KÖSÖV

is.
1. Bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası. Kösövləri bir-birinin üstünə yığmaq. Kösövü alışdırmaq.
– Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu.
Kişinin ovqatı daha da xarablaşar, o yan-bu yanı axtarar, əlinə təndir kösövü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski.
Xəmiri basdırandan sonra Gülcahan mətbəxin yanındakı təndirə doğru gəlib, təndirin odunu kösövlə qarışdırdı. T.Ş.Simurq.

2. məc. Yanıb qaralmış, kobudlaşmış şey haqqında.
[Mürsəl:] Ayaqların kündə, əllərin kösöv; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm.
Rəngi sapsarı, dodaqları gömgöy; Əlləri qapqara bir kösöy. N.Rəfibəyli.

□ Kösövə dönmək1) yanmaq, qaralmaq.
Neçə il qabaq qonşularında olan Pakizə qızın özünü yandırması, bir an içində onun qolqıçlarının bir kösövə dönməsi Nənəqızı dərin bir dəhşətə salırdı. S.Rəhimov;

2) məc. hirslənmək, alışmaq, odlanmaq.
[Ədhəm] fikrinin siyasi təsirini artırmaq üçün bircə an içində qaralıb kösövə döndü. B.Bayramov.

◊ Cəhənnəm kösövü – bax cəhənnəm.
Kösövü tüstülü olmaq – adı pis çıxmaq, adı vayqanlı olmaq.
[Əlyarov:] Yaxşı, yaxşı, – dedi, – bu sözü burda dedin, başqa yerdə demə, … onsuz da kösövümüz tüstülüdür. M.Hüseyn.

Этимология

  • KÖSÖV Əsli közlayu (közə oxşayan) kimi olub, köz sözündən əmələ gəlib. Belə sözlər çoxdur: oxlayu “oxlov” deməkdir, biləklayu “bülöv” deməkdir
KÖRÜKLÜ
KÖSÖVLƏNMƏ

Значение слова в других словарях