Abec

abec (アベシ, abeshi?)Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır.

abec
yap. アベシ
Doğum tarixi (38 yaş)
Doğum yeri
Cinsi kişi
Milliyyəti yapon
Komiks fəaliyyəti
Sahəsi ranobe
Əsas işləri Sword Art Online
Sayt Rəsmi bloqu

22 sentyabr 1985-ci ildə anadan olmuşdur.[1] Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect""Tamako Market" animelərinin personaj dizayneri olmuşdur.

Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır.[2] Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur.[2]

2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur.[3] 2011-ci ildə altıncı,[4] 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü,[5][6][7][8] 2017-ci ildə isə ikinci yeri tutmuşdur.[9]

2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi.

Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.

  1. "9月22日に生まれた人々/生年月日(誕生日)データベース" (yaponca). 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2017.
  2. 1 2 "Top-Selling Light Novels in Japan by Volume: 2012". Anime News Network (ingilis). 2 dekabr 2012. 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2017.
  3. Kono Light Novel ga Sugoi! 2013 (Japanese). Takarajimasha. November 19, 2012. ISBN 978-4-8002-0357-1.
  4. Kono Light Novel ga Sugoi! 2011 (Japanese). Takarajimasha. November 19, 2010. ISBN 978-4-7966-7963-3.
  5. Kono Light Novel ga Sugoi! 2012 (Japanese). Takarajimasha. November 19, 2011. ISBN 978-4-7966-8716-4.
  6. Kono Light Novel ga Sugoi! 2014 (Japanese). Takarajimasha. November 20, 2013. ISBN 978-4-8002-1954-1.
  7. Kono Light Novel ga Sugoi! 2015 (Japanese). Takarajimasha. November 21, 2014. ISBN 978-4-8002-3373-8.
  8. Kono Light Novel ga Sugoi! 2016 (Japanese). Takarajimasha. November 21, 2015. ISBN 978-4-8002-4766-7.
  9. Kono Light Novel ga Sugoi! 2017 (Japanese). Takarajimasha. November 24, 2016. ISBN 978-4-8002-6345-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]