Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Nanatsu şəlaləsi
Nanatsu şəlaləsi (七ツ滝, Nanatsu taki) – Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən şəlalə. Bonci çayının bir qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Şəlalənin adından da göründüyü kimi, şəlalə 100 metrlik datsit süxuru üzərində 7 axına bölünür. Şəlalə əvvəllər müqəddəs Deva dağına gedən həcc yolunun üzərində yerləşirdi.
Anatol Abraqam
Anatol Abraqam (fr. Anatole Abragam; doğum adı: Anatoli İzraileviç Abraqam, rus. Анатолий Израилевич Абрагам; 15 dekabr 1914[…] – 8 iyun 2011[…], Vitri-sür-Sen) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973). Abraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur.
Anatol Frans
Anatol Frans (fr. Anatole France; tam adı: Jak Anatol Fransua Tibo (fr. Jacques Anatole François Thibault); 16 aprel 1844[…], Paris – 12 oktyabr 1924[…]) — fransız yazıçı və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1921). Fransız yazıçısı Jak Anatol Fransua Tibo — Anatol Frans Parisdə doğulmuşdu. Atası tanınmış bukinist idi, əsasən Böyük Fransa inqilabına dair əsərlər üzrə ixtisaslaşmışdı. Onun "Libraire France" adlı kitab mağazası dövrün yaradıcı ziyalılarının tez-tez toplaşdığı yerlərdən biri sayılırdı. Ailənin yeganə övladı Anatol Fransın uşaqlıq illəri Sena sahilindəki bu mağazada, kitablar içərisində keçmişdi. Anatol Frans universitet təhsili almamışdı. Stanislas kollecini isə bir neçə dəfə imtahanlarda uğursuzluğa düçar olandan sonra çox çətinliklə 20 yaşında bitirmişdi. Ortabab şagird kimi tanınsa da, latın və yunan müəlliflərini həvəslə oxuyur, gözəl inşalar yazırdı.
Anatol Kuragin
Anatol Vasiliç Kuragin – Lev Tolstoyun “Hərb və Sülh” romanının, eyni zamanda roman əsasında çəkilmiş filmlərin və operanın qəhrəmanıdır. its various cinematic adaptations, and an operatic adaptation as well. Hərbçi olan Anatol, Elen Kuraginin qardaşıdır. Bacısının da köməyi ilə Anatol evli olmasına baxmayaraq, Nataşa Rostovanı yoldan çıxarır. Hətta Nataşa ona qoşulub qaçmaq da istəyir. Sonradan Anatol Napoleon müharibələri zamanı ayağını itirir. Romanın inkişaf etdirilməsi zamanı Tolstoy obrazın adının “Pyotr” olmasını və roman ərzində “tam bir təkamül yolu keçməsini” nəzərdə tutmuşdu. Anatole Shosttak served as the real life inspiration for the fictional Anatole Kuragin. Ester Polianovski Salaman yazır ki, “Tolstoy bütün digər obrazlarından fərqli olaraq, Anatolun xasiyyəti haqqında bizə yalnız bir məlumat verir: o, nadir halda nəsə edirdi.” 1956-cı ildə çəkilmiş ABŞ filmində Anatol obrazı Vittorio Gassman, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Vasili Lanovoy, 2007-ci ildə çəkilmiş mini serialda isə Almaniya aktyoru Ken Duken tərəfindən canlandırılmışdır.
Anatol südotu
Anatol südotusu
Anatol südotusu (lat. Polygala anatolica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinin südotu cinsinə aid bitki növü.
Nanatsu no Taizai
The Seven Deadly Sins və ya Yaponiyada tanınan adı ilə Nanatsu no Taizai (七つの大罪, azərb. Yeddi ölümcül günah‎) – Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyası. 2012-ci ilin oktyabrından Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunur və indiyə kimi 36 tankobon cildi buraxılmışdır. Manqa seriyası Orta əsrlər Avropasını xatırladan dünyada krallığa qarşı döyüşən və Yeddi ölümcül günahı təmil edən yeddi döyüşçüdən bəhs edir. Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır. Bununla yanaşı, Crunchyroll tərəfindən manqa rəqəmsal olaraq 170-dən çox ölkə üçün yayımlanmışdır. 2018-ci ilə qədər manqa seriyasının 28 milyon nüsxəsi nəşr olunmuşdur. 2014-2015-ci illərdə A-1 Pictures tərəfindən istehsal olunmuş 24 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. 2018-ci ildə isə ikinci mövsümü buraxılmışdır. 18 avqust 2018-ci ildə anime filmi adaptasiyası ekranlaşdırılmışdır.
Nanay dili
Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır. 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır. ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.
Anatol Kolline Makosso
Anatol Kolline Makosso (fr. Anatole Collinet Makosso; 1965, Point-Noyr) — Konqo Respublikasının hazırkı Baş naziri. Point-Noyrda müəllim işləyib. 1990-cı illərin əvvəllərində Kuilu departmentində siyasi məsləhətçisi, daha sonra Kuilu Departmenti Kabinetində direktor vəzifəsində çalışıb. 1998–2011-ci illərdə Prezident Deni Sassu-Nqessonun müşaviri olub. 2009-cu ildə Prezidentin qızı Edit Lüsi Bonqonun ölümündən sonra ona həsr etdiyi şeir və hekayələr toplusunu nəşr etdirdi. 2010-cu ildə Panteon-Assas Universitetində hüquq üzrə doktorluq dissertasiyasını tamamladı. Kolline Makosso 17 avqust 2011-ci ildə kiçik dəyişikliklə hökumətdə Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə təyin edildi. 25 avqust 2011-ci ildə postu sələfi Zaxari Kimpunidən aldı. 10 avqust 2015-ci ildə Kolline Makosso vəzifələrini İbtidai və Orta Təhsil, Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə təyin edildi.
Santöy (Val-d'Uaz)
Santöy (fr. Santeuil) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 578 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərb, Serji bələdiyyənin 13 km şimal-qərbdə yerləşir.
Santöy (Val-d’Uaz)
Santöy (fr. Santeuil) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 578 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərb, Serji bələdiyyənin 13 km şimal-qərbdə yerləşir.