Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laterit
Laterit — əvvəllər bu termin ekvatorial və rütubətli tropik ərazilərin torpaqları və yumşaq torpaq aşınma məhsullarına aid edilirdi. Hazırda lateritləşmə mürəkkəb bir proses kimi əsasən dəmir birləşmələrinin torpaq məhsullarının yan axınlarının gətirilməsi hesabına yaranması kimi izah olunur.Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır. İlk dəfə laterit horizontlar Byuken tərəfindən (1807) təsvir edilmiş və laterit (lat. kərpic) adlandırılmışdır. == Laterit torpaqlar == Bu termin iki mənada işlədilir. Geniş mənada termin ferralit torpaqları ifadə edir. Dar mənada isə profildə laterit horizonta aid edilir.
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. == Haqqında == Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Baterst (ada)
Baterst ing. Bathurst Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Qərbbində Devon (ada) və Kornuollis adaları yerləşir. == Coğrafiyası == Sahəsi 16 042 km² təşkil edir, bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 54-cü, Kanadada isə 14-cü yeri tutur. Sahil xətdinin uzunluğu 2069 km-dir. Ada hamar səthə malikdir. Bəzi yerlərdə 300–350 metr yüksəkliyə malikdir. XX əsrin 60–70 ci illərində Şimal maqnit qütbü onun ərazisində yerləşirdi. Adada çoxlu sayda yaşıl bitkilər var. Xüsusi ilə tundura bitkilərinin yaşamması üçün əlverişlidir.
Nadterek rayonu
Nadtereç rayonu (Çeçen. Теркан кӏошт ) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Znamenskoye kəndidir. == Coğrafiya == Rayon Çeçenistan Respublikasının şimal-qərbində yerləşir. Nadterek rayonu şimalda - Çeçenistanın Naurski bölgəsi ilə, cənub-şərqdə - Çeçenistanın Qroznı rayonu ilə, cənub-qərbdə - İnquşetiya Respublikası ilə, qərbdə Şimali Osetiya ilə, şimal-qərbdə Stavropol diyarı ilə həmsərhəddir. Bölgənin əsas su mənbəyi Terek çayıdır. Terek çayı Nadterek rayonunun şimal sərhədi boyunca qərbdən şərqə, Xəzər dənizinə 160 km şərqdən axır. Rayon Qroznı şəhərindən 25 km şimal-qərbdə və Moskvadan təxminən 1400 km cənubdadır. Sahəsi 45 km (şimal-cənub) və 20 km (qərb-şərq) ölçülür. Onun inzibati mərkəzi Znamenskoye kəndidir.
Natterer şəbpərəsi
Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir. == Yayılması == Avropada, Şimali Afrikada və Asiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir. == Sayı == Nadir, azsaylı və az öyrənilmiş növdür.
Robert Baterst
Robert Qay Baterst (22 fevral 1957, Akkra) — İngilis aktyor. == Həyatı == Baterst 1957-ci ildə atasının idarəetmə məsləhətçisi olaraq çalışdığı yer olan ingilis müstəmləkəsi Akkra, Qold Koastda anadan olmuşdur. 1959-cu ildə ailəsi İrlandiyanın paytaxtı Dublinə köçmüş və Robert Killineydəki məktəbə getmiş və daha sonra Anglikan internat məktəbində təhsilini dəvam etdirmişdir.1966-cı ildə ailə İngiltərəyə köçdü və Baterst Sasseksdə Wort məktəbinə daxil oldu, burada həvəskar dramaturgiyalarını yazmağa başladı. 18 yaşında Pembrok Kolleci, Kembricdə hüquq oxudu və Kembric Futlayts qrupuna qatıldı. Məktəbi bitirdikdən sonra tam iş gününə başladı. O, professional səhnə debütünü 1983-cü ildə Savoyya teatrıda davam edən Maykl Freyin "Səslər kəsilir" tamaşasında Tim Algud rolunu oynayaraq etmişdir. Səhnədə işləmək barədə biliklərini genişləndirmək üçün Milli Teatrın üzvü oldu. 1980-ci illərdə səhnə rollarını "Qara Qaranlıq", "Çelmsford 123", "Lenni Henri Şov"dakı televiziya rolları ilə tamamladı. 1991-ci ildə Stiven Moffat tərəfindən yazılmış "Zarafatdan başqa" BBC sitkomunda Mark Teylor rolu ilə o günə qədərki televizor karyerasındakı ən böyük uğurunu qazanmışdı. Bu televiziya proqramı yalnız on üç bölüm dəvam etsə də (1991 və 1995-ci illər arasında), rol Baterstin bütün karyerasında ən çox sevdiyi rol olaraq qalır.
Sayeret Matkal
Sayeret Matkal (ivr. ‏סיירת מטכ"ל‏‎) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir.Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir. Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib. Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib. == Tarixi == 1954-cü ildə İsrailin ilk xüsusi təyinatlı birliyi olan 101 saylı hərbi hissənin ləğv edilməsindən sonra İsrail Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinə tabe olan Şayetet 13-dən başqa heç bir xüsusi təyinatlı bölmə qalmamışdı. 1957-ci ildə keçmiş Yeşiva tələbəsi və Palmax döyüşçüsü olan Avraham Arnan İsrail Silahlı Qüvvələrinin Baş Qərargahına düşmənin nəzarət etdiyi ərazilərdə tam gizli şəkildə fəaliyyət göstərə bilən, kəşfiyyat əməliyyatlarını həyata keçirmək bacarığı olan yeni hərbi birləşmə yaradılması məqsədilə müraciət etdi.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Baterst (şəhər, Avstraliya)
Baterst (ing. Bathurst) — Yeni Cənubi Uelsdə şəhər, Makkvari çayının cənub sahilində Göy dağlardan qərbdə yerləşir. Bu Avstraliyanın sahildən uzaq ən qədim yaşayış məskəni və Böyük Suayırıcı sıra dağlarından qərbə ən qədim məskəndir. 2006-cı ilin statistikasına əsasən 29 min əhalisi var. == Müasir dövr == Müasir Baterst inkişaf etmiş kənd təsərrüfatı regionunun iqtisadi mərkəzidir. Şəhərdən Sidneyə gedən dəmiryol xətti keçir. Katolik və anqlikan kilsəsi, məhkəmə qərarlarının icrası idarəsi binası (1880), Avstraliya qazıntılar və minerallar muzeyi (1874), bir sıra XIX əsrin otasında tikilən qəsrlər vardır.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları.Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. == Ədəbiyyat == Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur.