ŞİMALİ

ŞİMALİ – CƏNUBİ Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və əlahəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız (M.S.Ordubadi).

ŞİMAL
ŞİMALLI
OBASTAN VİKİ
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şimali Alföld
Şimali Alföld (mac. Észak-Alföld) — statistik (NUTS 2) Macarıstan regionu, Xaydu-Bixar, Yas-Nadkun-Solnok, Sabolç-Satmar-Bereq medyeler daxildir. Şimal-qərbdə Ukrayna , cənub və cənub-qərbdə Rumıniya ilə sərhəddir . Regionun sahəsi — 17729 km² (Şimali Alfölddən sonra ikinci ən böyük sahəsi). Əhalisi — 1,481,922 nəfərdir (2011-ci ilin məlumatları). Şimali Alföld Macarıstanın ən iqtisadi zəif bölgəsi sayılır. Xüsusi vergi və sənaye zonalarının yaradılmasına baxmayaraq, infrastrukturun olmaması səbəbindən bölgədə investisiyaların həcmi artmır. 2001-ci ildə işsizlik səviyyəsi 7,5% olmuşdur. Şimali Alföldin əsas hissəsi əkinçilikdə istifadə olunur, regionda inkişaf etmiş bir dərman sənayesi var. Şimali Alfölddə ən diqqət çəkən yerlərdən biri Xortobad Milli Parkıdır.
Şimali Amerika
Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m).
Şimali Maruteo
Şimali Maruteo (fr. Marutea Nord) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Maruteonun əvvəlki adı Fyurno (fr. Furneaux) olmuşdur. Makemo atolundan 24 km cənub-şərqdə, Nihirudan 30 km cənub-qərbdə yerləşir. Tuamotu arxipelaqına daxil olan Maruteo və ya Cənubi Maruteo qrupuna daxildir. Atollun sahəsi 2.7 km²-dir. Daxilində laqun vardır. Laqunun sahəsi 400 km²-dir. İnzibati baxımından Makemo kommunasına daxildir.
Şimali Nikosiya
Şimali Nikosiya və ya Şimali Lefkoşa (türk. Kuzey Lefkoşa; yun. Βόρεια Λευκωσία) — Şimali Kipr Türk Respublikasının paytaxtı. 2006-cı ilin məlumatına görə, Şimali Lefkoşa şəhərinin əhalisi 49.868 nəfərdir. Bir çox və mühüm mağazalar, müasir ticarət mərkəzləri, restoranlar Şimali Lefkoşada yerləşib.
Şimali Osetiya
Şimali Osetiya Respublikası (rus. Республика Северная Осетия — Алания, oset. Республикæ Цæгат Ирыстон — Алани) — Rusiya Federasiyası subyektlərindən biri. 7 iyul 1924-cü ildə muxtar vilayət kimi yaradılıb, 1991-ci ildən Şimali Osetiya-Alaniya Respublikası kimi fəaliyyət göstərir. Sahəsi 8 min km2 , əhalisi 710.275 (2002) nəfərdir. Şimali Osetiya Böyük Qafqazın şimal yamacında yerləşir. Republikanın şimalında Stavropol düzənliyi, ondan cənubda Terek və Sunja silsilələri, mərkəzdə Şimali Osetiya düzənliyi, cənub hissədə Baş Suayrıcı, Böyük Qafqaz silsiləsi (5033 m hündürlüklü Kazbek dağı) mövcuddur. İqlimi kontinentaldır. Düzən ərazilərdə yanvarın orta tempteraturu −4.5°S, İyulun isə 24°S-dir. Düzənliklərə ildə 600–700 mm, dağlara isə 1000 mm yağıntı düşür.
Şimali Ostrobotniya
Şimali Ostrobotniya (fin Pohjois-Pohjanmaa; isv. Norra Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Laplandiya, Şimali Savoniya, Mərkəzi Finlandiya, Mərkəzi Ostrobotniya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Oulu şəhəridir. 1 yanvar 2020-ci il tarixində vilayətin ərazisi 45.852.47 km²-dir: bunun 36.815.41 km²-i quru ərazilər, 2.366.69 km²-i isə daxili sulardır. Vilayət həm də 6.670.37 km² dəniz sahəsinə sahibdir. Vilayət Finlandiyada ikinci ən böyük bölgədir. Vilayətin 31 oktyabr 2020-ci il tarixində 413.705 nəfər əhalisi var idi və Şimali Ostrobotniya əhalisinə görə Finlandiyada dördüncü böyük vilayətdir. Uusimaa və Pirkanmaa ilə yanaşı, Şimali Ostrobotniya Finlandiyanın ən sürətlə təbii artım müşahidə olunan vilayətdir. Bu, qismən böyük ailələrə üstünlük verən müharifəzakar lestadiyalıların əhali içərisindəki böyük payı ilə izah olunur.
