Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ablej
Ablej (fr. Ableiges) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 972 nəfər (2000). Bələdiyyə Paris şəhərinin 37 km şimal-qərbində, Serji belediyyənin 8 km şimal-qərbdə yerləşir.
Kollec
Kollec (ing. college, lat. collegium) — orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi. İlk kolleclər Böyük Britaniyada XIII əsrdə, ABŞ-də XVII əsrdə yaranıb. Böyük Britaniya, ABŞ və bəzi ölkələrdə kollec dedikdə orta təhsildən sonrakı üç təhsil forması nəzərdə tutulur: ali məktəb; orta ixtisas təhsili; orta təhsilin yuxarı səviyyəsi.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur. Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Omlet
Omlet (fr. omelette) — fransız yeməyi olub yüngül qarışdırılmış toyuq yumurtasından tavada qızardılmaqla hazırlanır. Fransız omleti heç bir əlavəsiz tavaya tökülmüş yumurta qarışığının bir üzü kərə yağında qızardıldıqdan sonra ortadan iki bölünərək ya da dürüm şəklində süfrəyə verilir. Bu cür yemək demək olar ki beynəlmiləl olub müxtəlif xalqların mətbəxində müxtəlif cür adlandırılır. Məsələn, italyanlarda "it. frittata", yaponlarda "omu-raysu" və "omu-soba", ruslarda süd, un və kartof qarışıqlı rus. дрoчёна, azərbaycanda "qayqanaq" və.s.
Xələc
== Digər == Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. == Qəsəbələr == Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. == Kəndlər == === Azərbaycan kəndləri === Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Əyləc
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: Hərəkətli hissələrin dayandırılması, Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, Sükutda olan hissənin vəziyyətininin saxlanması. Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir. Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. == Həyatı == 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. == Karyerası == Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur. 2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur. 2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
OCLC
OCLC Online Computer Library Center, Inc. (OCLC) — dünya kitabxanalarının qlobal fəaliyyətlərini özündə ehtiva edən beynəlxalq təşkilatdır. Onun nəzdində Worldcat- dünya kataloq sistemi fəaliyyət göstərir. 6 iyul 1967-ci ildə mənfəət götürməyən Ohayo kollecinin Kitabxana Mərkəzi olaraq qurulmuşdur. 170 ölkədə və ərazidə 72.000-dən çox kitabxana, kitabxana materiallarını axtarmaq, əldə etmək, kataloqlaşdırmaq, borc almaq və qorumaq üçün OCLC xidmətlərindən istifadə edir. Təşkilat Fred Kilqur tərəfindən təsis edilmiş və mərkəzi Dublin, Ohayo, ABŞ-də yerləşir. == Xidmətləri == OCLC biblioqrafik, annotasiya və tam mətnli məlumat əldə etmək imkanı verir. OCLC və üzv kitabxanalar birlikdə dünyanın ən böyük onlayn ictimai giriş kataloqu (OPAC) olan WorldCat — OCLC Onlayn Birlik Kataloqunu yaradır və qoruyurlar. WorldCat dünyanın hər yerindəki dövlət və özəl kitabxanalardan qeydlər aparır. Open WorldCat proqramı kitabxanalara aid materialları İnternet axtarış motorları, biblioqrafik və kitab satış saytları vasitəsilə əldə edilə bilən WorldCat OCLC verilənlər bazasına yazır.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Oben
Oben (Averon)
Olea
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Alfonso Robles
Alfonso Qarsiya Robles (isp. Alfonso García Robles; 20 mart 1911, Samora-de-Hidalqo,Miçoakan,Meksika - 2 sentyabr 1991, Mexiko,Meksika) —Meksikalı siyasətçi,diplomat,Meksikanın Xarici İşlər naziri (1975-1976), Alva Mürdal ilə birgə 1982-ci ildə Nobel Sülh mükafatı laureatı == Erkən həyatı == Alfonso Qarsiya Robles Tereza Qarsiya və Kirino Qarsiya Roblesin (Miçoakan ştatı) ailəsində dünyaya göz açıb. Öncə keşiş olmaq niyyətində olan Alfonso, sonra fikrini dəyişərək və Mexiko Dövlət Universitetin hüquq fakültəsinə daxil olur. 1933-cü ildə beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə məzun oldu,bundan sonra Parisdə (1934-1937) və Haaqa Beynəlxalq Hüquq Akademiyasında (1938) təhsilini davam etdirdi. Robles hələ Avropada ikən diplomat kimi fəaliyyət göstərərək iki ilini İsveçdəki Meksika səfirliyində keçirir. == Karyerası == 1941-ci ildə vətəninə qayıdaraq beynəlxalq təşkilatlar şöbəsinin müdiri,daha sonra siyasi və diplomatik xidmətin baş direktoru təyin edildi. 1945-ci ildə,San-Fransiskoda BMT-nin yaradıldığı konfransda Meksika nümayəndə heyətinin üzvü oldu. Daha sonra Nyu Yorkdakı BMT Katibliyində çalışdı. 1957-ci ildə Meksikaya qayıtdıqdan sonra Xarici İşlər nazirliyində Avropa,Asiya və Afrika şöbəsinin müdiri təyin edildi,bununla əlaqədar 1958 və 1960-cı illərdəki dəniz hüququ ilə bağlı konfranslarda fəal iştirak etmişdir. == Sülhməramlı kimi fəaliyyəti == 1962-1964-cü illərdə Meksikanın Braziliyadakı səfiri olmuşdur.
