Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. == Ümumi məlumat == Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Hikakos yarımadası
Hikakos yarımadası (isp. Hicacos) — Kubaın şimal sahillərində yerləşən yarımada. İnzibati baxımdan Matansas vilayəti ərazisinə daxildir. Yarımadada kurort şəhəri olan Varadero yerləşir. Yarımada öz adını kaktus bitkisinin növ çeşidliyindən almışdır.
Nikanor Parra
Nikanor Parra Sandoval (5 sentyabr 1914[…], San Fabian[d], Çili – 23 yanvar 2018[…], La Reyna[d], Çili) — Çili yazıçısı, riyaziyyatçısı və fiziki.
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.
Nikko Futarasan məbədi
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. == Tarixi == Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur.Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. == Xüsusiyyətləri == Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir.Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983.