Şimali Qafqaz
Şimali Qafqaz ya Qafqaz qırağı— Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Tərkibinə ön Qafqaz, Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir), Psou çayına qədər cənub sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionu. Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir. Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik. Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170–190 gün olması ilə nəticələnir.
Şimali Qazaxıstan
Şimali Qazaxıstan (qaz. Солтүстік Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi regionu. O, Şimali Qazaxıstan, Qostanay, Pavlodar, Aqmola vilayətləri və ölkənin paytaxtı olan Astana şəhəridən ibarətdir. Cənub-şərqdə Şərqi Qazaxıstan, cənubda Mərkəzi Qazaxıstan, cənub-qərbdə Qərbi Qazaxıstan regionu, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. Şimali Qazaxıstan ölkənin ən rus dilli regionudur. Bura Orta juz qazaxlarının yaşadıqları ərazidir.
Şimali Rodez
Şimali Rodez (fr. Rodez-Nord) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1246. Şimali Rodez kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. 2006-cı ildə əhalinin sayı 2 548 nəfər təşkil edirdi.
Şimali Santander
Şimali Santander (isp. Norte de Santander) — ölkənin şimal hissəsində yerləşən, Kolumbiya departamenti. Şimaldan və şərq hissədən Venesuela ilə əhatə olmuşdur. İnzibati mərkəzi Kukuta şəhəridir.
Şimali Savoniya
Şimali Savoniya və ya rəsmi olaraq Şimali Savo (fin Pohjois-Savo; isv. Norra Savolax) - Finlandiyanın vilayətidir. Bu vilayət Cənubi Savoniya, Mərkəzi Finlandiya, Şimali Ostrobotniya, Kaynuu və Şimali Kareliya ilə sərhəddir. Mərkəzi Kuopio şəhəridir. Vilayətdəki ən böyük göl Kallavesi gölüdür. Vilayət 19 kommunadan ibarətdir. Qarın şriftlə göstərilən 5 kommunanın şəhər statusu var. Regionun ənənəvi yeməyi balıq və piroqla doldurulan bekon əti kalakukkodur. Şərqi Finlandiya Universitetinin Kuopio kampusu Savoniya Tətbiqi Elmlər Universiteti Sibelius Akademiyasının Kuopio fillialı Humak Tətbiqi Elmlər Universitetinin Kuopio fillialı North Savonia (official site).
Şimali Sosva
Şimali Sosva çayı — Xantı-Mansi muxtar dairəsi ərazisindən axan çay. Çay Şimali Uraldan başlayaraq Qərbi Sibir düzənliyinə istiqamətlənir. Çayın uzunluğu 754 km, hövzəsinin sahəsi 98 300 km² təşkil edir. Böyük Sosva və Kiçik Sosvanın birləşməsindən əmələ gəlir. Kiçik Obun mənsəbinə 287 km qalmış ona tökülür. XX əsrin əvvəllərinə qədər çayın adı rus dilində sadəcə Сосва yazılırdı. Sonradan ada ь işarəsi əlavə edilərək Сосьва şəklinə düşür. Daha sonra isə çayın adı Şimali Sosva olaraq qoyulur. Onun cənub qolu Cənub Sosva adlandırılır. Lakin buda uzun sürmür.
Şimali Sumatra
Şimali Sumatra (ind. Sumatera Utara) — İndoneziya əyalətidir. Sumatra adasının şimal-qərbində yerləşir və paytaxtı Medandır. Şimali Sumatra 2014-cü ildə 13,5 milyondan çox əhalisi olan Qərbi Yava, Şərqi Yava və Mərkəzi Yava və Yava xaricində İndoneziyanın ən sıx məskunlaşdığı dördüncü əyalətdir.
