Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun eyniadlı ı.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. == Toponimikası == Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
NETTY
NETTY Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirlərindən biri olmaqdadır. == NETTY 2005 == 2 aprel 2005-ci il tarixində Bakı Caz Mərkəzində NETTY 2005 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytc müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: ganca.net Dövlət saytı: gov.az İnformasiya və xəbərlər: today.az Korporativ sayt: aznocorruption.org Mədəniyyət və incəsənət: azmif.net Elm və təhsil: azerislam.com Şəxsiyyət: chingizmustafayev.com Əyləncə: fox.az Servis-saytlar: vescc.com İdman: sport.az == NETTY 2006 == NETTY 2006 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma gecəsi 8 aprel 2006-cı il tarixində Bakı Caz Mərkəzində təşkil edilmişdir. Tədbirdə veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytı müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: azerbaijan.az Dövlət saytı: din.gov.az İnformasiya və xəbərlər: day.az Korporativ sayt: forex-az.info Mədəniyyət və incəsənət: uzeyir.musigi-dunya.az Elm və təhsil: kitab.az Şəxsiyyət: azerin.az Əyləncə: natarsan.az Servis-saytlar: ilk10.com İdman: lankaranfc.com == NETTY2007 == NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatının verilməsi mərasimi 27 aprel 2007-ci il tarixində Bakı Əyləncə Mərkəzində keçirilib. NETTY-nin akademikləri rəsmi şəraitdə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytların adlarını müəyyən etmişdirlər. Virtual səsverməsi nəticəsində mükafata nominant olmuş 40 iddiaçıdan müxtəlif nominasiyalar üzrə 11 qalib elan edilmişdir.
Nerey
Nerey (yun. Νηρεύς) - Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Nokia
Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon bazarındakı payı 39% təşkil edir. Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər.Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır. Bəzi heyvanlar, göbələklər və bakteriyalar təbiəti həm də nəcisdən təmizləyirlər.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur.AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi.Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı. Nəsillərin hesablanması elektronlampalar əsasında yaradılmış ilk kompüterlərdən başlayıb və hazırda beşinci nəslə çatıb.
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Aladizcə (Nəmin)
Aladizgə (fars. الاديزگه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km. şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,540 nəfər yaşayır (266 ailə).
Aleksandr Nekriç
Aleksandr Moiseyeviç Nekriç (1920[…], Bakı – 31 avqust 1993, Boston) — ABŞ-də yaşamış sovet tarixçisi, tarix elmləri doktoru, 20-ci əsrin hərb tarixi və Avropa tarixi üzrə mütəxəssis, ABŞ-yə mühacirət etdikdən sonra sovet tarixi üzrə mütəxəssis. O, 1967-ci ildə "1941. 22 iyun" kitabının tirajının nəşri və Sov.İKP-dən xaric edilməsi ilə əlaqədar xüsusi şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Nekriç 1920-ci il martın 3-də Bakıda jurnalist ailəsində anadan olub. Ailə sonradan Tbilisiyə, oradan da Moskvaya köçüb. 1937-ci ilin payızında Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1941-ci ildə bitirmişdir. Təhsilinin sonunda müharibənin başlaması ilə Nekriç könüllü olaraq milis sıralarına getdi. Stalinqraddan Köniqsberqə qədər müharibə keçmiş, 1942-1945-ci illərdə cəbhədə vuruşmuşdur. 1943-cü ilin martından Sov.İKP üzvü olmuşdur. 7 sentyabr 1945-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxılmışdır.
Anna Nevil
Anna Nevil (ing. Anne Neville) (d. 11 iyun 1456 – ö. 16 mart 1485) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası. İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu. York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabella Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi.
Arpatəpəsi (Nəmin)
Arpatəpəsi (fars. ارپاتپه سي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (34 ailə).
Arxazlı (Nəmin)
Arxazlı (fars. ارخازلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 671 nəfər yaşayır (136 ailə).
Ağayarlı (Nəmin)
Ağayarlı (fars. اقايارلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (11 ailə).
Ağqala (Nəmin)
Ağqala - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 33 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 2 kilometrliyindədir.
Ağzamankəndi (Nəmin)
Ağzamankəndi (fars. اغزمان كندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (23 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 15 km şimalda, Ərdəbil-Meşkinşəhr avtomobil yolunun 6 kilometrliyindədir.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.
Bekiya adası
Beqiya (ing. Bequia, "Buludlar adası") — Qrenadin arxipelaqının (Kiçik Antil adaları) ən böyük adasıdır. Sent-Vinsent adasından 14 km cənub-qərbdə yerləşir. Sahəsi 18 km² təşkil edir. Əhalisi təqribi olaraq 5 min nəfərdir. İnzibati mərkəzi Port-Elizabet şəhəridir. Sent-Vinsent və Qrenadinin ərazisinə daxiıdir. Əvvəllər ada gəmiqayırma və balina ovu məntəqəsi rolunu oynayırdı. Hazırda isə turizm mərkəzidir. Burada yeganə əlverişli buxta Admiralti-Beydir.
Bekuy (departament)
Bekuy — Burkina-Fasonun Tuy vilayətinə daxil olan departament. İnzibati mərkəzi Bekuy qəsəbəsində yerləşir.
Ben Nevis
Ben Nevis (ing. Ben Nevis) — Britaniyanın ən yüksək dağıdır.