Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Nosov
Aleksandr Mixayloviç Nosov (1924, Rusiya – 3 oktyabr 1943, Krasnodar diyarı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Aleksandr Mixayloviç Nosov 1922-ci ildə Rusiya Federasiyasının Saratov vilayətinin Antarsk rayonunun Şerbinovka kəndində anadan olub. 1933-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçübdür. 1942-ci ildə könüllü orduya getmişdir. Qvardiyaçı kiçik serjant 56-cı ordunun 2-ci qvardiya atıcı divizyasının 15-ci qvardiya atıcı alayının bölmə komandiri olub. Şimali Osetiya Respublikasının İrafsk rayonunun Uikol qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və 7 avqust 1943-cü ildə həlak olub. Adına Saratov vilayətində məktəb var. == Təltifləri == Lenin ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə Aleksandr Mixayloviç Nosov 1943-cü il 25 oktyabr tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həmçinin bax == == İstinadlar == == Ədəbiyyat == "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu…-N.) hərfləri, Respublika Xatirə Kitabı redaksiyası, Bakı, 2011.
Nikolay Nosov
Nikolay Nikolayeviç Nosov (rus. Николай Николаевич Носов, ukr. Микола Миколайович Носов; 10 (23) noyabr 1908, Kiyev, Kiyev quberniyası[d], Rusiya imperiyası – 26 iyul 1976, Moskva, RSFSR, SSRİ) — Rusiya-sovet yazıçısı. == Həyatı == Nikolay Nikolayeviç Nosov 23 noyabr 1908-ci ildə o vaxtlarda Rusiya imperiyası tərkibində olan Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi iştirakçısıdır. Nikolay Nosov 26 iyul 1976-cı ildə SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Nikolay Nosov 1932-1951-ci illərdə kinorejissor işləmişdir. O, uşaqlar üçün yazılmış "Bitya Maleyev məktəbində və evdə" (1951) povesti, "Bilməz və dostlarının macəraları" (1954), "Bilməz Günəş şəhərində" (1958), "Bilməz Ayda" (1964-1965) trilogiyası, "Dostum İqor haqqında povest" (1972), "Quyunun dibindəki sirr" (1976) avtobioqrafik povesti və s. əsərlərin müəllifidir. == Təltif və mükafatları == Nikolay Nosov 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Nasos
Nasos - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. ==== Tarixi ==== Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
Nosel
Nosel (Averon)
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir. == Tarixi == 11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır.
Vostok
Vostok (Antarktika stansiyası) — Rusiyanın antarktik elmi stansiyası. Vostok (Astraxan) — Astraxanda kənd. Vostok (İşembay) — Vostok-1 — Vostok-6 — kosmosa buraxılan gəmi. Vostok gölü — Antarktidada, Rusiyanın Vostok stansiyasının altında yerləşən buzaltı göl. Severo-Vostok Burnu — Çelyuskin burnunun digər adı.
Hook.
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. == Nəşr olunmuş əsərləri == Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). == Vilyam Cekson Hukerin şərəfinə adlandırılmış taksonlar == Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) === Növlər === Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aleksey Kosov
Aleksey Kosov (29 iyul 1994) — Rusiyalı kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Rusiyanı təmsil edir. Aleksey Kosov dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Baycu noyon
Baycu noyon (təq. 1201, Böyük Monqol imperiyası – 1260) — Besut ulusundan monqol sərkərdəsi. == Həyatı == Baycu noyon Hülaku xanın sərkərdəsi idi. Tümənbəyi sayılırdı. 30 min qoşunla Sivasda Səlcuqlulara qalib gəldi. Baycu noyon 1261-ci ildə Hülaku xan tərəfindən öldürüldü. == Ailəsi == Baycu noyonun Adak noyon adlı oğlu vardı.