Şimali Tepoto
Şimali Tepoto (fr. Tepoto Nord) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Napuka atolundan 16 km şimal-qərbdə yerləşir. Daxilindəki laqun tam olaraq qurumuşdur. Uzunluğu 2,6 km, eni isə 0,8 km təşkil edir. Atollun sahəsi 4 km²-dir. Atoll Fransa Polineziyasında yerləşən ən ucqar və ən kiçik adalardan biridir. Tahanea ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. İnzibati baxımından Napuka kommunasına daxildir. 2007-ci il məlumatına görə adada 44 nəfər yaşayırdı.
Şimali Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Kosvinski Kamen və qonşu Konjakovski Kamendən (59 ° N) cənubda Telposiz massivinin şimal yamaclarına, daha doğrusu şimaldan ətrafında əyilən Şuger çayının sahilinə qədər uzanır. Yalnız dağ massivinin sahəsi təxminən 90.000 km²-dir. Ural dağları burada şimaldan cənuba paralel bir necə silsilə ilə uzanır. Burada ural dağlarının eni 50-60 km-ə təşkil edir. Relyef qədim düzənlikli dağların qalxması və sonrakı buzlaqların və müasir şaxtalı hava şəraitinin təsiri nəticəsində düz zirvələri olan orta dağdır. Şimali Uralın əsas zirvələri ən çox su ayıırıcı silsiləsindən uzaqda yerləşir: Konjakovski Kamen (1569 m), Denejkin Kamen (1492 m), Çistop (1292 m), Otorten (1182 m, digər xəritələrdə, 1234 m), Kojnim-İz (1195 m), Telposiz (1617 m). Durada daha sərt qayaların və kənar təbəqələrin qalıqları xüsusi maraq doğurur. Bunlardan ən məşhuru Man-Pupu-Nier, Torre-Porre-İz, Muninq-Tump dağlarında tapılmışdır. Uralın ən ucqar və əlçatmaz bölgələrindən biridir.
Şimali Vyetnam
Vyetnam Demokratik Respublikası (vyet. Việt Nam Dân Chủ Cộng Hòa) və ya digər adıyla Şimali Vyetnam (vyet. Bắc Việt Nam) — 1945–1976-cı illərdə Cənub-Şərqi Asiyada mövcud olmuş dövlət. II Dünya Müharibəsindən sonra baş verən Avqust İnqilabı zamanı Vyetnam kommunist inqilabçısı Xo Şi Min 2 sentyabr 1945-ci ildə Fransız Hind-Çinindən müstəqillik elan edərək Vyetnam Demokratik Respublikasının yaradıldığını elan etdi. Vyetminh - "Vyetnamın müstəqilliyi uğrunda Liqa" 1951-ci ilin fevralında əvvəlcədən qadağan edilmiş, Vyetnam Kommunist Partiyasının yenidən qurulmasından sonra getdikcə təşkilatlanmayan qeyri-kommunist qruplara kommunistlərin rəhbərlik etdiyi çoxsaylı Vyetnam millətçi qruplarının koalisiyası idi. Fransa 1946-cı ilin dekabrında Birinci Hindçin müharibəsinə - Fransa ilə Vyetminh arasında qanlı partizan müharibəsinə səbəb olan Vyetnam üzərində müstəmləkə hökmranlığını təsdiqləmək üçün hərəkətə keçdi. Vyetminh 1954-cü ildə Fransanın məğlubiyyətinə səbəb olan Vyetnamın əksər kəndlərini ələ keçirdi və nəzarət etdi. Həmin il Cenevrə konfransındakı danışıqlar müharibəyə son qoydu və Vyetnamın müstəqilliyini tanıdı. Cenevrə sazişi ilə müvəqqəti olaraq ölkə 17-ci paralel boyunca şimal və cənub bölgəsinə bölündü. Bu, 1956-cı ilin iyul ayında ümumi seçkilərin "Vyetnamın birləşməsinə səbəb olmasını" tələb etdi.
