Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasxok çayı
Nasxok çayı — Rusiyaya məxsus olan Vrangel adasında yerləşir. İzibati cəhətdən Çukot Muxtar Dairəsi İultinski rayonu ərazisinə daxildir. Çayın uzunluğu 36 km. 1926-ci ildə adlandırılmışdır. Eskimos dilində Насӄуӄ — «baş» mənasını verir. Çay başlanğıcını Şimal silsiləsindən başlayır. Çukot dənizinə yaxın yerləşən Tayana laqununa axır. Düzənlik çayıdır. Çayın sürəti 0,3 m/s təşkil edir. Mənsənbə çay qollara ayrılır: Qlinnaya, Sağ Nasxok və Sol Nasxok.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Başköy
Yaşayış məntəqələri Türkiyə Başköy (Doğubayazit) — Ağrı ilinin Doğubayazit ilçəsində kənd. Başköy (Alanya) — Antalya ilinin Alanya ilçəsində kənd. Gürcüstan Başköy (Barmaqsız) - Tiflis quberniyasının Borçalı qəzasıda, indi Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd Ermənistan Başköy (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Başköy (Ağbaba) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızıl Qoç rayonunda kənd. Moldova Başköy (Qaqauz Yeri) — Moldovanın Qaqaziya muxtariyyətində kənd.
Hasköy
Hasköy (türk. Hasköy) — Muş ilinin ilçəsi. == Əhalisi == === Milli tərkibi === Hasköydə əsasən ərəblər yaşayır.
Maskot
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Narkoz
Narkoz(q.yun. νάρκωσις — uyuşmaq) — yuxunun baş verdiyi, şüurun itirilməsi, skelet əzələlərinin rahatlaşması, bəzi reflekslərin azalması və ya sıradan çıxması, ağrı həssaslığının yox olması ilə müşayiət olunan, mərkəzi sinir sisteminin süni şəkildə induksiya edilmiş geri qaytarıla bilən süni vəziyyətidir. Bütün bunlar, müəyyən bir xəstənin fərdi xüsusiyyətlərini nəzərə alaraq və tibbi prosedurun növündən asılı olaraq anestezioloq tərəfindən seçilən optimal doza və birləşməsi olan bir və ya daha çox ümumi anesteziyanın tətbiqi ilə baş verir. Narkoz vəziyyəti şüurun itirilməsi, həssaslığın (ilk növbədə ağrı) və refleks reaksiyalarının yatırılması və skelet əzələlərinin tonusunun azalması ilə mərkəzi sinir sisteminin geri dönən depressiyası ilə xarakterizə olunur. Narkoz üçün vasitələr həyəcanın mərkəzi sinir sisteminə neyronlararası (sinaptik) ötürülməsini maneə törədir. Eyni zamanda, afferent impulsların ötürülməsi pozulur, kortikal-subkortikal əlaqələr, ara, orta və onurğa beyni funksiyası dəyişir, bu da anesteziyanın inkişafına səbəb olur. Mərkəzi sinir sistemi və müxtəlif morfofunksional təşkilatın müxtəlif səviyyələrdə sinaptik formalaşması anestezik agentləri eyni dərəcədə həssas deyil. Bu, narkoz üçün dərmanların təsirinin mərhələlərini izah edir. "Narkoz" termini bədənin ümumi anesteziyasına aiddir. Yerli (yerli) ağrısızlaşdırma haqqında danışarkən, "yerli anesteziya" və ya lokal anesteziya termini istifadə olunur.
Nashik
Naoko
Naoko — yapon adı. Naoko Takeuçi — yapon manqaka. Naoko Nişiqay — keçmiş Yaponiya qadın futbolçusu. Naoko Kavakami — keçmiş Yaponiya qadın futbolçusu.
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Başköy (Ağbaba)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Başköy (Barmaqsız)
Başköy- Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd. Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oyoknim türk köklü «baş» sözü ilə peçeneqlərin «kov» tayfa adının birləşməsindən yaranıb. Ümumi mənası «Başkov» deməkdir. Şifahi danışıqda «Başköy» adlanır. Kənd camaatı həm də bu toponimin «baş» və «köy» (kənd) sözlərinin birləşməsi kimi də söyləyir.
Başköy (Şörəyel)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Başkənd kimi, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "əsas, böyük, dağın zirvəsi" mənalarında işlənən baş sözü ilə müasir türk dilində "kənd" mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 31. V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur.
Erin Babkok
Erin Babkok (6 iyun 1981, Edmonton – 25 aprel 2020, Edmonton) — Kanadalı tibb bacısı və siyasətçisi. == Həyatı == Babkok 6 iyun 1981-ci ildə Alberta ştatının Edmonton şəhərində anadan olmuşdur. Alberta Yeni Demokrat Partiyasının üzvü kimi siyasətə girdi. 2015-ci ildə Alberta Ümumi Seçkilərində Daşlı Düzənlik seçki dairəsini təmsil edən Alberta Qanunverici Məclisinə nümayəndə seçildi. Babkoka 2018-ci ilin may ayında uterus xərçəngi diaqnozu qoyuldu. 25 aprel 2020-ci ildə Kanadanın Alberta, Edmonton şəhərində xərçəng xəstəliyinə tutulan 38 yaşında öldü.
