Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Normani
Normani Kordey Hemilton (ing. Normani Kordei Hamilton; 31 may 1996, Atlanta) — ABŞ müğənni və rəqqasəsi.
Normal
Normal (riyaziyyat)
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Callista normalis
Dendrobium fimbriatum (lat. Dendrobium fimbriatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista fimbriata (Hook.) Kuntze === Heterotipik sinonimləri === Callista normalis (Falc.) Kuntze Callista oculata (Hook.) Kuntze Dendrobium fimbriatum var. oculatum Hook. Dendrobium normale Falc.
Sosial normalar
Sosial normalar — qrup üzvlərinin müəyyən bir kontekstdə necə davranacaqlarına inam. Sosioloqlar normaları yazılmayan və cəmiyyətin davranışını tənzimləyən bir anlayış kimi təyin edərkən, psixoloqlar daha ümumi bir tərifi qəbul edirlər. Sosiologiyada normalar yazılı və yazılmamış olaraq iki yerə bölünür. Yazılı normalar rəsmi normalar kimi də tanınır. Qanunlar, qaydalar, nizamnamələr, göstərişlər və fərmanlar yazılı normalara daxildir. Yazılı normalar əsasən dövlət qurumlarında və özəl sektorda istifadə olunur. Yazılı normaların icra gücü yüksəkdir. Yazılmamış normalar qeyri-rəsmi normalardır. Cəmiyyətdə qüvvədə olan qaydaların ümumi cəmi kimi də tanınırlar. Yazılmamış normaların əsas növləri bunlardır: adət, ayin, ənənə və əxlaq.
Etik normalar
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Dendrobium normale
Dendrobium fimbriatum (lat. Dendrobium fimbriatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista fimbriata (Hook.) Kuntze === Heterotipik sinonimləri === Callista normalis (Falc.) Kuntze Callista oculata (Hook.) Kuntze Dendrobium fimbriatum var. oculatum Hook. Dendrobium normale Falc.
Normand adaları
Normand adaları (fr. îles Anglo-Normandes) və ya Çannel-Aylends (ing. Channel Islands) — La-Manş boğazında, Fransa sahilləri yaxınlıqlarında adalar qrupu. Birləşmiş Krallığa məxsusdur. Sahəsi 196 km²-dir. İki böyük (Cersi və Gernsi) və bir neçə kiçik adadan ibarətdir. Qranik və qneyslərdən təşkil olunmuşdur. Bostançılıq, heyvandarlıq və balıqçılıqla məşğul olunur. Əsas şəhəri Sent-Heliyerdir. Adaların ümumi əhalisi 2018-ci ildə 170,499 nəfər idi.
Normand sülaləsi
Normand sülaləsi (ing. House of Normandy) — Normandiyada (911—1135) və İngiltərədə (1066—1135) hakimiyyətdə olmuş norman mənşəli zadəgan sülaləsi. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Beləliklə, I Vilhelm Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.
Normans-Key
Normans-Key — Baham adalarında ada. Eksumanın bir hissəsidir. Florida sahillərindən 340 kilometr (210 mil) aralıda yerləşir. 1978–1982-ci illərdə ada kolumbiyalı narkobaron Karlos Lederə məxsus idi və Kolumbiyadan ABŞ-yə kokain qaçaqmalçılığı üçün tranzit baza rolunu oynamışdır. Yeni seçilmiş hökumət yerli deputatın etirazı ilə dövlətə məxsus adanın 40,5 milyon dollara satılması ilə bağlı müqavilə imzalamışdır. Hökumət hesab edirdi ki, bu addım ölkə iqtisadiyyatının xarici investorlar tərəfindən daha da maliyyələşdirilməsinə töhfə verəcək. 2001-ci ildə baş rolda Conni Deppin olduğu "Kokain" filminin səhnələri Normans-Keydə çəkilmişdir. Ada Corc Yanq və T. Rafael Çiminonun "Ağır" romanında xatırlanır.
Kris Norman
Kris Norman (25 oktyabr 1950) — Böyük Britaniya ifaçısıdır. 1980-ci illərdə bir sıra sinqlları ilə məşhurluq qazanmışdır. 1986-cı ildə Alman prodüseri və ifaçısı Diter Bolen tərəfindən yazılan "Midnight Lady" mahnısı ölkələrdə ən yüksək zirvədə parlayırdı. == Albomlar == 2011: Time Traveller 2009: Live-DVD und CD Chris Norman The Hits! (Liveauftritt Tempotrom Berlin April 2009) 2009: The Hits!From His Smokie And Solo Years (Doppel-CD incl.
