DÖŞƏK

is. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə.
[Dərviş:] …Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu.

// Döşəkcə.
[Xudayar bəy] çox təəccüb elədi ki, haman gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. C.Məmmədquluzadə.
Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu. Çəmənzəminli.
[Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq.

◊ Döşəkdə yatmaq məc. – xəstə olmaq, xəstələnmək.
İmamverdi baba döşəkdə yatırdı, azardan çox zəif düşmüşdü. S.S.Axundov.

Этимология

  • DÖŞƏK Döş ismi və döşəmək feili ilə bağlıdır, “yastı” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DÖŞDƏYMİŞ
DÖŞƏKAĞI

Значение слова в других словарях