Şimali Xan
Xan Çao — 304-329-cu illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Şimali Xorasan
Şimali Xorasan ostanı (fars. استان خراسان شمالی‎ – Ostane Xorasane şomali) — İranın şərqində ostan. Mərkəzi Bocnurd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 28.434 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 811 572 nəfər yaşayır. 1998-ci ilə olan ehtimala görə keçmiş Xorasan vilayətinin şimalında, yəni hazırkı Şimali Xorasan vilayətində və Rezavi Xorasan vilayətinin şimalında təxminən 2 000 000 nəfər Xorasan türkü yaşamaqdadır və onlar məskunlaşdıqları bölgənin əhalisinin 50%-70%-ni təşkil etməktədirlər.
Şimali Yuan
Şimali Yuan Dövləti (monq. Умард Юань Улс;1368-1635) - Monqolustanda və Daxili Monqolustanda mövcud olmuş tarixi monqol dövləti. Yuan İmperiyasının Qırmızısarıqlılar üsyanı nəticəsində süquta uğramasında sonra yaranmışdır. İlk xanı Biliqtu xan Ayuşridara, son xanı isə Ecey xandır.
Şimali soto
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Şimali Çin
Şimali Çin (Çincə: 华北|Pinyin: Huáběi), Çinin coğrafi bölgələrindən biridir. Bölgə, Pekin və Tientsin şəhərləri, Hebei və Shanxi əyalətləri ilə qismən Daxili Monqolustan Muxtar Rayonunu əhatə edir. Şimali Çin Ovası və ya Zhongyuan (Sarı Çay Ovası) bölgənin ürəyi sayılır. Şimali Çin, Çinin siyasi, hərbi və mədəni mərkəzidir.
Şimali İoto
Şimali İoto (yap. 北硫黄島) — Bonin adalarına daxil olan vulkanik ada. Əvvəllər «ing. Kitaio Jima» və «ing. North Iwo Jima — Şimali İvacima» adı ilə tanınırdı. 18 iyun 2007-ci ildə «Şimali İoto» olaraq adlandırılmışdır. İoto adasından 80 km şimalda, Tokiodan 1170 km cənubdsa, Çiçicima adasından 270 km cənub-qərbdə yerləşir. Sahəsi 5,57 km², sahil xəttinin uzunluğu 8 km-dir. Ərazisi dağ massivləri ilə örtülüdür. Ən hündür nöqtəsi «Sakaqiqamine» (yap.
Şimali İraq
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Şimali İrlandiya
Şimali İrlandiya (ing. Northern Ireland, İrlandca: Tuaisceart Éireann) — Böyük Britaniya krallığına daxil ölkə. İrlandiya adasının şimal hissəsində yerləşir. Sahəsi: 244,827 min km², (İrlandiya – 70 min km²); əhalisi: 62 mln nəfər (İrlandiya 4,2 mln nəfər) paytaxtı: London (7,6 mln nəfər) rəsmi dili: İngilis pul vahidi: funt sterling B.Britaniya Qərbi Avropada, Atlantik okeanla Şimal dənizi arasında eyni adlı adada yerləşir. Ölkənin qurudan yalnız İrlandiya ilə sərhəddi var. Relyefində düzənliklər üstünlük təşkil edir. Ən yüksək dağ zirvəsi: Ben Nevisdir (1343 m) Qranpian dağları. İqlimi: Mülayim dəniz iqlim tipidir. B.Britaniyanın rəsmi adı, Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır. 4 tarixi ərazidən – İngiltərə, Şotlandiya, Uels, Şm.
Cənubi Koreya–Şimali Koreya münasibətləri
Şimali Koreya–Cənubi Koreya münasibətləri — Şimali Koreya və Cənubi Koreya arasındakı mövcud ikitərəfli münasibətlər. 1945-ci ildə Yaponiyanın İkinci Dünya müharibəsində məğlub olmasından sonra Koreyanın bölünməsi baş verir. Koreyanın bölünməsi 1945-ci ildə baş vermişdir. Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra Koreya yarımadasına ABŞ və SSRİ qoşunları yerləşdirilir. İki ölkə arasında sərhəd 38-ci paralleldən keçir. 1945-ci ilin 15 avqustunda Yaponiya müharibədəki məğlubiyyəti qəbul edir. Bununla da Koreya onun tərkibindən avtommatik çıxır. 22 avqust tarixində isə Sovet qoşunları Pxeynana daxil olurlar. 8 sentyabrda ABŞ qüvvələri artıq Seulda idilər. 1946-cı ildə ABŞ və SSRİ tərəfindən Koreyada hökumətin qurulmasını təşkil edəcək komisiya buraxılır.