Normal (riyaziyyat)
Normal — düz səthə və bu səthdə kəsişən bütün düz xətlərə ortoqonal (perpendikulyar) olan vektor. Bu nöqtə vektor normalı adlanır hansı ki,— vahid vektordur və bu nöqtəyə çəkilən düz xətt normalın istiqamətinə paraleldir. Hamar səthdə ixtiyari nöqtə üçün yalnız istiqaməti ilə fərqlənən iki vektor normalı tətbiq etmək olar. Əgər səthdə normal vektorların dövri sahəsini təyin etmək mümkündürsə, onda bu sahə səthin oriyentasiyasını təşkil edir (yəni tərəflərdən birini ayırır). Əks halda, səth oriyentasiya olunmamış adlanır. Analoji olaraq, bu nöqtədəki əyri vektor normalı kimi təyin edilir.
Normal forma
Normal forma (normal form ) - relyasiyalı verilənlər bazasında: informasiyanın strukturlaşdırılması üsulunu müəyyənləşdirən, artıqlığın və uzlaşmamanın olmaması ilə xarakterizə olunan element; informasiyanın səmərəli işlənməsini, saxlanmasını və yenilənməsini təmin edir. Adətən, üç formada istifadə olunur: birinci normal forma (1NF), ikinci normal forma (2NF) və üçüncü normal forma (3NF). Birinci normal forma (1NF)(ən az strukturlaşdırılmış), hər bir sahəsi (sütunu) unikal informasiyadan ibarət olan yazılar qrupudur (məsələn, işçilərin siyahısı). İkinci və üçüncü normal formalar birinciləri ayrı-ayrı cədvəllərə bölür və ardıcıl olaraq sahələr arasında daha incə qarşılıqlı ələqələr müəyyənləşdirir. İkinci normal (2NF) formada ilkin açar sahəsi istisna olmaqla, başqa sahələrin altçoxluğu olan sahələr olmur. Üçüncü normal (3NF)formada açar olmayan sahələr haqqında informasiyaların yerləşdiyi sahələr olmur. Daha mükəmməl normallaşmada Boys-Kodd normal forması (BCNF), dördüncü normal forma (4NF) və birləşmiş proyeksiya – beşinci normal forma (PJ/NF və ya SNF) olur. Proqramlaşdırmada: normal forma, başqa dillərin sintaksisini təsvir etmək üçün istifadə olunan metadildir. Bəzən Bekus normal forması (Bekus-Naur forması) da adlanır.
Normal paylanma
Normal paylanma və ya Qauss paylanması – kəsilməz ehtimal paylanmasının vacib növü. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür. Normal paylanmanın mahiyyəti mərkəzi limit teoreminə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil. Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir. Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir. Ehtimal paylanma sıxlığı f : R → R , x ↦ f ( x ) {\displaystyle f:\mathbb {R} \to \mathbb {R} ,\ x\mapsto f(x)} olan bir kəsilməz təsadüfi dəyişən üçün: f ( x ) = 1 σ 2 π exp ⁡ ( − 1 2 ( x − μ σ ) 2 ) {\displaystyle f(x)={\frac {1}{\sigma {\sqrt {2\pi }}}}\exp \left(-{\frac {1}{2}}\left({\frac {x-\mu }{\sigma }}\right)^{2}\right)} o vaxt μ {\displaystyle \mu } - σ {\displaystyle \sigma } -normal paylanır ki, X ∼ N ( μ , σ 2 ) {\displaystyle X\sim {\mathcal {N}}(\mu ,\sigma ^{2})} və ya ( μ , σ 2 ) {\displaystyle (\mu ,\sigma ^{2})} -da normal paylansın, burada μ {\displaystyle \mu } riyazi gözləməni (orta kəmiyyət) və σ {\displaystyle \sigma } təsadüfi kəmiyyətin variyansıdır.
Normal su
Norman Abel
Norman Abel (ing. Norman Abeles; 15 aprel 1928, Vyana) — Avstriya əsilli ABŞ psixoloqu. Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur. Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir.
Norman Abramson
Norman Abramson (Norman Abramson) (1 aprel 1932) simsiz kompüter ünsiyyəti üçün ALOHAnet sisteminin inkişafı üçün ən tanınmış yəhudi mühəndis və kompüter alimidir. Norman Abramson 1 aprel 1932-ci ildə Bostonda (ABŞ) anadan olmuşdur. Norman Abramson Harvard Universitetində (1953) fizika, UCLA (1955) fizikasında M.A. və Ph.D. Stanford Universitetində elektrik mühəndisliyi (1958) oxumuşdur. Verilənlərin simsiz ötürülmə sistemi olan ALOHAnet-in müəllifi, amerikalı mühəndis və alim Norman Abramson ALOHAnet sistemi Ethernet və IEEE 802.11 texnologiyalarının prototipidir. Əliquliyev R.M. Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Norman Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Norman Endjell
Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür. 1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı.
