Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naruto
Naruto (ナルト) — Masaşi Kişimoto tərəfindən yazılan və çəkilən manqa seriyası. Əsas mövzusu baş qəhrəman Naruto Uzumakinin cəmiyyət tərəfindən qəbul edilməsi arzusu və bunun üçün əlindən gələni etməsidir. Manqa iki hissədən ibarətdir. Birinci hissədə Naruto 12 yaşında, digərində isə 16–17 yaşındadır. Naruto manqasının 1999-dan 2014-cü ilə qədər Shueisha jurnalında tankobon şəklində 72 cildi çap edilib. Bu manqa əsasında anime də çəkilmişdir. Animenin ilk 220 seriyası Yaponiyada Studio Pierrot və Aniplex studiyaları tərəfindən 2002–2007-ci illər arası çəkilmişdir. "Naruto: Shippuden"-in orijinal seriyaları Yaponiyada 2007-ci ildən göstərilmıyə başlanmış, 2017-ci ildə 500-cü seriyada final etmişdir. Animenin ingilis versiyası isə 2005–2009-cu illər arasında Cartoon Network kanalında göstərilmişdir.
Natura
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft). Sənətkarın maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər. ASE, VII cild, Bakı, 1983. səh. 165.
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Nayoro
Nayoro (yap. 名寄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Kamikava sabprefekturada yerləşən şəhər.
Niutao
Niutao (ing. Nui) — Tualu adalarının şimal-qərbində yerləşən mərcan adası. Tualu dövlətinin inzibati vahidliyini təşkil edir. Ada dairəvi formaya malikdir. Niutao adasının uzunluğu 1,6 km-dir. Adada çoxlu sayda quru bitkilər və manqrov ağacları vardır. Ətrafını mərcan rifləri büsbütün örtmüşdür. Niutao 1825-ci ildə Obed Starbak balina ovlayan gəmi kapitanı tərəfindən kəşf edilir. 2002-ci ildə Nui adasının əhalisi 663 nəfər təşkil etmişdir. Yaşayış məntəqələri — Kulia (224 nəf.) və Teava (439 nəf.).
Nautea
Tectona (lat. Tectona) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Jatus Rumph. ex Kuntze Nautea Noronha Theka Adans. == Növləri == Tectona grandis L.f. Tectona hamiltoniana Wall. Tectona philippinensis Benth. & Hook.f. ex Merr.
Nauru
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Nuoro
Nuoro — Sardiniyada şəhər.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Lautaro Martinez
Lautaro Javier Martinez (22 avqust 1997) – İtaliya A Seriyasında çıxış edən İnterin argentinalı peşəkar futbolçusu. == Karyerası == === Racinq Klub === Racinq Klubda ilk matçına 1 noyabr 2015-ci ildə keçirilən Racinq Klub-Crucero del Norte FK matçının 80-ci dəqiqəsində çıxıb. Matç Racinq Klubun 3–0 hesablı qələbəsi ilə başa çatıb. Racinq Klubun heyətində ilk qolunu isə 30 yanvar 2016-cı ildə keçirilən İndependiente-Racinq Klub matçında vurub. Matçın 74-cü dəqiqəsində meydana çıxan Martinez 75-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Racinq Klubun 1–3 hesablı qələbəsi ilə başa çatıb.4 iyul 2018-ci ildə Racinq Klubdan ayrıldı. === İnter === 4 iyul 2018-ci ildə İnter ilə müqavilə imzaladı.İnterdə ilk matçına 14 iyul 2018-ci ildə keçirilən Luqano-İnter matçında çıxıb. Matça start heyətdə başlayan Martinez 46-cı dəqiqədə əvəzlənib. Eyni zamanda Lautaro Martinez matçın 16-cı dəqiqəsində fərqlənib. Matç İnterin 0–3 hesablı qələbəsi ilə başa çatıb.
Naruto boğazı
Naruto boğazı (yap. 鳴門海峡) — Avaci və Şikoku adalarını bir-birindən ayıran boğaz. Onaruto körpüsü Kobe-Avaci-Naruto ekspres yolunun cənubunda yerləşir və Avaci ilə Şikoku adalarını birləşdirən əsas bağlantıdır. Naruto boğazı burulğanları ilə məşhurdur. Bu boğaz Yaponiyanın ən sürəti burulğanlarına sahibdir və burulğanların diametri 20 metrə çata bilir.
Raul Kastro
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general. Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi. F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
Syutro teleqülləsi
Syutro teleqülləsi- San Fransisko , Kaliforniyadakı üç kanallı televiziya və radio yayım teleqülləsi .977 fut (298 m) hündürlüyə malikdirr.Tvin peaks və Klarendon dağının yaxınlığında yerləşən Syutro dağının arasında təpədən yüksələn bu şəhər siluetini şəhər sakinləri və qonaqları üçün xüsusi önəm daşıyır . Qüllə Salesforsce qülləsi tərəfindən keçilənə qədər San-Fransiskonun ən hündür tikilisi idi. San Fransiskonun keçmiş idarə edicisi Adolf Gilbert Sutro San Fransiskonun ən yüksək zirvələrindənin birinə ad vermişdir . 1948-ci ildə köşk və əmlak Amerikanın Yayım Şirkətinə satıldı .. Qüllə 297.8 metr (977 ft) və dəniz səviyyəsindən 552 metr (1,811 ft) yuxarıdır . Şəhərin göydələn baxmayaraq, şəhərin ikinci ən yüksək quruluşudur.. Syuto teleqülləsindən ötürülən televiziya stansiyalarına aşağıdakılardır. Bu stansiyaların əksəriyyəti öz tezliklərdən əlavə kanallar daşıyırlar Yarım kanal əlaqələri rəqəmsal kanallarin linki ilə göstərilir. Barnett, Stephen R. (May 1973). "Mütləq Sutro Kolası" .
