Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Atınç Nukan
Atınç Nukan (20 iyul 1993, Fateh, İstanbul ili) — müdafiə mövqeyində oynayan türk milli solaxay futbolçusudur. O, Türkiyə millisində çıxış edir. Atınç Nukan futbolçu karyerasına 2004-cü ildə "Küçükçekmecespor"da başlayıb. Burada keçirdiyi 2 uğurlu mövsümdən sonra “Beşiktaş”ın diqqətini çəkib və 2006-cı ildə 13 yaşında “Beşiktaş”a transfer olub.
Nüket Duru
Nüket Duru (türk. Nükhet Duru; 19 may 1954, Niğdə) — türkiyəli müğənni və aktrisa. O, 70-80-ci illərdə Türkiyədə populyar musiqinin ən güclü səslərindən və ən məşhur müğənnilərindən birinə çevrilmişdir.
Şahzadə Nukata
Şahzadə Nukata (額田王, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi. Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir. Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur.
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Nükət-Səda Sultan
Nükət-Səda Sultan (1760, Gürcüstan və ya Abxaziya – 4 iyun 1850 və ya 15 may 1850, Konstantinopol və ya Beşiktaş) — I Əbdülhəmidin 14-cü arvadı və Osmanlı padşahı IV Mustafanın doğma anası. I Əbdülhəmid öldüyü zaman hələ də Baş iqbal və gözdə olaraq qalan Nükət-Səda Sultan bu səbəbdən validə sultan ola bilməmişdir. Oğlu IV Mustafanın dönəmində onun yerinə validə sultan I Əbdülhəmidin 1776-cı ildə evləndiyi 11-ci arvadı Aişə Səniyəpərvər Sultan olmuşdur. Nükət-Səda Sultan oğlu IV Mustafanın 17 noyabr 1808-ci ildə devrilməsindən sonra uzun illər yaşamış və 4 iyun 1850-ci ildə vəfat etmişdir.
Nükət-səza Qadınəfəndi
Nükət-səza Qadınəfəndi (d. 2 yanvar 1827 - ö. 15 may 1850) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu xanımı. Nükət-səza xanım 1827-ci ildə Abxaziyada dünyaya gəlmişdir. Əsl adı Xədicə Baras idi. Atası abxaz əsilli Yatuq bəy Baras, anası isə gürcü əsilli Fərxundə xanım idi. 8 yaşında ailəsi tərəfindən İstanbula gətirilən Xədicə Osmanlı sarayına təslim edildi. Sarayda Validə Bəzmialəm Sultan tərəfindən himayəyə götürülən Xədicənin adı dəyişdirildi və Nükət-səza qoyuldu. Sarayda mükəmməl təhsil alan Nükət-səza piano və ud çalmağı da öyrəndi.
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Nukata no Okimi
Şahzadə Nukata (額田王, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi. Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir. Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur.
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Dukak
Dukak — Məliknamə ənənəsinə görə Səlcuq sülaləsinin əcdadı hesab edilir. Dövlət xadimi və hərbçi olmuşdur. Oğuz dövlətində böyük nüfuzu olan Dukaka hərbi nəaliyyətlərinə görə "dəmir yaylı" ləqəbi verilmişdi. Ox və yayın oğuzların mədəniyyətində hakimiyyət rəmzi olması səbəbindən bəzi tarixçilər onun subaşı olduğunu düşünürlər. Böyük Səlcuq imperiyasının qurucusu olan Toğrul bəyin babası olan Dukak, Səlcuq sülaləsinin də babası sayılır. == Qaynaqlar == === Məliknamə === Dukakın soyundan gələn Sultan Alp Arslan (1063-1072) dövründə şifahi qaynaqların toplanması nəticəsində yazılmış qaynaqdır. Bu əsərin Səlcuqların erkən dövr tarixi və Dukakln şəxsiyyəti barədə məlumat əldə etmək üçün əsas qaynaq olduğu ehtimal edilir. Bu əsərdə Dukak bəy barədə məlumat sülalənin ən yaşlı üzvlərindən və genologiya barədə geniş məlumata sahib Əmir İnanc bəy tərəfindən verilmişdir. Məliknamənin günümüzə qədər gəlib çıxmamasına baxmayaraq, bu məsələ ilə bağlı bəzi məlumatlar digər əsərlərdə qorunmuşdur və bu əsərlərə Məliknamədən keçmişdir. Məsələn, İbn əl-Əsirin əl-Kamil fit-Tarix (1231-ci il), İbn HÜseyninin Əkbər əl-Dövlət əl-Səlcuqiyyə (XIII əsrin əvvəlləri), Bar Hebraeusun Xronikon Syriakum (XIII əsrin ortaları), Mirxvəndin Ravzat əş-Şəfa əsərlərində Dukak bəy barədə məlumatlar vardır.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nikah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə, tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır. Niks Roma mifologiyasında Noks olaraq bilinir.
Nokaut
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Anuket
Anuket - Antik Misirdə Nil çayının və ya soyuq suyun ilahəsi. Nil çayının personajlaşdırılmış dişi fiqurudur. Anuketə Antik Misirin Elefantin və ətraf ərazilərində ibadət olunmuşdur. Simvolu (müqəddəs heyvanı) qəzaldır. == Etimologiya == Antik Misi dilində Anuket, Anaka və ya Anqet olaraq tanınırdı. == Mifologiyada rolu == Anuket Ranın qızıdır. O, həm də Satet ilə əlaqələndirilir. Belə ki, onların hər ikisni "Ranın gözü" adlandırılır.
Dəvəşəhri (Bükan)
Dəvəşəhri (fars. دوه شهري‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (25 ailə).
Elmabad (Bukan)
Elmabad (fars. علم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (19 ailə).
Ermənibulağı (Bukan)
Ermənibulağı (fars. ارمني بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (70 ailə).
Gərdqəbran (Bükan)
Gərdqəbran (fars. گردقبران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 631 nəfər yaşayır (102 ailə).
Hacıkənd (Bükan)
Hacıkənd (fars. حاجي كند‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (38 ailə).