Norman Finkelşteyn
Norman Qari Finkelşteyn (ing. Norman Gary Finkelstein) — yəhudiəsilli ABŞ siyasi elm adamı, yazıçı və professor. O, dünyada Holokost və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə tanınır. Onun anası almanların II Dünya müharibəsi dövründə Polşada yaratdıqları həbs düşərgəsində, atası isə Auşvitz həbs düşərgəsidə, almanların II dünya müharibəsi dövründə yəhudiləri saxladıqları və kütləvi şəkildə öldürdükləri ən böyük ölüm düşərgəsində idilər. Atasının almanların əlindən qaçdığı deyilir. Bütün bunlara baxmaraq, Finkelşteyn öz vicdanına sığınaraq yəhudiləri Holokostu bəhanə edərək başqalarına qarşı, xüsusən də günahsız fələstinlilərə qarşı qətlliam və vəhşiliklərdə günahlandırır. 2014-cü ildə İsrailin Qəzzəyə hücumlarına etiraz edib aksiya keçirən zamanı Finkelşteyn və 20-yə yaxın amerikalı polis tərəfindən nəzarətə götürülüb.
Norman Foster
Norman Foster (1 iyun 1935, Mançester) — ingilis memar. Memarlıq təhsili ilk olaraq Mançestr Universitetində alan Norman təhsilini Yeyl Universitetində usta olaraq tamamladı.Dünya səviyyəsində bir çox komitəyə qatılan və yüzlərcə mükafata layıq görülən Norman Fosterin bir çox tanınmış layihəsi vardır. Millau Körpüsü (Fransa, dünyanın ən yüksək körpüsü), Honq Konq Beynəlxalq Hava limanı, Uembli stadionu kimi dünya üzrə tanınmış sayısız memarlıq layihələrinə imza atdı. 2002-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Norman Ozborn
Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur. Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir. Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır. Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb.
Norman Ridus
Norman Mark Ridus (ing. Norman Mark Reedus; 6 yanvar 1969, Hollivud[d], Florida) — ABŞ aktyoru. "Gəzən ölülər" televiziya serialında canlandırdığı Deril Dikson obrazı ilə məşhurlaşıb. Norman Ridus 6 yanvar 1969-cu ildə Florida ştatında yerləşən Hollivud şəhərində anadan olub. Ridusun nənəsi italyan əsilli, babası isə ingilis, şotland və irland əsillidir. O, bir müddət Tokyo şəhərində yaşamış, sonralar Los-Ancelesə köçərək Harley-Davidson mağazasında işləmişdir.
Norman Uizdom
Norman Uizdom — Britaniyalı komik Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında "Mister Pitkin düşmən arxasında", "Mister Pitkin xəstəxanada" və "Mister Pitkin baş-ayaq" filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib. Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib. Nəhayət 2010-cu ilin 4 oktyabrında Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.
Norman nəzəriyyəsi
Norman nəzəriyyəsi və ya normanizm — tarixşünaslıqda varyaqları Kiyev Rus dövlətinin yaradıcıları hesab edən istiqamət. Nəzəriyyə XVIII əsrin ikinci rübündə Peterburq Elmlər Akademiyasında işləyən alman alimlər irəli sürmüşdür. Onlar "Ömənillərin basmanı"nda varyaq knyazlarının dəvət olunması haqqındakı hekayəsi əsas götürmüşdülər. XVIII–XIX əsr Çar Rusiyası tarixşünaslığında (N. M. Karamzin və b.) Norman nəzəriyyəsi Kiyev Rus dövlətinin mənşəyi barədə rəsmi fikir xarakteri almışdır. XX əsrin 20-ci illərindən etibarən Norman nəzəriyyəsi Qərb tarixşünaslığınıb tərkib hissəsi olmuşdur. Sovet tarixşünaslığında Norman nəzəriyyəsinin hərtərəfli tənqidi verilmişdir. Onlara görə, Norman nəzəriyyəsinin siyasi mahiyyəti qədim slavyanları müstəqil dövlət yaratmağa qadir olmayan xalq, normanları (varyaqları) isə qədimdən başlayaraq Rusiyanın inkişafına təsir göstərən qüvvə kimi qələmə verməkdən ibarət idi. Hələ XVIII əsrin ortalarında M. V. Lomonosov Norman nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir. Çar Rusiyası tarixçilərindən bəziləri Norman nəzəriyyəsinin müəyyən müddəalarını tənqid etsələr də, onun elmə zidd olmasını göstərə bilməmişlər. Sovet tarixçilərinə görə, antikommunizmin ideoloqları SSRİ-yə və sosialist ölkələrə qarşı mübarizədə Norman nəzəriyyəsindən istifadə etmişdir.