Durham, Şimali Karolina
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham (Şimali Karolina)
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham qraflığı (Şimali Karolina)
Durham qraflığı və ya Durham County, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina regionuna məxsus bir qraflıqdır. Qraflığın əhalisi 2010-cu il statistik məlumatlarına görə 267,587 nəfərdir. Qraflığın paytaxtı Durham şəhəridir.
Farqo (Şimali Dakota)
Farqo (ing. Fargo) — ABŞ-nin Şimali Dakota ştatında şəhər, Kass qraflığının inibati mərkəzi. Yerləşdiriyi ştatının ən böyük şəhəri olan Farqonun əhalisi bütün ştatın əhalisinin 17%-ni təşkil edir. 2018-ci ABŞ əhalinin siyahıyaalınması ehtimallarına görə, şəhərin əhalisi 124.844 nəfərdən ibarətdir. Bu isə Farqonun ən çox əhaliyə malik 222-ci şəhəri edir. Şəhərin əsası 1871-ci ildə qoyulmuşdur. Farqo şəhərinin iqlimi mülayim kontinentaldan kəskin kontinental iqlimə dəyişir. Şəhərdə qışlar ABŞ standartlarına görə çox soyuq, ancaq o qədər də uzunmüddətli olmur. Şəhərdə yaylar çox isti olur. Şəhərin iqlimi o qədər kontinentaldır ki, mütləq maksimum (+45.6 °C) ilə mütləq minimum (−44.4 °C) tempertaturları arasındakı fərq 90 °C-dir.
Herne (Şimali Reyn-Vestfaliya)
Herne (Şimali Reyn-Vestfaliya) (alm. Herne‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 51.41 km2, əhalisi 154 417 nəfərdir (2013).
Hindistan–Şimali Koreya münasibətləri
Hindistan–Şimali Koreya münasibətləri — Hindistan və Şimali Koreya arasında ikitərəfli diplomatik münasibətlər. Hindistanın Pxenyanda, Şimali Koreyanın isə Yeni Dehlidə səfirliyi var. Hindistan Koreyaynın birləşməsini istədiyini söyləyir. Hindistan BMT Təhlükəsizlik Şurasının 82 və 83 nömrəli qətnamələrini dəstəkləyərək Şimali Koreyanı Koreya müharibəsində təcavüzkar adlandırdı. Lakin Hindistan Cənubi Koreyaya hərbi yardım göstərən 84 saylı qətnaməni dəstəkləmədi. Hindistan Qoşulmama Hərəkatının üzvü kimi Şimali Koreyaya qarşı hərbi öhdəliyini ləng yerinə yetirməkdə idi. Bunun əvəzinə Hindistan BMT-nin fəaliyyətinə mənəvi dəstək verdi və həkimlərini Koreyaya xoş niyyət jesti olaraq göndərməyə qərar verdi. Koreyaya göndərilmək üçün Hindistan Hava Hücum Diviziyasının bir hissəsi olan 60-cı Hindistan Sahə Tibbi Birliyi seçildi. Bu bölmə 14 həkim daxil olmaqla 346 nəfərdən ibarət idi. Hindistan 1947-ci ildə Koreyanın bölünməsinə nəzarət edən BMT-nin Doqquzluq Komissiyasının sədri idi.
Həsənabad (Sumay-i Şimali dehistanı)
Həsənabad (fars. حسن اباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 372 nəfər yaşayır (61 ailə).
K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti
K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universiteti — Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində ali təhsil müəssisəsi. Terek Xalq Maarif İnstitutu 1920-ci il avqustun 21-də açılmışdır. İnstitut Vladiqafqazın Marinskaya küçəsindəki keçmiş Olginskaya qadın gimnaziyasının binasında yerləşirdi. Georgi Kesayev institutun ilk direktoru olmuşdu. İnstitut iki fakültə tərkibində fəaliyyətə başlamışdır: ictimai tarix və fizika-riyaziyyat. Fakültələr dörd şöbədən ibarət idi. Birinci və ikinci səviyyəli eksperimental nümayiş məktəbləri, ictimai-tarixi, qafqazşünaslıq, fiziki, təbii-coğrafi, əmək üzrə kurs otaqları da açıldı. Şimali Qafqazın dağlıları arasında ilk professor, dilçi Boris Alborov institutun ikinci direktoru təyin edildi. 1921-ci ildə Terek rayonu Dağlılar Muxtar Sovet Sosialist Respublikasına çevrildi. Bu münasibətlə universitetə ​​Dağlılar Pedaqoji İnstitutu adı verildi.
