Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizkiy adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Nizkiy adası (Laptevlər dənizi)
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 8 metrdir. Naydyonış adasından 900 m şimalda, Oktyabr İnqilabı adasından 4,2 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,5 km təşkil edir. Sahilləri düzdür. Burada üç şirinsulu göl vardır. Bunlardan ikisi şimal, biri isə cənub sahillərinə yaxın yerləşir.
Nikşiç
Nikşiç (mont. Никшић/Nikšić) - Monteneqroda şəhər. Nikşiç vadisində, Trebyesa dağının ətəyində yerləşir. Nikşiç paytaxt Podqoritsadan sonra Monteneqronun ikinci ən böyük şəhəri və vacib sənaye mərkəzidir. Sahəsi 2.065 km² olan Nikşiç bələdiyyəsinin mərkəzidir.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. == Haqqında == Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Nizip müharibəsi
Nizip müharibəsi — Osmanlı İmperiyası ilə Misir valisi Kavalalı Mehmet Əli Paşa arasında Nizipdə baş verən müharibə (29 iyun 1839). İlk münaqişə Misirin Osmanlı dövlətinə ildə ödədiyi 32 min kisəli vergidən çıxdı. Kütahya müqaviləsinə baxmayaraq, Mehmet Əli Paşanın Osmanlı padşahının əmrlərini yerinə yetirməməsi və ən sonda tək tərəfli olaraq istiqlalını elan etdiyinə görə Sultan II Mahmud, 22 yunun 1839-cu ildə bu üsyankar paşanın yola gətirilməsi üçün Rusiya və İngiltərənin dəstəyini aldıqdan sonra Misirə müharibə elan etdi. Osmanlı qüvvələrinin başına Hafiz Mehmet Paşa gətirildi. Hərəkətə keçən Hafiz Mehmet Paşa, May 1839 sonlamda Birləşməsi tullanaraq Nizip çayı ilə bu çaya qarışan Orul Suyu kənarında düşərgə qurdu. Osmanlı ordusu 30 min piyada, 5 min süvari və 3 min artilleriyadan ibarət idi. İbrahim Paşanın ordusu isə təxminən 40 min nəfərə qədər idi. Hər iki ordu da 160-a qədər top vardı. 21 iyunda Hələbdən yola çıxan ibrahim Paşa iki qoldan Birecik istiqamətində yürüşə başladı. İki gün sonra da Osmanlı qüvvələri ilə rastlaşdı.
Nizki adası
Nizki adası (ing. Nizki Island; aleut. Ауаяҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. == Coğrafiya == Nizki adasından şərqdə Simiya, qərbdə isə Alaid adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Uzunluğu 5 km, maksimal hündürlüyü 51 metrdir. Sahil zolağı olduqca parçalıdır. Burad çoxlu sayda şxer vardır. XIX əsrdə rus tacirləri adaya tülkü gətirirlər.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi - Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Katsuzo Nişi
Katsuzo Nişi (yap. 西 勝造, 1884–1959) ー yapon mühəndisi və Aikido ustası. 1927-ci ildə o, Yaponiyada ilk metro layihəsinin - Tokio metrosunun aparıcı texniki mühəndisi olmuş, həmçinin öz sağlamlıq sistemini yaratmışdır. == Həyatı == Katsuzo gənc yaşlarından sağlamlığı uğrunda mübarizə aparmağa məcbur olub. Katsuzonun dünyada mövcud olan demək olar ki, bütün sağlamlıq və profilaktik tibb nəzəriyyələrini uzun illər diqqətlə öyrənməsi və sınaqdan keçirməsinin sonradan onun öz müalicə üsullarını yaratması ilə nəticələndi. Aikido müəllimi kimi Nişi aikido ilə məşğul olanları Sağalma Sistemi ilə tanış etdi. Nəticədə, Qızıl Balıq məşqi (kingyō undō, 金魚運動) kimi müəyyən məşqlər aikidoya daxil edildi və aikido ilə məşğul olanlar öz sağlamlıqlarının qayğısına qalmaq üçün yeni bir yanaşma tətbiq etdilər.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir. Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Azərbaycan vətənimdir. Nisim Nisimov (film, 1994)
Azərbaycan vətənimdir. Nisim Nisimov qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Quba yəhudilərindən olan istedadlı xanəndə və tarzən Nisim Nisimov haqqındadır. Nisim Nisimov ölkəmizdə tarda həm çalıb, həm də oxuyan nadir sənətçilərdəndir. == Məzmun == Film Azərbycan muğamının və xalq mahnılarının mahir ifaçısı olan Nisim Nisimova həsr olunub. Nisimin qeyri adiliyi ondadır ki, o Quba yəhudilərindən olan ilk mügənni-xanəndədir. Nisim Azərbaycan dilində oxuyanda heç kim deyə bilmir ki, o azərbaycanlıdır, yoxsa yəhudidir. O da ondan irəli gəlir ki, Nisimov Azərbaycana, daxilən böyük sevgi ilə bağlıdır. N.Nisimovun sözlərinə görə Azərbaycan muğamı onun üçün sonu olmayan bir dəryadır və muğamsız həyatı o təsəvvür edə bilmir.