Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nevenka Petriç
Nevenka Petriç (serb. Nevenka Petrić, d. 11 mart 1927, Maslovare, Yuqoslaviya Krallığı — ö. 27 dekabr 2015, Belqrad, Serbiya) — Serbiya yazıçısı, şairi və pedaqoqu. Partizanlara 14 yaşındaykən qatılmışdır. Yuqoslaviya yerli rəhbərliyində gənclər rəhbəri və daha sonra Sağlamlıq və Sosial Siyasət başçısı olmuşdur. Yuqoslaviya Qadın Məclisinin üzvü, Yuqoslaviya Qadınların Sosial Karyera Konfransı katibi (1961-1969) və Yuqoslaviya Ailə Planlaması Şurası (1968-1976) başçısı olmuşdur. Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyası Mərkəzi Şurasında Avropanı təmsil etmiş və o orqana aid olan Avropa Təhsil Komissiyası-nın prezidenti olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu-nun araşdırma layihələrinə kömək etmişdir. == Həyatı == Nevenka Petriç, 1927-ci ildin Mart ayının 11-də Maslovaredə (İndiki Bosniya və Herseqovina, Serb Respublikası) anadan olmuşdur.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Nevena Bojoviç
Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.
Nevena Qeorqievna
Nevena Qeorqievna (mak. Невена Георгиева 25 avqust 1925, Skopye – 16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. == Bioqrafiyası == 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur 16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.