Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Niobium
Niobium (Nb) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 41-ci element. Güclü paslanmayan çəliklərin istehsalında və bəzi paslanmayan polad növlərinin qaynaq çubuqlarında, həmçinin əlvan tərkibli dəmirlərdə istifadə edilir. Bu ərintilər, güclü olmalarından dolayı, digər xüsusiyyətləri səbəbiylə boru kəmərlərinin tikintisində istifadə edilirlər. İstilik neytronlara qarşı aşağı udma kəsiyi səbəbiylə, nüvə texnologiyasında da istifadə sahəsi vardır. Gəmini kosmos cədvəli və bənzəri irəli uçuş vasitələrinin quruluş sistemlərində böyük miqdarlarda niobium istifadə edilmişdir. Süper keçirici xüsusiyyətə sahib olan və güclü maqnetik sahələrdə belə bu xüsusiyyətini itirməyən NbZr ərintisi edilən tellər, güclü və dayanıqlı maqnitlərin istehsalında istifadə edilir. Zərgərlik sahəsində də geniş istifadə olunur. Nüvə reaktorlarında istifadə olunan paslanmayan polad tərkibli, reaktiv raketlərin və mərmilərin, kəsici alətlərin və boru kəmərlərinin tikintisində də niobiumdan faydalanılır.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nizkiy adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi geoxronologiya
Nisbi hündürlük
Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi kəmiyyətlər
Nisbi kəmiyyətlər — Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. == Nisbi kəmiyyətlərin ifadə formaları == === Əmsal === Nisbi kəmiyyətlərin ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərən əmsal (dəfə) göstəricisidir. Nisbi kəmiyyətin bu ifadə formasından, adətən, müqayisə olunan gösrərici müqayisə əsasını təşkil edən göstəricidən çox-çox fərqli olduqda istifadə edilir. === Faiz === Müasir dövrdə nisbi kəmiyyətlərin ən geniş yayılmış ifadə formalarından biri də faizdir. Müqayisə edilən ədədi müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb , 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. === Promille və prodesimille === Nisbi kəmiyyətlər əhali və səhiyyə statistikasında çox tez-tez promille (ədədin mində biri) və prodesimille ilə (ədədin on mində biri) ifadə olunurlar. Promilledə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür."Promille" latınca hər 1000-ə düşən, "prodesimille" isə hər 10000-ə düşən mənasında istifadə edilir. Promilledən əhali statistikasında , prodesimilledən isə səhiyyə(tibb) statistikasında geniş istifadə edilir. == Nisbi kəmiyyətin növləri == === Plan tapşırığı (müqavilə öhdəliyi) === Plan tapşırığı nisbi kəmiyyəti hesabat dövrünə nisbətən plan dövrü üçün nəzərdə tutulan göstəricilərin necə dəyişilməsini xarakterizə etmək üçün istifadə edilir.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Yeni Tırbıy (Şaran)
Yeni Tırbıy (başq. Яңы Тырбый, rus. Новотурбеево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 20 km, kənd sovetliyindən (Miçurinsk): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 62 km.
İçke Tırbıy (Şaran)
İçke Tırbıy (başq. Иҫке Тырбый, rus. Старотурбеево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (Miçurinsk): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 57 km.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Nizkiy adası (Laptevlər dənizi)
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 8 metrdir. Naydyonış adasından 900 m şimalda, Oktyabr İnqilabı adasından 4,2 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,5 km təşkil edir. Sahilləri düzdür. Burada üç şirinsulu göl vardır. Bunlardan ikisi şimal, biri isə cənub sahillərinə yaxın yerləşir.
Nisbi və mütləq rütubətlilik
== Rütubətlilik == Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında,qalan isə su damcıları və buz halında olur.Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur.Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir.Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. == Mütləq rütubətlilik == Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır.O,qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür.Mütləq rütubətlilik temperaturdan asılıdır.Temperatur artdıqca havada olan suyun miqdarı da artdı.Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. == Nisbi rütubətlilik == Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir. φ = ρ p ρ 0 ⋅ 100 % {\displaystyle \varphi ={\frac {\rho _{p}}{\rho _{0}}}\cdot 100\%} Burada ρ p {\displaystyle {\rho _{p}}} — havadakı doyan su buxarının sıxlığıˌ φ {\displaystyle \varphi } — havanın nisbi rütubətidir. Nisbi rütubətlilik havanın su ilə neçə faiz doymasını göstərir .Havanın rütubətini ölçmək üçün hiqrometrdən və psixometrdən istifadə olunur. == Həmçinin bax == Rütubət dövranı, Rütubət == Xarici keçidlər == Su buxarı.