Laskou mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Nankor (mahnı)
Naukot qalası
Naukot qalası — Bu qala 1814-cü ildə Mir Kərəm Əli Xan Talpur tərəfindən tikdirilib. Tarparkar dairəsində Mithi Talukada, Sind əyalətinin Mirpur Xas şəhərindən təxminən 64 km cənubda yerləşir. Yerləşmə yerinə görə onu həm də Tar səhrasının giriş qapısı da adlandırırlar. Bu həmin qalanın Racputlara qarşı ərazinin qorumasında istifadə edilməsinə görə də belə adlanırdı. Naukot qalası yerləşdiyi Tarparkar dairəsinə görə unikal memarlıq abidəsidir. Belə ki, onun tikintisində yalnız kərpicdən istifadə edilib. Maraqlıdır ki, tikintisində ağac və dəmir kimi materiallardan istifadə edilməyib. Qala yanmış kərpicdən tikilib. Onun uzunluğu 113 metr, eni isə 98 metrdir. Qalanın cənub tərəfində daha bir dördkünc tikili var.
Nikolay Noskov
Nikolay Noskov (Tam adı: rus. Николай Носков; 12 yanvar 1956, Qaqarin, Smolensk vilayəti) — Rusiya musiqiçisi, müğənni, bəstəkar. Gorky Park rok qrupunun vokalçısı (1987–1990). Dörd dəfə Qızıl Qramofon Mükafatı qazanmışdır. Rusiyanın əməkdar artisti (2018) Blaj Paranoya (musiqi albomu) Dışu tişinoy Po poyas v nebe Ono toqo stoit Bez nazvaniya Zivoy Официальный сайт Николая Носкова nnoskov.ru Блог Николая Носкова blog.nnoskov.ru Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine. Николай Носков на Muslib.ru Arxivləşdirilib 2017-04-03 at the Wayback Machine.
Vorontsov-Daşkov
İllarion İvanoviç Vorontsov-Daşkov (27 may 1837, Sankt-Peterburq – 15 yanvar 1916, Alupka, Tavriya quberniyası[d]) — Rusiya dövlət və hərbi xadimi. XIX əsrin 90-cı illərində Şərqi Anadolu ərazilərində erməni millətçi ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin nəticəsiz qaldığını görən daşnaklar öz iyrənc əməllərinin davamını Cənubi Qafqazda həyata keçirməyi qərara aldılar. Əsrin əvvəllərində Çar Rusiyasının üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət, ucqarlarda fəhlələrin tətil hərəkatı, inqilabi yüksəliş və digər ciddi amillər imperiya əhalisinə görünməmiş sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən "qaynar nöqtə" hesab olunurdu. Fəhlələrin Bakıda, Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili keçirildi. Belə mənzərə Cənubi Qafqazın erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda, Karaklisdə, İrəvanda, Qafanda, Alaverdi misəritmə zavodunda fəhlələr dəfələrlə tətil keçirdilər. Maraqlısı bu idi ki, erməni proletariatı da ümumrus tətillərini dəstəkləyirdi. 1905-ci ildə azərbaycanlılarla yanaşı, Gürcüstanda da Tiflis dəmiryolçularının tətili başladı. Qori, Tianet qəzalarında, Kaxetiya və Meqreliya kəndlərində silahlı toqquşmalar qeydə alındı.
Başköy (Amasiya)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Naksos hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Qaskon dili
Qaskon dili Fransanın Qaskoniya regionunda danışılan Latın dillərindən biri olan Oksitan dilinin ləhcəsidir. Təxmini olaraq 254 min nəfər insanın danışdığı bu Oksitaniya ləhcəsinin dörd alt ləhcəsi mövcuddur. 1982-ci ildə Berndə aparılmış olan bir anket nəticəsində məlum olmuşdur ki, insanların 51%-i Qaskon dilində danışır.
NSKK
Nasional Sosialist Sürücülər Korpusu (almanca: Nationalsozialistisches Kraftfahrkorps, NSKK) 1931-ci ildən 1945-ci ilə qədər fəaliyyət göstərmiş olan Nasional Sosialist Alman Fəhlə Partiyasının yarımhərbitəşkilatı idi. Bu təşkilat 1930-cu ilin əvvəllərindən etibarən fəaliyyət göstərmiş olan keçmiş Nasional Sosialist Avtomobil Korpusunun varisi kimi yaradılmışdır. Təşkilat, həm də Nasional Sosialist Motor Korpusu adı ilə də tanınırdı. 1934-cü ildə təşkilatın rəhbərliyinə Adolf Hühnlein gətirilmişdir. 1942-ci ildəki Hühnleinin ölümündən sonra isə Ervin Krauss Korpsführer (Korpus Rəhbəri) vəzifəsinə gətirilmişdir. Nasional Sosialist Sürücülər Korpusu əvvəllər NSDAP təşkilatlarının və Sturmabteilungun(SA) mühərrikli korpus bölməsi kimi yaradılmışdır. 1934-cü ildə onun artıq təxmini olaraq on min nəfər üzvü var idi və o SA-dan ayrılaraq müstəqil bir təşkilata çevrilir. Qısa müddətdən sonra isə SA, Uzun bıçaqlar gecəsi zamanı kütləvi təmizlənməyə məruz qalmışdır. NSKK-nın əsas məqsədi üzvlərinə avtomobil sürmə bacarıqlarını öyrətməkdən ibarət idi. Əsasən motosikletlərə və avtomobillərə yüksək performanslı texniki qulluq üsulları öyrədilirdi.
Lasko mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Naska mədəniyyəti
Naska mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Perunun cənub sahillərində, Naska platosunda, Moçika mədəniyyətindən cənubda yerləşmişdir. E.ə. II əsrdən b.e. VI əsrə kimi mövcud olmuşdur. Paytaxtı - Kauaçi şəhəri idi. Şəhərdə arxeoloji qazıntılar nəticəsində 6 piramida aşkar edilmişdir. Ehtimala görə, Parakas mədəniyyətindən yaranmışdır. Naska mədəniyyətinin keramik məhsulları əsasən polixrom və dördrəngli idi. Ağ və qırmızı fonda qara və narıncı şəkillər.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.