Boşko Raduloviç
Boşko Raduloviç (6 oktyabr 1996) — Monteneqrolu üzgüçü. Boşko Raduloviç Monteneqronu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Boşko Raduloviç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.24 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cebe noyon
Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı. == Həyatı == Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı. Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi. Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. == İbn əl-Əsir Cebe noyonun yürüşü haqda == Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.
Con Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
Coson krallığı
Çoson krallığı — 1392-1897-ci illərdə mövcud olmuş Koreya dövlətdir.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Dmitri Anosov
Dmitri Viktoroviç Anosov – rus riyaziyyatçısı. == Haqqında == Moskva Dövlət Universitetini bitirmişdir (1958). 1997-ci ildən Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnistitunda diferensial tənliklər şöbəsinin müdiri vəzifəsində çalışıb. Tədqiqatları diferensial tənliklər nəzəriyyəsinə, dinamik sistemlərə (Anosov sistemləri), həndəsə və topologiyaya aiddir. SSRİ Dövlət mükafatı laureatı (1976), Rusiya Elmlər Akademiyasının akademikidir (1992).
Doson adası
Doson adası (isp. Isla Dawson) — Magellan boğazında yerləşən adalardan biri. Adada 301 nəfər yaşayır (2002). == Tarixi == Çarlz Darvin Dosonu "ölüm adası" adlandırmışdır. 1973-cü ildə baş verən dövlət çevrilişindən sonra yaşayışı olmayan ada devrilmiş rejimin saxlandığı konslagerə çevrilir. Adada ümumilikdə 99 siyasi məhbus saxlanılırdı. Onlar arasında — təhsil naziri Edqardo Enrikes Frodden, daxili işlər naziri Хоse Toа, xarici işlər naziri Orlando Leteler, iqtisadiyyat Pedro Vuskoviç, senator Fernando Flores, Çili Kommunist Partiyasının sədri Luis Korvalan və s.
Feodosi Kosoy
Feodosi Kosoy (rus. Феодосий Косой) — İvan Qroznı dövründə yaşamış rus mütəfəkkiri. O, kilsə iyerarxiyasını, Üçlüyü, müqəddəs mərasimləri, ikonaları və məbədləri rədd edərək tam bərabərliyi təbliğ etmişdir. Onun bu hərəkətləri 1553-cü ildə Matvey Başkin və kilsə xadimi Artemi tərəfindən pislənmişdir. O, təhlükəsizlik üçün Litvaya qaçmış və polyak qardaşlar cəmiyyətinə qoşulmuşdur.
Fosko Sinibaldi
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Grga Novak
Grga Novak (2 aprel 1888 – 7 sentyabr 1978) — görkəmli xorvat tarixçisi, arxeoloq və coğrafiyaçısı, 1958-1978-ci illərdə Yuqoslaviya Elmlər və İncəsənət Akademiyasının prezidenti. == Haqqında == Xvar adasında doğulub və Zaqreb universitetinin qədim tarix üzrə profeessoru olub. 1946-1947-ci illərdə həmin universitetin rektoru olub. Xorvatiyada novator arxeoloji tədqiqatları və Dalmatiya, Split, Dubrovnik, Xvar və Adriatik adalarının tarixi üzrə məqalələri ilə tanınır.Grga Novak Zaqreb, Praqa və Vyanada tarix, arxeologiya və coğrafiya üzrə təhsil alıb və 1913-cü ildə doktorluq elmi dərəcəsi almışdır. 1920-ci ildən o Skopyedə Fəlsəfə Fakültəsində (sonradan Belqrad Universitetinin bir hissəsi olub) dərs deyib. 1924-cü ildə Zaqreb Universitetinə getmiş və 1959-cu ilə qədər qədim tarix üzrə dərs demişdir. Doktor Novak 1939-cu ildən Yuqoslaviya Elmlər və İncəsənət akademiyasının üzvü, 1958-ci ildən 1978-ci ilə kimi isə prezidenti olub. == Əsərləri == Novak, Grga (1977). Mletačka uputstva i izvještaji. Dio VIII. Od 1672 do 1680.
Jung Hoseok
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.