — macar şair. == Həyatı == 1875-ci ildə ilk əsəri olan "Macarların valoru" adlı vətənpərvər ruhda yazılmış poemasını nəşr etdirdi. Həmin ildə Macarıstanın Koşitse şəhərinin xəzinəsində katib kimi işləməyə başladı və burada digər iki macar patriotu ilə birlikdə 1792-ci ildə hökumət tərəfindən fəaliyyəti dayandırılan Magyar Museum qəzetini redaktə elədilər. Növbəti ildə onu katib işindən kənarlaşdırdılar və 1794-cü ildə İqnaç Martinoviçin sui-qəsdində iştirak etdiyi üçün Kufştayn qalasında yerləşən dövlət həbsxanasına saldılar; burada iki il qaldı. Həbsdən azad edildikdən sonra Magyar Minerva ədəbi qəzetinin səhmlərinin bir hissəsini əldə etdikdən sonra Vyanaya getdi və orada bir bankda vəzifəyə sahib oldu. Qabriel Baumberq ilə ailə həyatı qurdu. Dörd il sonra Napoleonun Macarıstana ünvanladığı müraciətnaməni tərcümə etdi və bu anti-Habsburq hərəkətinin nəticəsi olaraq Parisə sığınmaq məcburiyyətində qaldı. Napoleonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra onu avstraliyalılara təslim etdilər. Onların icazəsi ilə şəhəri heç vaxt tərk etməmək şərti ilə Linz şəhərində məskunlaşdı.
Yanoş Bolyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Yanoş Boyyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Yanoş Göröç
Yanoş Göröç (mac. Göröcs János; 8 may 1939 – 23 fevral 2020, Budapeşt) — hücumçu və yarımmüdafiəçi mövqelerində çıxış etmiş Macarıstan futbolçusu və məşqçisi. Ən çox "Uypeşt" klubundakı çıxışları ilə tanınır, daha sonra "Tatabanya" futbol klubunda oynayıb. Macarıstan millisinin formasıyla keçirdiyi 62 oyunda 19 qol vurmağı bacarmışdır. Macarıstan komandası ilə birlikdə Göröç 1960 Yay Olimpiya Oyunlarında bürünc medal qazandı. Karyerasını bitirdikdən sonra "Uypeşt" klubunun baş məşqçisi olaraq təyin olunmuşdur və 3 il bu vəzifədə çalışmışdır.
Yanoş Hunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.