Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Naroç gölü
Naroç (belar. На́рач) — göl Belarusun Minsk vilayətinin Myadelski rayonu ərazisində yerləşir. Naroç gölü eyni adlı çayın hövzəsindədir. Göl ümumilikdə Naroçan göllər sisteminə daxildir: (Myastro, Batorino, Blednoye). Naroç gölü Naroçan göllər sisteminin və Belarusun ən iri böyük gölüdür. Onun su səthinin sahəsi 79,6 km²-dir. Ən dərin yeri 24,08 metrdir. Gölün uzunluğu 12,8 km, sahil xətti isə 41 km-dir. Su tutum sahəsi 710 milyon m³, gölün sahəsi isə 199 km² təşkil edir. Göldə ümumilikdə 22 növ balıq yaşayır.
Naro-Fominsk
Naro-Fominsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Barkod
Barkod (ing. barcode) — marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar. Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin. Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12 ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər. İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Katod
Katod (yunanca χάθοδος - aşağıya hərəkət) — məbənin mənfi qütbü (qalvanik elementin, elektrik batareyası və s.) və ya cərəyanın mənfi qütbünə qoşulmuş hər hansı bir qurğunun elektrodudur. Elektroliz prosesi zamanı (məhluldan elementlərin alınması və onların sabit elektrik cərəyanı altında əriməsi) katod mənfi qütbdür, onun üzərində metalın bərpası baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir. == Mənbə == Qarayev, Z. Qeyri-üzvi kimya. Bakı: Maarif, 1983, 436s.
Narbon
Narbon (fr. Narbonne, oks. Narbona) — Fransanın Od (fr. Aude) departamentində qədim şəhər, Lion körfəzindən 12 km Aralıq dənizini Atlantik Okeanı ilə birləşdirən Cənubi Kanalın bir hissəsində yerləşir. Şəhər əhalisi 46510 nəfərdir (1999) == Tarix == Narbon (Colonia Narbo Martius) - Kolumbiya şəhərində ilk Roma koloniyası olan Naronia dan böyüyüb. O, dövrdə şəhər Aralıq dənizinin sahillərində dayanmış və mühüm dəniz limanı kimi xidmət etmişdir. İmperatorluq dövründə də bu, hərbi mərkəzi və Cənubi paytaxtı idi və ya Narbon Qallo şəhəri kimi hesablanırdı. Narbon döyüşündən sonra (436) Vestqot burada hökmranlıq ediblər. 719-759-cu ildə Narbon və ətraf ərazisi (lat. Septimania) məxsus idi.
Narca
Narca — Qax rayonu ərazisində dağ. == Haqqında == Narca - Qax rayonunun cənubunda Acınohur düzünü şimaldan əhatə edən dağın zirvəsidir. Hündürlüyü 444 metrdir. Narça variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oronim nar (bitki adı) sözündən və -ca (burada "yer, məkan" mənasında işlənmişdir) şəkilçisindən ibarət olub "nar kolları bitən yer, narlıq" deməkdir. Lakin bu söz Şərqi Sibir toponimiyasında nerça variantında "bələdçi", Ural toponimiyasında isə nar/ner/nör variantlarında "iti uclu dağ zirvəsi", "təpə, yüksəklik", "çıxıntı, burun" mənalarında işlənməkdədir.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Nahid
Nahid — kişi adı. Nahid Hacızadə — Azərbaycan yazıçısı Nahid Teymurzadə — İkinci Qarabağ müharibəsi şəhidi Nahid Mikayılov — Nahid Nəsirov — Nahid Ağalarov — Nahid Həsənov — Nahid İbrahimzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Bağırov — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. Nahid Cəfərov — Azərbaycan diplomatı, ictimai-siyasi xadim Nahid Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Əxtər — pakistanlı ifaçı. Nahid Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Digər Nahid (peyk) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır.
Narcos
Narko (ing. Narcos) — Kris Brankato, Karlo Bernard və Duq Miro tərəfindən yaradılmış və istehsal olunmuş ABŞ detektiv-dram teleserialı. Mövzusu Kolumbiyada cərəyan edən və çəkilişlərinin Kolumbiyada gerçəkləşdiyi teleserialın birinci və ikinci mövsümləri kokain istehsalı və distribusiyası sayəsində milyarderə çevrilmiş məşhur narkobaron Pablo Eskobarın həyatını əhatə edirdi. Teleserial diqqət mərkəzində Pablo Eskobarın rəqib narkobaronlarla, Narkotiklə Mübarizə İdarəsi (abr. NMİ) agentləri və müxtəlif müxalif qruplarla olan qarşılıqlı əlaqəsi də var. Teleserialın üçüncü mövsümü Pablo Eskobarın süqutundan dərhal sonra baş verənləri əhatə edir. Üçüncü mövsümdə NMİ tanınmış Kali kartelinin yüksəlişinin qarşısını almağa çalışır. Teleserialın on seriyadan ibarət birinci mövsümü ilk dəfə 28 avqust 2015-ci ildə "Netflix"-də eksklüziv olaraq yayımlanmışdır. Bundan sonra "Netflix" istehsalçı şirkətlə bağlanan müqaviləni teleserialın ikinci mövsümü üçün yeniləmişdir. Teleserialın on seriyadan ibarət ikinci mövsümü ilk dəfə 2 sentyabr 2016-cı ildə yayımlanmışdır.
