Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kakadu
Kakadular (lat. Cacatuidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Maardu
Maardu (est. Maardu) — Estoniyanın Haryumaa bölgəsində, Muuqa buxtasında yerləşən şəhər. Əhalini sayı - 16,5 min nəfər (2010), 17,1 min nəfər (2012). Əhalinin mütləq əksəriyyətini ruslar təşkil edir, estonlar yalnız 20%-dir.
Manadu
Manadu (mald. ފުނަދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Nunu atolu ərazisinə daxildir. == Coğrafi yerləşmə == Manadu adası Nunu atoluna daxil olan 71 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 177 km şimalda yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Manaduda 1201 nəfər yaşayır: 47 % kişi və 53 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 49 % — 18 yaşından aşağı; 11,9 % — 19 - 25 yaş arası; 31,6 % — 26 - 64 yaş arası və 7,5 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,53 %.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
Noradüz
Noradüz — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar Nərədüz formasında tələffüz edirdilər. Toponim türk dillərində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözü ilə düz sözünün birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Noradüz kəndində, tarixən Azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sandukə tipli, üzərində müxtəlif motifləri olan qəbr daşı vardır. Bu Ermənistan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir. Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Saratu
Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Toponim türk dilində «düz, çöl, yurd» mənasında işlənən sara sözünə -tu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
Xaracu
Xəracu
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Sarad
“Sarad” İranın “Sarad Group” şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. “Sarad” PUA-sı 2011-ci ildə İran təyyarələri və aerokosmik mütəxəssislərinin məhsuludur. Bu kiçik cihaz, müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir təyyarənin miniatür versiyasına bənzəyir, ondan ərazinin aerofotoqrafiyası, yanğın təhlükəsizliyinə nəzarət, axtarış əməliyyatları və s. məqsədlər üçün istifadə edilə bilər. “Sarad” pilotsuz uçuş aparatının olduqca sadə dizaynı sayəsində qiyməti çox münasibdir və işlədilməsi baxımından çox sadədir, bu da ona ciddi populyarlıq qazandırır. Bu vasitə yalnız mülki sferada maraq doğurur, burada ondan əsasən aerofotoqrafiya ilə əlaqəli işlərdə istifadə olunur. “Sarad” pilotsuz uçuş aparatı çox böyük ölçülərə malikdir. Füzelyajın uzunluğu 1.8 metr, qanad uzunluğu 3.4 metrdir, lakin kifayət qədər güclü mühərrik və yaxşı aerodinamika sayəsində dron olduqca manevrlidir. “Sarad” pilotsuz uçuş aparatı maksimal uçuş sürətini 80 km/saata çatdırmağa imkan verən tək porşenli mühərriklə təchiz olunur, bu cihazın maksimal məsafəsi isə 7 kilometr məsafəni keçmir. “Sarad” bir ədəd yüksək qətnaməli kamera ilə təchiz olunur.
Dəbilqəli kakadu
Callocephalon fimbriatum (lat. Callocephalon fimbriatum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin callocephalon cinsinə aid heyvan növü. Dəbilqəli kakadular Cənub-Şərqi Avstraliya və ona yaxın adalarda dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə olan dağlıq ərazilərdəki evkalipt meşələrində yaşayır. Bədəninin uzunluğu 32—37 sm; kütləsi 250—280 q-dır. Lələklərindəki əsas rəng çaları boz olub, hər lələk kül rəngi ilə haşiyələnib. Qarnının aşağı hissəsi və quyruğunun aşağı lələkləri çəhrayı-sarı rənglə haşiyələnib. Qanadları və quyruğu boz rəngdədir. Erkəklərin baş və kəkili açıq-çəhrayı, dişilərin başı və kəkilləri boz rəngdə olur.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kakadu gavalısı
Ferdinand terminaliyası (lat. Terminalia ferdinandiana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Mamadu Danfa
Mamadu Lamin Danfa (fr. Mamadou Lamine Danfa; 6 mart 2001) — Seneqal futbolçusu, "Şkupi" klubunun və Seneqal milli futbol komandasının yarımmüdafiəçisi. == Klub karyerası == "Kasa Sports" klubunun futbol akademiyasının yetirməsidir. 2018/19 mövsümündə Seneqal çempionatında "Kasa Sports"da oynamağa başlamışdır. 2020-ci ilin iyununda Kovalivkanın Ukraynanın "Kolos" klubu ilə müqavilə imzalamış və burada Afrikadan olan ilk futbolçu olmuşdur. O, Ukrayna Premyer Liqasında 14 iyun 2020-ci ildə "Şaxtyor" ilə matçda debüt etmişdir. Oyun 0:1 hesabı ilə bitmişdir.
Mamadu Kulibali
Mamadu Kulibali (3 fevral 1999-cu ildə Seneqalda anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Udineze klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Kulibali 2015-ci ildə Avropaya gəlmişdir. O, altı ay ərzində Peskara klubu ilə məşq etmişdir. Bir müddət sonra klub Kulibali ilə müqavilə imzaladıqlarını açıqlamışdır. O, karyerasında debütünü 19 mart 2017-ci ildə Atalanta klubuna qarşı oyunda etmiş və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kulibali 2015-ci ildə Seneqalı tərk edərək Avropaya gəlmişdir. O, dostları ilə futbol oynayarkən Peskara skautları tərəfindən aşkar edilmişdir. O, ölkəsində evsizlərdən biri hesab olunurdu.
Nakatu (İcrud)
Nakatu (fars. نكتو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 652 nəfər yaşayır (146 ailə).
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Nayada (peyk)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Planetlərin paradı
Planetlərin paradı — Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisə. Səma cisimlərinin ekliptik uzunluq üzrə maksimal yaxınlaşması birləşmə adlanır. 10 mart 1982-ci ildə çox nadir hadisə qeydə alınmışdır. Günəş sistemindəki 9 planetin hamısı Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.
Qarasu (Hacıqabul)
Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Kənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır. Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi. Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi. İsgəndərov Əli - Azərbaycan Universiteti tələbə qəbulu üzrə komissiyanın sədri Sülhəddin Gözəlov-Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.