Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyaka
Boyaka(isp. Boyacá) — Kolumbiya departamentlərindən biri, ölkənin mərkəzində yerləşir. İnzibati mərkəzi - Tunxa şəhəridir. == Tarixi == 1819-cu ildə indiki departamentin ərazisində, İspaniyanın müstəqilliyi uğrunda, Boyaka çayı yaxınlığında həlledici döyüş baş verdi. Həmin hadisələr nəticəsində Boyaka departamenti qeyri-rəsmi olaraq "Azadlıq torpağı" adlanır. Departamentin ərazisində El Infiernito kimi tanınan, Monkira arxeoloji parkı, tam anlamıyla "kiçik cəhənnəm" və ölkənin ən böyük gölü Tota yerləşir.
Oboyan
Oboyan (rus. Обоянь) — Rusiyanın Kursk vilayətində şəhər, Oboyan rayonunun mərkəzi. Dəmiryol stansiyası var. Eksperimental ağac plitələr, avtomobil təmiri zavodları, mebel fabriki, tikinti materialları kombinatı, yeyinti sənayesi müəssisələri, kitabxanaçılıq, texnikumu, pedaqoji məktəb var. XVII əsrdə salınmışdır. Донченко Ю. В. Курская губерния на старой открытке. — Курск: Курский областной комитет государственной статистики, 2004. — 336 с. — 3000 экз. — ISBN 5-901958-02-2..
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Opoka
Opoka — gilli maddənin, orqanizmlərin skelet hissələrinin (diatomea, radiolyariya və silisiumlu süngərlərin spikulaları), mineral dənələrinin (kvars, çöl şpatları, qlaukonit) qarışığı olan, amorf silisium oksidi — opaldan (92–98%-dək) təşkil olunmuş mikroməsaməli süxurlar. Bəzi müəlliflər opokalar diatomit, sponqolit və trepellərin dəyişilmə məhsulu, digərləri isə onları dəniz kimyəvi əmələgəlmələri hesab edirlər. Opokalar təbaşir və alt dördüncü dövr çöküntülərində geniş yayılmışdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Obayda adası
Obayda adası (yap. お台場) — Yaponiyanın Tokio körfəzidə yerləşən süni ada. Adanı Göy qurşağı körpüsü Tokionun mərkəzi ilə bağlayır. Adanın tarixi 19-cu əsrdə, Yapon hərbi rəhbərliyinin artilleriya batareyalarını yerləşdirdiyi Tokio körfəzində möhkəmləndirilmiş kvadrat formalı adalar zəncirinin qoyulduğu vaxtdan başlayır. Tokuqava şoqunatının hərbi hökumətinin orijinal planına əsasən 11 süni ada hazırlamalı idi. Ancaq beşinin tamamlandığı, indiyə qədər onlardan ikisinin qorunub saxlanıldığı bildirilir. Bir neçə artilleriya topunun və tikililərin qalıqları hərbi istehkamlardan xəbər verir. 1960-1970-ci illərdə Tokio meriyasının layihəsinə uyğun olaraq, batareyalardan ikisindən başqa hamısı ləğv edildi. Buna səbəb gəmilərin sərbəst şəkildə Şinaqava limanına və Tennodzu adasına sərbəst daxil olması üçün edilir. 1979-cu ildə 13 nömrəli tullantı poliqonu (indiki Dayba məhəlləsi, Minato Xüsusi Dairəsinin Hiqaşi-Yaşio məhəllələri və Koto Xüsusi dairəsinin Aomi məhəlləsi) birbaşa 3 nömrəli Batareya ilə birləşdirilir.
Stanislav Lobotka
Stanislav Lobotka (25 noyabr 1994, Messina, Siciliya) — Slovakiyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Slovakiya milli komandasının yarımmüdafiəçisi.
Seyya Stoyka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Troyka laundromatı
Troyka laundromatı və ya "ŪkioLeaks" — Rusiyanın keçmiş ən böyük investisiya bankı olan "Troika Dialoq" tərəfindən təşkil edilən çirkli pulların yuyulması sxemi. Bu sxem 2003-cü ildən 2013-cü ilin əvvəlinə qədər Rusiya şirkətləri və rəqəmlərindən təxminən 4,8 milyard dollar vəsaitin Avropa və ABŞ-yə axınına imkan vermişdir. Troyka laundromatı 2019-cu ildə Avropa, Şimali Amerika və Cənubi Koreyadan olan 21 media partnyoru ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi (OCCRP) tərəfindən aşkar edilmişdir. Sxem OCCRP və 20 media partnyoru, o cümlədən 15min.lt. tərəfindən toplanmış çoxlu əməliyyatlar və digər sənədlərdə aşkar edilmişdir. Tapıntılar bank qeydlərinin, e-poçt məktublarının və müqavilələrin kütləvi ən böyük sızmalarından biri hesab edilir. Araşdırmaçı jurnalistlər 2006–2012-ci illər arasında 233,000 şirkət və fiziki şəxs arasında ümumi dəyəri 470 milyard ABŞ dollarından çox olan 1.3 milyon bank əməliyyatını nəzərdən keçirmişdilər. 2006-cı ilin dekabrından 2008-ci ilin fevralına qədər avstriyalı hüquqşünas Erix Rebasso Litvanın "Ukio Bankas" bankındakı laundromat hesablarına demək olar ki, 96 milyon ABŞ dolları göndərmək üçün 150 fərdi əməliyyatdan istifadə etmişdir 2008-ci ildə Rebasso ölkənin ən yüksək hüquq-mühafizə orqanı olan Federal Cinayət Polisinin əsas Vyana qərargahına məktub göndərmişdir. O, beş səhifəlik məktubunda cinayət məqsədləri üçün istifadə edildiyini etiraf etmiş və məsələni lazımi cinayət araşdırmasına təqdim etməyə hazır olduğunu bildirmişdir. Rebassonun etiraf məktubu çox az təsir etmişdir.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Boyko Borisov
Boyko Borisov (13 iyun 1959[…]) — Bolqarıstanın baş naziri. == Futbolçu karyerası == Bolqarıstanın futbol üzrə III divizionunda çıxış edən "Tayqers" klubunda oynayır.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Konça Buyka
Konça Buyka (isp. Concha Buika, 11 may 1972, Palma-de-Malyorka) — ispan müğənnisi, yaradıcılığı flamenko, caz, soul, tanqo, rumba kimin müxtəlif janrları əhatə edən ən parlaq və orijinal ifaçılardan biridir. Onun “Niña de Fuego” albomu 2008-ci ildə İlin Ən Yaxşı Alvomu nominasiyasında Latın Qremmi Mükafatını qazanmış, “La Noche Mas Larga” albomu isə 56-cı Qremmi Mükafatlarının təqdim edilməsi məqasimində Ən Yaxşı Latın Caz Albomu nominasiyasında mükafata namizəd göstərilmişdir. Pedro Almodovarın İçində yaşadığım dəri filmində ifa edilmiş iki mahnının müəllifi və ifaçısıdır. == Bioqrafiyası == Konça Buyka 11 may 1972-ci ildə İspaniyanın Balear adalarının paytaxtı olan Palma şəhərində dünyaya gəlmişdir. O, yazıçı Xuan Balboa və Honorina Buykanın övladıdır və valideynləri hazırda Mayami, Florida, ABŞ-da yaşayır. Buyka şair, bəstəkar, musiqi prodüseri olmaqla yanaşı, “analıq” vəzifəsini də yerinə yetirir. O, ispan, katalan, ingilis, fransız və portuqal musiqiçiləri ilə iş birliyində olub. Onun əməkdaşlıq elədiyi şəxslər arasında Anuşka Şankar, Çik Korea, Nina Jozel, Mariza, Bebo Çuço Valdes, Luz Kasal, İvan Lyuis, Daniel Murihed, Cus Lui Perales, Seal, Armando Manzanero, Nelli Furtado və Xavier Limon kimi musiqiçilər var. Buyka bir neçə filmin musiqisini ifa etmişdir.
