Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çikalo
Çikalo (oset. Ирæфи (Æрæфы) район) — Rusiya Federasiyası, Şimali Osetiyanın İrafski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İrafski rayonunun və Çikalo kənd sovetliyinin mərkəzidir. Çikalo kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd İrafski rayonunun şimal hissəsində, Urux çayının sağ sahilindən biraz kənarda, eyni adlı Çikola çayının hər iki sahilində (Zmeyka) yerləşir. Vladikavkazdan 70 km şimal-qərbdədir. == Əhali == Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Din == Məscid. 1990-cı illərdə bərpa edilmişdir. == Tanınmış şəxsləri == Temirov qardaşları — Böyük Vətən Müharibəsi illərində Temirovlar ailəsindən şəhid olmuş qardaşlar. Biçilov Ramazan Rəhman oğlu (1949-2009) — sərbəst güləş üzrə RSFSR-in əməkdar məşqçisi (1990), SSRİ idman ustası.
Ngialo
Ngialo (vyet. Nghĩa Lộ) — Vyetnamın şimal-qərbində, Yenbay vilayətində şəhər (birinci dərəcəli inzibati vahid). Bilayətin cənub hissəsində, inzibati mərkəzi Yenbay şəhərindən cənub-qərbdə, dəniz səviyyəsindən 264 metr yüksəklikdə yerləşir. Txia çayı (Xonqxa çayının qolu) şəhərdən axır. Ngialonun sahəsi 29,67 km2-dir. 2009-cu ilin məlumatlarına görə əhalinin sayı 27,336 nəfərdir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Nikolay Gikalo
Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930). == Həyatı == Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib.
Pyrethrum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. === Heterotipik sinonimləri === Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Tanacetum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. === Heterotipik sinonimləri === Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Trillium nivale
Trillium nivale (lat. Trillium nivale) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Şimali Koreya
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir. == Coğrafiyası == Ölkənin ərazisi 122.762 km²-dir . Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir.
Şimali Kürdüstan
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır. Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir. Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir.
Şimali Lefkoşa
Şimali Nikosiya və ya Şimali Lefkoşa (türk. Kuzey Lefkoşa; yun. Βόρεια Λευκωσία) — Şimali Kipr Türk Respublikasının paytaxtı. 2006-cı ilin məlumatına görə, Şimali Lefkoşa şəhərinin əhalisi 49.868 nəfərdir. Bir çox və mühüm mağazalar, müasir ticarət mərkəzləri, restoranlar Şimali Lefkoşada yerləşib.
Şimali Lyan
Şimal Lyan dövləti — 397-ci ildə hazırkı Sintzyan-Uyğur Muxtar Rayonunda və Monqolustanda mövcud bir Hun dövlətidir. Hökmdarları özlərini "vanq" yəni kral adlandırıldı. Dövləti Cüçü sülaləsi idarə edirdi. Bu adı ona görə seçmişdilər ki, onların əcdadları Mete xanın sol Cüçü şahzadələri idi. 460-cı ildə dövlət Jujan xaqanlığı tərəfindən fəth olundu. Yuyçzülyü Tuxeçjen Şimali Lyanı ləğv edərək yerində Jujanlardan asılı Qaraxoca dövlətini qurdu. == Hökmdarları == == Mənbə == Jacques Gernet (1996). A history of Chinese civilization. Cambridge University Press.
Şimali Macarıstan
Şimali Macarıstan (mac. Észak-Magyarország) — statistik (NUTS 2) Macarıstan regionu, Borşod-Abauy-Zemplen, Xeveş, Noqrad medyeler daxildir. Şimalda Slovakiya ilə sərhəddir . Regionun sahəsi — 13.428 km² (Macarıstanın dördüncü böyük regionu). Əhalisi — 1,194,697 nəfərdir (2011-ci ilin məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 8% (ölkədə ən yüksək) olmuşdur. == Böyük şəhərlər == Mişkolts Eqer Şalqotaryan == İstinadlar == == Ədəbiyyat == Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh.
Şimali Makedoniya
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Şimali Maruteo
Şimali Maruteo (fr. Marutea Nord) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Maruteonun əvvəlki adı Fyurno (fr. Furneaux) olmuşdur. Makemo atolundan 24 km cənub-şərqdə, Nihirudan 30 km cənub-qərbdə yerləşir. Tuamotu arxipelaqına daxil olan Maruteo və ya Cənubi Maruteo qrupuna daxildir. == Coğrafiya == Atollun sahəsi 2.7 km²-dir. Daxilində laqun vardır. Laqunun sahəsi 400 km²-dir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir.
