Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Övrazcin
Övrazcin və ya Pənahabad (fars. اورازجین، پناه‌آباد‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,244 nəfər yaşayır (377 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)