Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir. "Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır. Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.
Mihay Bobocica
Mihay Bobocica (8 sentyabr 1986) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mihay Bobocica İtaliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Mihay Bobocica İtaliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Lev Oborin
Lev Nikolayeviç Oborin (rus. Лев Николаевич Оборин; 11 sentyabr 1907, Moskva – 5 yanvar 1974[…], Moskva) — SSRİ pianisti. == Həyatı == Lev Nikolayeviç Oborin 11 sentyabr 1907-ci il tarixində Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1926-cı ildə Moskva konservatoriyasını bitirmişdir. Orobin 1930-cu ildən burada fortepianodan fərs demiş, 1935-ci ildən professor olmuşdur. Oborin 5 yanvar 1974-cü il tarixində, 66 yaşında, SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Lev Oborin 1927-ci ildə Varşavada keçirilən pianoçuların F. Şopen adına birinci beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. O, 1943-cü ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. Oborin 2 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабинович Д. А. Портреты пианистов.
Manuela Boçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Amblyseius boina
Amblyseius boina (lat. Amblyseius boina) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius boina Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.