Şimali Nikosiya
Şimali Nikosiya və ya Şimali Lefkoşa (türk. Kuzey Lefkoşa; yun. Βόρεια Λευκωσία) — Şimali Kipr Türk Respublikasının paytaxtı. 2006-cı ilin məlumatına görə, Şimali Lefkoşa şəhərinin əhalisi 49.868 nəfərdir. Bir çox və mühüm mağazalar, müasir ticarət mərkəzləri, restoranlar Şimali Lefkoşada yerləşib.
Şimali Osetiya
Şimali Osetiya Respublikası (rus. Республика Северная Осетия — Алания, oset. Республикæ Цæгат Ирыстон — Алани) — Rusiya Federasiyası subyektlərindən biri. == Tarix == 7 iyul 1924-cü ildə muxtar vilayət kimi yaradılıb, 1991-ci ildən Şimali Osetiya-Alaniya Respublikası kimi fəaliyyət göstərir. Sahəsi 8 min km2 , əhalisi 710.275 (2002) nəfərdir. == Coğrafiyası == Şimali Osetiya Böyük Qafqazın şimal yamacında yerləşir. Republikanın şimalında Stavropol düzənliyi, ondan cənubda Terek və Sunja silsilələri, mərkəzdə Şimali Osetiya düzənliyi, cənub hissədə Baş Suayrıcı, Böyük Qafqaz silsiləsi (5033 m hündürlüklü Kazbek dağı) mövcuddur. İqlimi kontinentaldır. Düzən ərazilərdə yanvarın orta tempteraturu −4.5°S, İyulun isə 24°S-dir. Düzənliklərə ildə 600–700 mm, dağlara isə 1000 mm yağıntı düşür.
Şimali Ostrobotniya
Şimali Ostrobotniya (fin Pohjois-Pohjanmaa; isv. Norra Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Laplandiya, Şimali Savoniya, Mərkəzi Finlandiya, Mərkəzi Ostrobotniya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Oulu şəhəridir. 1 yanvar 2020-ci il tarixində vilayətin ərazisi 45.852.47 km²-dir: bunun 36.815.41 km²-i quru ərazilər, 2.366.69 km²-i isə daxili sulardır. Vilayət həm də 6.670.37 km² dəniz sahəsinə sahibdir. Vilayət Finlandiyada ikinci ən böyük bölgədir. Vilayətin 31 oktyabr 2020-ci il tarixində 413.705 nəfər əhalisi var idi və Şimali Ostrobotniya əhalisinə görə Finlandiyada dördüncü böyük vilayətdir. Uusimaa və Pirkanmaa ilə yanaşı, Şimali Ostrobotniya Finlandiyanın ən sürətlə təbii artım müşahidə olunan vilayətdir. Bu, qismən böyük ailələrə üstünlük verən müharifəzakar lestadiyalıların əhali içərisindəki böyük payı ilə izah olunur.
Şimali Qafqaz
Şimali Qafqaz ya Qafqaz qırağı— Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Tərkibinə ön Qafqaz, Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir), Psou çayına qədər cənub sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionu. == Antropologiya == Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir. == Təbii şəraiti və təbii ehtiyatları == Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik. Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170–190 gün olması ilə nəticələnir.
Şimali Qazaxıstan
Şimali Qazaxıstan (qaz. Солтүстік Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi regionu. O, Şimali Qazaxıstan, Qostanay, Pavlodar, Aqmola vilayətləri və ölkənin paytaxtı olan Astana şəhəridən ibarətdir. Cənub-şərqdə Şərqi Qazaxıstan, cənubda Mərkəzi Qazaxıstan, cənub-qərbdə Qərbi Qazaxıstan regionu, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. == Əhali == Şimali Qazaxıstan ölkənin ən rus dilli regionudur. Bura Orta juz qazaxlarının yaşadıqları ərazidir.
Şimali Rodez
Şimali Rodez (fr. Rodez-Nord) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1246. Şimali Rodez kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 548 nəfər təşkil edirdi.
Şimali Santander
Şimali Santander (isp. Norte de Santander) — ölkənin şimal hissəsində yerləşən, Kolumbiya departamenti. Şimaldan və şərq hissədən Venesuela ilə əhatə olmuşdur. İnzibati mərkəzi Kukuta şəhəridir.
Şimalı Qazaxıstan
Şimali Qazaxıstan (qaz. Солтүстік Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi regionu. O, Şimali Qazaxıstan, Qostanay, Pavlodar, Aqmola vilayətləri və ölkənin paytaxtı olan Astana şəhəridən ibarətdir. Cənub-şərqdə Şərqi Qazaxıstan, cənubda Mərkəzi Qazaxıstan, cənub-qərbdə Qərbi Qazaxıstan regionu, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. == Əhali == Şimali Qazaxıstan ölkənin ən rus dilli regionudur. Bura Orta juz qazaxlarının yaşadıqları ərazidir.
Şimalı Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.