Vladimir Boysa
Vladimir Boysa və ya Vladimer Boysa (4 iyul 1981, Rustavi) ― Gürcüstan keçmiş peşəkar basketbolçusu. O, 2013-cü ildən Gürcüstan Basketbol Federasiyasının vitse-prezidentidir. Boysa karyerasının ən uğurlu illərini Sloveniyanın "Olimpiya" klubunda keçirmişdir, orada o, dörd mövsüm oynadı. Klubda keçirdiyi son mövsümündə Boysa Avroliqada çıxış etdi və onun orta statistikası 15,8 xala və 6,3 ribaunda bərabər idi. Mövsüm ərzində "Makkabi Tel Əvivə" qarşı 28 xal toplamağı bacardı və bu, yarışmada qazandığı ən yüksək xal oldu. Daha sonra İtaliyaya köçdü və 2005-ci ildə "Siena" klubuna qatıldı. "Aris Saloniki" ilə Yunanıstandakı mövsümü boyu ölkənin basketbol liqasında ortalama 4.1 xal və 2.5 ribaund nəticələrini göstərdi. Gürcü oyunçu həm də İspaniya Liqasında oyun təcrübəsinə malikdir, belə ki o, 2008-09 mövsümündə "Menorka" klubunda oynayırdı və oyun vaxtının hər 18 dəqiqəsində orta hesabla 4 xal və 2 ribaund qazanırdı. 2009-cu ilin fevral ayında o, klubdan ayrıldı. 2010-cu ildə baksetbolçu "Olimpiya"ya qayıtdı və burada bir mövsüm keçirtdi.
Yukka Poyka
Yukka Rousu (19 iyul 1980, Haukipudas, Oulu əyaləti[d]) və ya Yukka Poyka — fin reqqi sənətçisi.
Otoya Yamaquçi
Otoya Yamaquçi — Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirmiş yapon tələbə, siyasi fəal. Yamaquçinin törədtdiyi qətlin əks olunduğu foto Pulitser mükafatına layiq görülüb. Yamaquçi həbsxanada intihar edib. Otoya Yamaquçi 1943-cü il fevralın 22-də Tokionun Tayto dairəsində anadan olub. Atası Simpey Yamaquçi Yaponiya Özünümüdafiə Qüvvələrinin yüksək rütbəli zabiti olub. Ana babası isə yazıçı Namiroku Murakami olub. "Böyük Yaponiya" partiyasının üzvü olub. Müxtəlif ittihamlarla 10 dəfə həbs olunub. 1960-cı il oktyabrın 12-də 17 yaşı olanda Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirib. Cinayət Asanumonunun çıxış etdiyi vaxt baş verib.
Troyka (at qoşqusu)
Troyka (at qoşqusu) Troyka, köhnə rus at qoşqusudur. Troyka uzaq məsafəni sürətlə qət etmək üçün hazırlanmışdır. Bu, dünyada fərqli qaçışlara malik atların bağlandığı yeganə qoşqudur. Kök atı - mərkəzi at - sürətli, dəqiq yorğa qaçışla getməlidir, bağlanan atlar - yan tərəfdəki atlar - dördayaq qaçışla qaçmalıdır. Bu zaman sürət yüksələrək 45-50 km/saata çatır. Troykanın mexanizmi ondan ibarətdir ki, mərkəzdəki geniş, yorğa qaçışla qaçan atı, yandakı ona bərkidilmiş dördayaq qaçışla qaçan atlar sanki öz üzərində daşıyırlar. Bu, hər üç atın daha az yorulmasına, lakin yüksək sürəti saxlamasına imkan verir. Rus tarixi boyunca, demək olar ki, "Çar" dan, yəni imperatordan, Sibirdəki kəndlilərə qədər hər kəs troykadan istifadə edirdi və onun hazırlandığı ağacın növü, bəzəyinin çoxluğu sahibinin maliyyə gücünü göstərirdi. Çar, qoşquları daş-qaşlarla, taxta hissəsi qızıl naxışlarla bəzədilmiş troykalarda gəzərkən, zadəganlar və varlılar nisbətən ucuz daşlarla bəzədilmiş troykalardan istifadə edirdilər və sadə insanların troykası son dərəcə adi olardı. Üstəlik yol getməyə yararsız olar, təkərlər kirşə ilə əvəz edilənədək işləyərdi.
Troyka (nəqliyyat kartı)
Ata Boyla xaqan
Ata Boyla xaqan — Türgiş xaqanlığının bilinən son hökmdarı. 759-cu ildə Çin sarayına səfir göndərmişdi.
