Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Növhə
Növhə (ərəb. نوحة‎, fars. نوحه‎‎) — elekiya xarakterli qədim matəm nəğməsi. == Etimologiyası == Növhə sözü ərəb dilindən gəlir, "hüznlü nəğmə", "ağı" deməkdir. == Tarixi == Erkən orta əsrlərdən Yaxın və Orta Şərqə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Məzmunca mərsiyəyə yaxındır. Ənənəyə görə matəm mərasimlərində cənazə yanında mərsiyədən əvvəl qadınlar növhə oxuyardılar. "Şəbih" tamaşalarında da növhələr oxunmuşdur.
Russki adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Russkiye Vedomosti (qəzet)
Russkiye Vedomosti — Qəzet. 1863-cü ildən Moskvada çıxırdı, mötədil-liberal ziyalıların baxışlarını ifadə edirdi. 1880–1890-cı illərdə qəzetdə demokratik cəbhənin yazıçıları (V. Q. Korolenko, M. Y. Saltıkov-Şedrin, Q. İ. Uspenski və başqaları) iştirak edirdilər, liberal xalqçıların əsərləri çap olunurdu. 1905-ci ildən qəzet kadetlər partiyasının sağ cinahının orqanı idi. 1918-ci ildə "Russkiye Vedomosti" digər əksinqilabçı qəzetlərlə birlikdə bağlandı. == Mənbə == V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Novik adası
Novik — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şimal-şərq qurtaracağında yerləşən Qvardeysev burnundan 600 m şimalda yerləşir. Dairəvi formaya malikdir. Diametri 250 m təşkil edir. Sahillərində dərinlik 43 metrdir. Ada 1962-ci ildə II panq kreyseri olan «Novikin» şərəfinə adlandırılmışdır.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. == Tarix == Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Novı-Sonç
Novı-Sonç (pol. Nowy Sącz; mac. Újszandec; idiş Tzanz, צאנז‎; ukr. Новий Сонч; alm. Neu-Sandez‎) — Polşanın cənubunda şəhər. XIII əsrdə salınmışdır.
Növi (Alye)
Növi (fr. Neuvy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03200. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1578 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1112 nəfər (15-64 yaş arasında) arasında 794 nəfər iqtisadi fəal, 327 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 74.5%) olmuşdur. Fəal olan 794 nəfərdən 753 nəfər (382 kişi və 371 qadın), 41 nəfər işsiz (19 kişi və 22 qadın) idi. Fəal olmayan 327 nəfər arasında 134 nəfər şagird və ya tələbə, 149 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Russki adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Russki adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). === Coğrafi yerləşmə === Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.
Abies novae-angliae
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Acaena novae-zelandiae
Acaena novae-zelandiae (lat. Acaena novae-zelandiae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Banksia novae-zelandiae
Bulbophyllum novae-hiberniae
Bulbophyllum novae-hiberniae (lat. Bulbophyllum novae-hiberniae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium novae-hiberniae
Dendrobium bracteosum (lat. Dendrobium bracteosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pedilonum bracteosum (Rchb.f.) Rauschert === Heterotipik sinonimləri === Dendrobium bracteosum var. album Sander Dendrobium bracteosum var. roseum Sander Dendrobium chrysolabrum Rolfe Dendrobium dixsonii F.M.Bailey Dendrobium dixsonii var. eborinum F.M.Bailey Dendrobium eitapense Schltr. Dendrobium leucochysum Schltr. Dendrobium novae-hiberniae Kraenzl. Dendrobium quadrialatum J.J.Sm. Dendrobium trisaccatum Kraenzl.
Eupatorium novae-angliae
Eupatorium novae-angliae (lat. Eupatorium novae-angliae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Internet Movie Database
Internet Movie Database (azərb. İnternetdə filmlərin məlumat bazası‎), IMDb, — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Novıye Matı (Bakalı)
Novıye Matı (başq. Яңы Маты, rus. Новые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 21 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (62 %) üstünlük təşkil edir.
Növil-syür-Uaz
Növil-sür-Uaz (fr. Neuville-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 1.433 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-qərbdə, Serji belediyyənin 3 km şimal-qərbdə yerləşir.
Növil-sür-Uaz
Növil-sür-Uaz (fr. Neuville-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 1.433 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-qərbdə, Serji belediyyənin 3 km şimal-qərbdə yerləşir.
Prunella novae-angliae
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval.
Smosh: The Movie
The Smosh : The Movie Lionsgate Films -dən gələn Amerika komediya filmidir. Filmin önündə Anthony Padilla və Ian Hecoxdan ibarət YouTube dueti Smosh olacaq.
Con Ruskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Luk Russe
Luk Kameron Russe (7 sentyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bristol Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == === Bristol Rovers === Russe öz karyerasına Bristol Rovers klubunun U-10 gənclər akademiyasında start vermişdir. 2017-ci ilin iyul ayında o, Portuqaliyada keçirilən mövsüm öncəsi məşqlərdə iştirak etmək üçün əsas komandaya çağırılmışdır. O, öz peşəkar karyerasında debütünü 29 avqust 2017-ci ildə Uikomb Uonderers klubuna qarşı EFL Trofi görüşündə etmişdir. O, 71-ci dəqiqədə Biron Muru əvəz etmiş və komandası 5–1 hesabı ilə qalib gəlmişdir. 31 oktyabrda Russe turnirdə Vest Hem Yunayted U-23 klubuna qarşı oyunda 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Hovil
Hovil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.Hovil kəndi dəniz səviyyəsindən təxminən 800 metr hündürlüyündə malikdir Hətta Hovil kəndində çoxlu balağlar və şəlalələr vardır. Fransız səyyahı "Aleksandr Duma" Qafqaz Səfəri Bakı əsərində Hovil kəndin gözəlliyindən və Hovil kəndinin sakinlərinin qonaqpərvər olduğunu təsvir etmişdir == Əhalisi == Əhalisi 303 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Hiyovil kimi tələffüz edilir.
Noqir
Noqir (Oset. Ногир) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Noqirski kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Coğrafiya == Noqir kəndi Priqorodnı rayonunun şimal hissəsində, Terek çayının sol sahilində yerləşir və faktiki olaraq onun şimal ətrafı kimi Vladiqafqaz şəhəri ilə birləşir. Qəsəbə torpaqları ilə həmsərhəddir: cənubda Vladiqafqaz, şimalda Alxaçurt, şimal-şərqdə Mixaylovskoye və şərqdə Zavodski. == Etimologiya == Noqir sözü osetin dilindən tərcümədə Yeni Osetiya (Oset. Ног Ир) deməkdir. == Tarix == Oktyabr inqilabından əvvəl Noqir kəndini yerində çar hərbi təlim poliqonu yerləşirdi. Müasir Noqir kəndi 1921-ci ildə əvvəllər Xristianovskoye kəndində (indiki Diqora şəhəri) məskunlaşmış Cənubi Osetiya qaçqınları tərəfindən qurulmuşdur. Kənddəki ilk məktəb 1930-cu illərin sonlarında inşa edilmişdir.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. == Tarixi == 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. == İstinadlar == == Xarici keçidlər == Discovery Channel – MBG saytında.