Kirov rayonu (Şimali Osetiya)
Kirov rayonu (oset. Кировы район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Elxot kəndidir. Kirov rayonu respublikanın şimal-qərb hissəsində, Kabarda-Balkariya ilə sərhəddə yerləşir. Rayonun sahəsi 410.74 km²-dir. Aşağıdakı rayonlarla həmsərhəddir: şimal-şərqdə Mozdok rayonu, şərqdə Pravoberejnı rayonu, cənubda Ardon və Diqorski rayonları, eləcə də qərbdə və şimalda Kabarda-Balkariyanın 3 rayonu. Rayonun hidroqrafik şəbəkəsi Terek, Kambileevka, Urux, Zmeyka çayları və onların qolları ilə təmsil olunur. Bir sıra meliorasiya kanalları da mövcuddur. 2 dekabr 1934 SSRİ sosialist partiyasının Şimali Osetiyanə bölməsinin qərarı ilə beş kənd sovetliyi təşkil edilir: Elxotovski, Stavd-Dordski, Zmeyski, İranski və Komsomolski. 17 mart 1935-ci ildə SSRİ MİK qərarı ilə Elxotov rayunun adı Kirov rayonu olaraq dəyişdirilir.
Lefkoşa, Şimali Kipr
Nikosiya ya da Lefkoşa — Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı. Dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur. Əhalisi 97.700 nəfərdir (türk tərəfi — 49 868, yunan tərəfi — 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Lefkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir. Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya sənaye müəssisələri fəaliyyət göstərir.
Lukovskaya (Şimali Osetiya)
Lukovskaya (Oset. Луковскæй) kəndi Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. Bələdiyyənin inzibati mərkəzi "Lukovskoye kənd qəsəbəsi"dir. Lukovskaya kəndi Terek çayının sol sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Regional Mozdok şəhərinin cənub-qərbində və Vladiqafqaz şəhərindən 114 km şimal-qərbdə yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Sovetski, şimal-qərbdə Lukovski və şərqdə Mozdok. Çayın qarşı tərəfində Kievski kəndi var. Kənd respublikanın çöl zonasında Kabarda düzənliyində yerləşir. Terek çayının vadisi boyunca təpələr uzanır. Bələdiyyənin ərazisindəki orta hündürlük dəniz səviyyəsindən təxminən 130 metr yüksəkdir.
Lukovski kənd qəsəbəsi (Şimali Osetiya)
Lukovski kənd qəsəbəsi, Rusiya Federasiyasında Şimali Osetiya Respublikasının Mozdok bölgəsindəki bələdiyyədir. İnzibati mərkəz Lukovskaya kəndidir. Bələdiyyə Mozdok bölgəsinin mərkəzi hissəsində yerləşir. Kənd qəsəbəsinə iki qəsəbə daxildir. Kənd yaşayış məntəqəsinin sahəsi 11,16 km2 -dir. Bələdiyyələrin torpaqları ilə həmsərhəddir: şərqdə Mozdok şəhər qəsəbəsi, cənubda Kiyev kənd və Qızılyar kənd qəsəbəsi, qərbdə Pavlodolskoe kənd qəsəbəsi və şimal-qərbdə Sadovoe kənd qəsəbəsi. Kənd yaşayış məntəqəsi respublikanın çöl zonasında Kabarda düzündədir. Ərazi əsasən dalğalı və düzdür, hündürlüyə doğru kiçik dalğalanmalar müşahidə olunur. Dağlıq təpələr Terek çay vadisi boyunca uzanır. Bələdiyyə ərazisində orta yüksəkliklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Mahmudabad (Şimali Azərbaycan)