Moyka Zlobko Vayql
Moyka Zlobko Vayql (sl. Mojca Zlobko Vajgl) — Sloveniya arfa ifaçısı, musiqiçi, Lyublyana Musiqi Akademiyasının arfa və kamera musiqisi üzrə professoru. Moyka Zlobko Vayql arfa ifaçısı və Lyublyana Universiteti Musiqi Akademiyasının müəllimi olmaqla yanaşı, Sloveniya və həmçinin dünyada solo ifaçı və kamera musiqisi sahəsində tanınmış öncül musiqiçilərdən biridir. O, 1991-ci ildə Lyublyanadakı Musiqi Akademiyasının məzunu olmuş və fəaliyyətinə solo arfa ifaçısı kimi Lyublyananın Milli Sloven Opera və Balet teatrının orkestrində başlamışdır. Lakin tezliklə bütün istedadını solo və kamera musiqisinə həsr etmək qərarına gəldi. Daha sonra o, Hamburqda professor Mariya Qrafın müəllimlik etdiyi Musiqi və Teatr Akademiyasında arfa ifası üzrə aspiranturanı bitirmişdir. Tezliklə Moyka Zlobko geniş və müxtəlif məzmunlu repertuara malik tanınmış solo ifaçısına çevrildi. O, bir sıra bəstəkarları arfa ilə solo musiqisi, eləcə də müxtəlif alətlərlə səsləndirilən əsərlər yazmağa həvəsləndirmişdir. Bu əsərləri məhz özü tez-tez bütün dünyada öz konsertlərində müvəffəqiyyətlə ifa edir. Solo ifaçı kimi o, çoxsaylı məşhur ansambllar, o cümlədən Berlin Simfonik Orkestri, Stokholm Kamera Orkestri, Hamburq Filarmoniyasının Kamera Orkestri, Leypsiq Simli Kvarteti, Ars Amata Sürix, Venesiyadakı Paduya Orkestri, Belqrad Filarmoniyası, Sarayevo Filarmoniyası, Kiyev Milli Kamera Orkestri və Zaqrebdəki Xorvat Kamera Orkestri, "Uiener Konsert Verein" və digər orkestrlərin müşayiəti ilə çıxış etmişdir.
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Olta Boka
Olta Boka (2 noyabr 1991) — Alban musiqiçisi. Serbiyanın paytaxtı Belqradda keçirilən 2008 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı təmsil edib.
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Boka-Raton
Boka-Raton (ing. Boca Raton) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Boka Xuniors FK
Boka Xuniors (isp. Club Atlético Boca Juniors) — Buenos-Ayresi təmsil edən ən güclü və ən məşhur Argentina futbol klubundan biri. == Tarixi == Atletiko "Boka Xuniors" klubu 3 aprel 1905-ci ildə italyan və yunan oğlanların qrupu tərəfindən Buenos-Ayresin mərkəzi rayonu La-Bokada yaradılmışdır. Bəzi müzakirələrdən sonra Esteban Balletto, Alfredo Skarpati, Santiaqo Sana və Xuan və Teodoro Farenqa qardaşları yeni komandanın adını Boka Xuniors qoymağa razılaşdılar. Bir sıra yoldaşlıq oyunlarından sonra, Boka Xuniors 1906-cı ildə ilk kubokunu - "Reformist Kuboku"nu (Copa Reformista) qazandığı ilk matçında Vilya Lobos liqasında qeydiyyatdan keçdi. 1907-ci ildə klub Albion liqasında iştirak etdi və nəticədə qalib gəldi. 8 dekabr 1907-ci il Boka Xuniorsun oynadığı ilk beynəlxalq matç tarixi oldu. Onların rəqibi Montevideodan uruqvaylı"Universal" klubu idi. Bir sıra versiyalara görə, klub tez-tez ənənəvi mavi qızılı olaraq rəngləri dəyişmişdir. Klubun əfsanəsinə əsasən, 1907-ci ildə "Boka Xuniors" un futbolçuları eyni rəngləri olan digər komandalarla oynadılar, onlardan istifadə etmək hüququnu itirdilər.
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.