Barri Nobles
Barri Nobles (2 dekabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Barri Nobles ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Barri Nobles 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.756 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu.
Danielle Robles
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Gökhan Güləç
Gökhan Güləç (25 sentyabr 1985) — Türkiyəli futbolçu, Xəzər-Lənkəran klubunun hücumçusu. == Karyerası == Peşəkar futbol karyerasına 2003-cü ildə İnegölsporda başlayan 27 yaşlı hücumçu daha sonra Qaziantepspor (2004-05, 17 oyun, 4 qol), Beşiktaş (2005-07, 35 oyun, 8 qol), Dənizlispor (2007-08, 13 oyun, 1 qol), Bursaspor (2008-09, 28 oyun, 6 qol), Kasımpaşa (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu Beşiktaşla 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. 2012-ci ilin sonunda Xəzər-Lənkəran klubuna transfer olunub.
Huqo Robles
Həsən Əbluc
Həsən Abbasqulu oğlu Əbluc (22 aprel 1942, Təbriz – 13 mart 1994, Bakı) — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1979). == Həyatı == Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.
Küleç məscidi
Küleç məscidi (ukr. Колеч-Мечеть, krımtat. Küleç Meçit, Кулеч-Мечит) — Krım xanlığı dövründə inşa edilmiş bir məscid. Məsciddən yuxarıda, çürük su çayının vadisi üzərindəki eyniadlı kənddə Əziz Əhməd əfəndinin türbəsi yerləşir. Məscidlə birlikdə mədrəsə də inşa edilmişdir. Məscid kompleksi haqqında ilk yazılı qeydlər 17-ci əsrə təsadüf edir, lakin tədqiqatçıların fikrincə, onun qurulma vaxtı daha erkən bir dövrə, ehtimal ki, 15-16-cı əsrlərə aid edilə bilər. Krımda Sovet hakimiyyəti qurulandan sonra məscid bağlandı və 1950-ci illərin əvvəllərində məscid kompleksi tamamilə dağıldı. Memarlıq obyekti olaraq, 1920-ci illərdə memar və bərpaçı Boris Nikolayeviçin başçılıq etdiyi ekspedisiya tərəfindən araşdırılmışdır. Bina 1950-ci illərə qədər qalsada, bundan sonra söküldü. Tədqiqat, çəkiliş, habelə onun ən qiymətli memarlıq və tarixi hissələrinin qorunub saxlanılması həyata keçirilmədi.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır. İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Object 279
Object 279 Kotin (Объект 279 Котин) 1959-cu ilin sonunda hazırlanmış Sovetlərin eksperiment məqsədli ağır tankı idi. Bu xüsusi təyinatlı tank, zəruri hallarda nüvə partlayışının şok dalğasına belə davam gətirmək üçün hazırlanmışdır. Ali Komandanlıq Ehtiyatının bir tankı kimi planlaşdırılmışdı. Bu tankın əməliyyat mənzili 300 km (190 mi), maksimum sürəti isə 55 km/sa (34 mph) idi. == Konstruksiyası == Tank Leninqraddakı Kirov zavodunda mühəndis L. Troyanovun rəhbərlik etdiyi bir qrup tərəfindən hazırlanmışdır. Tank üzərində iş 1956-cı ildə ağır tankın istismarı tələbləri ilə 1957-ci ildə başlamış və 1959-cu ilin sonunda kütləvi istehsaldan əvvəl hazırlanmış bir tankın istehsalı başa çatdırılmışdır. Bu unikal tank hərəkət qabiliyyətini artırmışdır. Yanacaq çəni kimi də istifadə edilən iki uzununa, düzbucaqlı içi boş vətərə quraşdırılmış dörd kanallı işləyən dişliyə sahib idi. Tank süspansiyonu kompleks hidrotransformator və üç sürətli planet dişli qutusu ilə hidro-pnevmatik idi. İz tənzimləyici qurd tipli idi.
Olben Barkli
Olben Barkli — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 35-ci vitse-prezidenti.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.