Veronika Kastro
Veronika Kastro (isp. Verónica Castro; d. 19 oktyabr 1952, Mexiko, Meksika) — Meksika aktrisası, müğənni, teleaparıcı. Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar "Varlılar da ağlayır" serialı qədər sevib baxılan "Yabanı qızıl gül" serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi.
Xonatan Kastro
Xonatan Kastro Otto (3 mart 1994[…], Viqo, Qalisiya) — ispan peşəkar futbolçu. "Selta Viqo" klubunda oynayır.
Kastro (Lombardiya)
Kastro (it. Castro) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə, Iseo gölünün qərb tərəfində yerləşir. Əhalisi 1437 nəfər (2008), əhalinin sıxlığı 636 nəfər/km². Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24063. Telefon kodu — 035. 10 avqust bayramı olan Müqəddəs Lourens və müqəddəs Həvari Yaqub Kommunanın himayədarları kimi hörmətlə qarşılanır.
Naruto Uzumaki
Naruto Uzumaki (うずまき ナルト Uzumaki Naruto) — Masaşi Kişimoto tərəfindən yazılmış və çəkilmiş, 1999-cu ildən etibarən yayımlanan Naruto adlı manqa seriyasının baş qəhrəmanıdır. Eyni zamanda 2002-ci ildən başlayaraq anime seriyası da yayımlanmışdır.
Natron gölü
Natron gölü (ing. Natron, suah. Natron) — Tanzaniyanın şimalında, Keniya ilə sərhəddə Aruşa bölgəsində duzlu qələvi göl. Göl Böyük Rift Dərəsinin şərq hissəsi olan Qriqori riftində yerləşir. Natron gölü hövzəsi beynəlxalq Ramsar Konvensiyası ilə qorunur. Natron əsasən Şimali Keniyada minerallarla zəngin ərazidən başlayan Evaso Nqiro çayı ilə qidalanır. Gölün dərinliyi üç metrdən çox deyil və ilin vaxtından və suyun səviyyəsindən asılı olaraq sahil xəttini dəyişir. Gölün uzunluğu maksimum 57 km, eni isə 22 km-ə çatır. May-dekabr aylarında göl üzərində mövsümi yağıntılar düşür və 800 mm yağıntı alır. Bataqlıq ərazilərdə suyun temperaturu 50 dərəcə C-yə çata bilir və suyun səviyyəsindən asılı olaraq qələvilik pH 9-dan 10,5-ə qədər ola bilir.
NATO
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
Euro Neuro
Euro Neuro — Monteneqronun Avroviziya-2012 mahnısıdır. Yarım finalda məğlub olub. Mahnını Rambo Amadeus ifa edib.
Fra Mauro
Fra Mauro (it. Fra Mauro; d. ? – ö. 1464) — İtalyan rahibi. Fra Mauro xəritəsinin müəllifi. Mauro Venesiya Laqununun Murano adasında yerləşən Müqəddəs Mayklın Kamaldol monastırının rahibidir. Məhz orada o, kartoqrafiya emalatxanasına qulluq edirdi. O, həmçinin Şahzadə Henri Navigator kimi çox güclü adamlar tərəfindən işə götürüldü.
Koduççi, Mauro
Mauro Koduççi və ya Kodussi (it. Mauro Codussi; təq. 1440[…], Berqamo əyaləti – 1504[…] və ya 23 aprel 1504, Venesiya) — İtalyan heykəltaraşı və erkən İntibah dövrü memarı. Mauro Koduççi, 1440-cı ildə Berqamo yaxınlığında dünyaya gəlib. 30 yaşına qədər heykəltaraşlıq ixtisası üzrə təhsil aldığı Lombardiyada yaşayan Mauro, təxminən 1468-ci ildə Venesiyaya gəlir. Maraqlıdır ki, demək olar həmin vaxtda Venesiyaya digər bir görkəmli memar — Pyetro Lombardo da gəlir. Sonralar Pyetro, Mauro ilə bir çox ortaq işə imza atırlar. Koduççi, Venesiyada bina dizaynında Florensiya motivlərini tətbiq etmiş ilk memar olmuşdu. O, intibahın yeniliklərini mövcud Bizans memarlıq üslubu ilə uğurla birləşdirməyi də bacarmışdı. Koduççi üçün fasadların dəbdəbəli ornamentlərlə bəzənməsinə, yarımdairəvi fronton formalarına olan ehtiras tipik hesab edilirdi.
Lauro-cerasus
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Mauro Icardi
Mauro İkardi (19 fevral 1993[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Qalatasaray FK klubunun hücumçusu. == Həyatı == İcardi 1993-cü il fevral ayının 19-da doğulmuşdur.