Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naroç gölü
Naroç (belar. На́рач) — göl Belarusun Minsk vilayətinin Myadelski rayonu ərazisində yerləşir. Naroç gölü eyni adlı çayın hövzəsindədir. Göl ümumilikdə Naroçan göllər sisteminə daxildir: (Myastro, Batorino, Blednoye). Naroç gölü Naroçan göllər sisteminin və Belarusun ən iri böyük gölüdür. Onun su səthinin sahəsi 79,6 km²-dir. Ən dərin yeri 24,08 metrdir. Gölün uzunluğu 12,8 km, sahil xətti isə 41 km-dir. Su tutum sahəsi 710 milyon m³, gölün sahəsi isə 199 km² təşkil edir. Göldə ümumilikdə 22 növ balıq yaşayır.
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. == Alınması == Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. == Xassələri == Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. == İzomerləri == Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3 == Fiziki xassələri == Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Natron gölü
Natron gölü (ing. Natron, suah. Natron) — Tanzaniyanın şimalında, Keniya ilə sərhəddə Aruşa bölgəsində duzlu qələvi göl. Göl Böyük Rift Dərəsinin şərq hissəsi olan Qriqori riftində yerləşir. Natron gölü hövzəsi beynəlxalq Ramsar Konvensiyası ilə qorunur. Natron əsasən Şimali Keniyada minerallarla zəngin ərazidən başlayan Evaso Nqiro çayı ilə qidalanır. Gölün dərinliyi üç metrdən çox deyil və ilin vaxtından və suyun səviyyəsindən asılı olaraq sahil xəttini dəyişir. Gölün uzunluğu maksimum 57 km, eni isə 22 km-ə çatır. May-dekabr aylarında göl üzərində mövsümi yağıntılar düşür və 800 mm yağıntı alır. Bataqlıq ərazilərdə suyun temperaturu 50 dərəcə C-yə çata bilir və suyun səviyyəsindən asılı olaraq qələvilik pH 9-dan 10,5-ə qədər ola bilir.
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Naro-Fominsk
Naro-Fominsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.