Mahmudabad şəhəri — Həmdullah Qəzvininin yazdığına görə, tarixdə mövcud olmuş Mahmudabad şəhərini Elxani hökmdarı Mahmud Qazan xan öz adı ilə adlandırmışdır. Bəcirəvan şəhərindən 20 fərsəx (təqribən 140 km), Ərdəbildən 40 fərsəx (təqribən 280 km) məsafədə yerləşirdi. Mahmudabad şəhəri Güştasfi mahalının sənətkarlıq və ticarət mərkəzi olmuşdur. 1555-ci ildə Mahmudabadın hakimi Şərəf xan Bitlisi idi. Mahmudabad zərbxanasında Şirvanşahlar adından pul kəsildiyi də məlumdur. 1394-cü ildə Əmir Teymurun qoşunları, 1500-cü ildə isə I Şah İsmayılın qoşunları Mahmudabad yaxınlığında qışlaması barədə tarixi faktlar mövcuddur. Tarixdən o da məlumdur ki, Ağqoyunlularla Teymurilər arasında vuruşmalardan biri də Mahmudabad yaxınlığında baş vermişdir (1468/69-cu ildə). Ehtimal ki, XVII–XVIII əsrlərdə feodal ara müharibələri nəticəsində paytaxt Mahmudabad şəhəri tənəzzülə uğramışdır. XVIII əsrin birinci yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər sonuncu dəfə 1741–1742-ci illərdə Nadir şahın hücumu nəticəsində tamamilə dağıdılıb. Bəzi tarixçilərə görə bu şəhər Salyan, bəzilərinə görə isə Masallı rayonunun (Mahmudavar kəndi) ərazisində ola bilərdi.
Mamakan (Sumay-i Şimali dehistanı)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.457 nəfər yaşayır (245 ailə).
Maral gölü (Şimali Amerika)
Maral gölü — Kanadanın mərkəzində yerləşən göl, Saskaçevan və Manitoba vilayətləri arasında yerləşir. Böyük hissəsi Saskaçevan ərazisində yerləşir. Göl buzlaq məşəllidir. Ümumi su tutumu 60 000 km². Su səthinin sahəsi 5650 km², ümumi sahəsi 6650 km² təşkil edir. Noyabrdan iyuna qədər göl buzla örtülü olur. Sahəsinə görə Saksaçevanın ikinci Kanadanın doqquzuncu gölüdür. Sahilləri parçalıdır. Burada 5500 kiçik adalar vardır. Şərqində Kinoosao, şimalında Broşe (Brochet), cənubunda Sauthend yaşayış məntəqələri yerləşir.
Mayski (Şimali Osetiya)
Mayski (oset. Майскæй, inquş. Майски, Бекъи-Юрт) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir . Eyni adlı kəndin inzibati mərkəzidir. Mayski kəndi İnquşetiya ilə sərhəddə, Kambileyevka çayının sağ sahilində, nisbətən aşağı axarda Alxançurt kanalı ilə kəsişdiyi yerdə yerləşir. Kəndə ən yaxın yaşayış məntəqələri: cənubda Çermen kəndi, şimal-şərqdə Nazran şəhəri (İnquşetiya), qərbdə Beslan şəhəri. Kəndin şərq kənarında, yeni qurulmuş Novoye kəndi yerləşir. 19-cu əsrin əvvəllərində, müasir bir kəndin yerində, Kambileyevka çayının sahilində rus sənədlərində və 19-cu əsrin xəritələrində qeyd olunan bir kənd qurulmuşdur. Bu kənd Bekaya ya da Bekaya Xişilqova (İnquş. Бекъи-Юрт) adlandırılmışdı.
Milli Birlik Partiyası (Şimali Kipr)
Milli Birlik Partiyası (türk. Ulusal Birlik Partisi, UBP) — Şimali Kiprdə milli mühafizəkar siyasi partiya. 11 oktyabr 1975-ci ildə Rauf Denktaş tərəfindən təsis edilmişdir. Partiya yarandığı vaxtdan 1994–1996-cı illər istisna olmaqla, 2003-cü il seçkilərinə qədər hakimiyyətdə olmuşdur. 2009-cu ildə Şimali Kipr Nümayəndələr Palatasına keçirilən qanunvericilik seçkilərində partiya səslərin 44%-ni və 50 oturacaqdan 26-sını qazanaraq çoxluq hökümətini formalaşdırmışdır. Partiyanın namizədi, keçmiş baş nazir Dərviş Eroğlu 17 aprel 2005-ci ildə Şimali Kiprdə keçirilən prezident seçkilərində 22,8% səs toplamışdır. 2016-cı ildən 2018-ci ilin əvvəlindəki seçkilərə qədər partiya lideri Hüseyn Özgürgün baş nazir vəzifəsini icra etdiyi Demokratik Partiyanın azlıq hökumətində baş tərəfdaş olmuşdur.