Narda
Strixnos (lat. Strychnos) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin loqaniyakimilər fəsiləsinə aid bitki cinsi.
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.
Harold Holt
Harold Eduard Holt (ing. Harold Edward Holt, 5 avqust 1908[…] – 19 dekabr 1967) — Avstraliyalı siyasətçi, ölkənin on yeddinci baş naziri. O dövrdə Liberal Partiyanın lideri. == Həyatı == Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib.Eyni zamanda kollec komandasında futbol, ​​kriket və tennis oynayıb. 1930-cu ildə təhsilini başa vuraraq 1931-ci ildə gildiyanın üzvü olub. Vəkil olaraq çalışmış, Kinematoqrafçılar Sərgilər Birliyinin katibi olmuşdur. Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib. 1940-cı ildə, siyasi karyerasına başladıqdan sonra Holt Avstraliya Ordusuna yazılıb (İkinci Dünya müharibəsi davam edirdi), lakin beş aylıq xidmətindən sonra parlament fəaliyyətinə qayıdıb.
Harold Laski
Harold Laski (ing. Harold Joseph Laski; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur. Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.
Harold Lou
Harold Lou (ing. Harold Godfrey Lowe; 21 noyabr 1882 – 12 may 1944) — Titanik gəmisinin beşinci zabiti.
Harold Marşal
Harold Marşal (ing. Harold Marshall; 10 fevral 1918 – 18 yanvar 2013, Kalqari, Alberta) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş kanadalı snayper.
Harold Nikolson
Harold Nikolson (ing. Harold Nicolson, 21 noyabr 1886[…], Tehran – 1 may 1968[…]) – ingilis diplomatı, yazıçısı və publisisti, siyasi xadimi. 1909–1928-ci illər ərzində Madrid, İstanbul, Tehran, Berlin və Londonda müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. Sonrakı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, İngiltərə parlamentinin üzvü seçilmişdir. == Həyatı == Harold Nikolson 21 noyabr 1886-cı ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Harold Nikolson 1 may 1968-ci il Kent qraflığında, Böyük Britaniyada vəfat etmişdir. == Diplomatik fəaliyyəti == Nikolson özü ideal diplomatın zəka, bilik və müşahidə qabiliyyətindən başqa aşağıdakı keyfiyyətlərə malik olmasını vacib hesab edirdi: dürüstlük, dəqiqlik, təmkinlik, aramlılıq, təvazökarlıq, loyallıq. Nikolson diplomat üçün ən böyük nöqsanın şöhrətpərəstlik olduğunu düşünürdü.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Harold Qodvinson
Harold Qodvinson (ing. ) və ya II Harold (1022, Esseks[d] – 14 oktyabr 1066, Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — İngiltərənin son anqlosaks kralı. II Harold hakimiyyəti 6 yanvar 1066-cı il tarixindən həmin ilin oktyabr ayında, normanların İngiltərəni işğalı dövründə gerçəkləşən Hastinqs döyüşündə Fateh Vilhelm rəhbərliyindəki norman hücumçularla vuruşarkən həlak olana qədər davam etmişdir. II Harold güclü bir yarl və Böyük Knudla qohumluq əlaqəsi olan əhəmiyyətli bir anqlosaks ailəsinin üzvü idi. Yeznəsi kral Keşiş Eduard 5 yanvar 1066-cı ilsə vəfat etdikdən sonra Vitenaqemot çağırılmış, onlar isə Harold Qodvinsonu yeni kral seçmişdilər. Onun tacqoyma mərasimi Vestminster abbatlığında keçirilmişdir. Sentyabr ayının axırlarında rəqib iddiaçı norveçli III Sərt Haraldın ordusunu darmadağın etmiş və öz ordusunu cənuba, Fateh Uilyamla döyüşə aparmışdır.
I Harold
I Harold Göydiş (dan. Harald Blåtand; 911, Danimarka – 1 noyabr 985) — Danimarka və Norveç kralı, Qoca Qormun oğlu.
Mahamudun Nahid
Milan Baroş
Milan Baroş (çex. Milan Baroš 28 oktyabr 1981[…]) — Çex futbolçu. Türkiyənin Qalatasaray klubunda oynayır. 2000-ci ildə İlin istedad mükafatın İlin Çex Futbolçusu mükafatlarında aldı.