Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti, Rusiya – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi. 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.
Nakano
Nakano — Tokionun xüsusi rayonlarından biri.
Naqano
Naqano (yap. 長野市 Nagano-shi) — Yaponiyada şəhər.
Aleksey Navalnı

Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Manami Nakano
Manami Nakano (d. 30 avqust 1986) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Manzo Naqano
Manzo Naqano (永野万蔵, Naqano Manzo, 26 noyabr 1853, Kuçinotsu[d], Naqasaki prefekturası – may 1924, Kuçinotsu[d], Naqasaki prefekturası) – rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır. Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür. Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur. O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi. Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə Şanxaya və Kanadaya səyahət etmişdir. 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir. O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur. O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.
Naqano prefekturası
Naqano prefekturası (yap. 長野県 Nagano ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Ryuen Nakano
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi. Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.
Nahanni Milli Parkı
Nahanni Milli Parkı — Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir. Nahanni Milli Parkının sahəsi 476.560 ha olub əl dəyməmiş çay, kanyon və mağaralardan ibarətdir. Milli parkda 4 nadir quş növü yaşayır: Pereqrin Şahini, Qızıl qartal, Keçəl qartal və Truba Qu quşları. Park Kanadanın şimal-qərb bölgəsində olub ildə təxminən 5000 ziyarətçisi var. Parkın ortasından Cənubi Nahanni çayı axır. Çay Birinci, İkinci, Üçüncü və Dördüncü deyə adlandırılan, 1000 metr dərinliyindəki 4 böyük kanyonun içindən keçir. Nahanni adı Kanadanın ilk yerli xalqı olan Dene xalqının dilində "Nahak xalqının çayı" deməkdir. 500 metr yüksəkliyindəki Virciniya şəlalələri Nahanni Milli Parkındadır. Nahanni Milli Parkı 1978-ci ildə 24-cü üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına düşmüşdür.