Mirabad (Sumay-i Şimali dehistanı)
Mirabad (fars. ميرابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (49 ailə).
Monastır (Şimali Makedoniya)
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Müstəqillik Günü (Şimali Makedoniya)
Müstəqillik günü — (mak. Ден на независноста) Şimali Makedoniyada 8 Sentyabr tarixində qeyd edilir. 1991-ci il referendumu ilə Makedoniyanın müstəqillik qazanmasından sonra milli bayram olaraq qeyd edilir. 8 sentyabr 1991-ci ildə referanduma qatılan 75,8%-lik seçicinin 95,5%-dən çoxu Şimali Makedoniyanın müstəqilliyinə səs verdilər. Axşam saatlarında meydana toplaşan vətəndaşlara dönəmin Makedoniya prezidenti Kiro Qliqorov müraciət etdi: "Əziz Makedoniya vətəndaşları, bu gecə sizi və bütün Makedoniya vətəndaşlarını azad, suveren və müstəqil Makedoniyanı təbrik etməyimə icazə verin." Xalqın müstəqil dövlət istəyi ilk çoxpartiyalı Makedoniya parlamenti tərəfindən 18 sentyabr 1991-ci ildə təsdiqləndi. 25 sentyabr 1991-ci ildə Makedoniyanın İstiqlal Bəyannaməsi, 17 noyabr 1991-ci ildə isə Makedoniyanın Konstitusiyası qəbul edildi. Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçildi. Lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır.
Məstəkan (Sumay-i Şimali dehistanı)
Məstəkan (fars. مستكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 575 nəfər yaşayır (116 ailə).
NUTS Şimali Makedoniyada
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı (AB) tərəfindən hazırlanmış və yalnız Avropa İttifaqı ölkələrini ətraflı şəkildə əhatə edir. Şimali Makedoniya AB üzvlüyünə namizəddir, buna görə də nominal olaraq NUTS nomenklaturasına daxil edilmişdir. Nomenklatura üç səviyyəyə malikdir: NUTS-1: MK0 Şimali Makedoniya NUTS-2: MK00 Şimali Makedoniya NUTS-3: 8 statistika regionları MK001 Vardar MK002 Şərqi MK003 Cənub-qərb MK004 Cənub-şərq MK005 Pelaqoniya MK006 Poloq MK007 Şimal-şərq MK008 Skopye Mövcud NUTS səviyyələrinə əlavə olaraq, iki səviyyəli LAU var (1-ci səviyyə - bələdiyyələr, 2-ci - kəndlər).
Predqornoye (Şimali Osetiya)
Predqornoye (Oset. Предгорнæй, qum. Борасув-отар) kəndi Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. Bələdiyyənin inzibati mərkəzi "Predqornenski kənd qəsəbəsi"dir. Kənd Terek silsiləsinin şimal ətəyində, Borasu dağı bölgəsində, Mozdok bölgəsinin cənub-şərq hissəsində yerləşir və üç tərəfdən İnquşetiya respublikasının torpaqları ilə əhatə olunmuşdur. Regional Mozdok şəhərindən 36 km cənubda, Malqobek şəhərindən 16 km şimal-şərqdə və Vladiqafqaz şəhərindən 87 km şimalda yerləşir. Qəsəbə torpaqları ilə cənub-şərqdə Voznesenskaya, cənub-qərbdəki Malqobek şəhərinin qərbində, Kiçik Malqobek və şimal-qərbdə Qızılyar ilə həmsərhəddir. Qəsəbə respublikanın dağətəyi zonasında Terski silsiləsinin şimal nöqtəsində yerləşir. Ərazi əsasən cənubda nisbi yüksəkliklərdəki fərqlərin artması ilə təpəlidir. Kənddə orta hündürlük dəniz səviyyəsindən 358 metr yüksəkdir.
Qalacıq (Şimali Çaybasar)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı, Çaybasar-i Şimali dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).

Значение слова в других словарях