Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Obzor
Obzor (bolq. Обзор) — Bolqarıstanda, Qara dənizdə yerləşən kiçik bir şəhər və dənizkənarı kurort. Obzorun Trakya adı Navlohosdur.Romalılar onu Templum Iovis adlandırdılar. Şəhər Nessebar yaxınlığında, Burqas vilayətində yerləşir. Müasir ad 1936-cı ildə təqdim edilmişdir; Obzor şəhər hüquqlarını 9 sentyabr 1984-cü ildə aldı. Antarktidanın Qremlend bölgəsindəki Obzor təpəsinin adı bu kəndin adı ilə dəyişdirilib.
BSOD
Ölümün göy ekranı və ya BSOD (ing. Blue Screen of Death, Blue Screen of Doom, BSoD) — Microsoft Windows əməliyyat sistemi yüklənən zaman ekrana gələn göy fonda ağ yazılardır. Yəni kritik – düzələ bilməyən əməliyyat sistemlərindəki səhv. BSOD-un əmələ gəlməsinə səbəb çoxdur. Qısaqapanma nəticəsində sərt diskin sistem sektorlarının sıradan çıxmasından BİOS-da parametrlərində səhvə yol veriləsinə qədər və s. BSOD-un 3 növü mövcuddur: Microsoft Windows 95/98/Me ailəsi üçün, Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün və Microsoft Windows CE ailəsi üçün. BSOD ilk dəfə Windows версии 1.3 əməliyyat sistemində aşkar edilmişdir.
OBON
OBON (Orta Asiya) (Əlahiddə Təyinatlı Qadınlar Dəstəsi/Отряд Баб Особого Назначения) — Orta Asiyada kütləvi informasiya vasitələri ilə işıqlandırılan mitinqlərdə və digər açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə qalmaqal, qarışıqlıq, təxribat (provokasiya) və bu kimi digər pozucu hərəkətlər törətmək üçün öz xidmətlərini təklif edən/satan qadınları ifadə etmək üçün istifadə olunan termin. Əsasən onların xidmətləri hədəfə alınmış tədbir təşkilatçılarının oponentləri (rəqibləri) olan sifarişçi tərəfindən ödənilir. Obonun fəaliyyətinə mitinqlər (kontr-mitinqlər, kvazi-mitinqlər) təşkil etmək və hədəf mitinqləri dağıtmaq, hədəf mitinqlərin gedişatını pozmaq, toplantı iştirakçılarına, mitinqi keçirən şəxs(lər)ə və təşkialat(lar)a təzyiqlər göstərmək, onları başqa insanların gözü qarşısında alçaltmaq, təhqir etmək və döymək, inzibati və digər binaları, toplantı məkanlarını tutmaq, yolları kəsmək, siyasətçiləri tutduğu mövqedən məhrum etmək və sair bu kimi xuliqanlıq hərəkətləri aid edilir. Obonun fəaliyyətinə hədəfə alınanların özlərinə və yaxınlarına zor tətbiq etmə və onları oğurlama, onların əmlakını məhv etmə və sair bu kimi digər fiziki və psixoloji zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə müşayiət oluna bilir.. XXI əsrdə daha çox Özbəkistan hakimiyyət tərəfindən müxaliflərinə qarşı və Qırğızıstanda Aksıy hadisələri zamanı istifadə olunub. Tətbiqinin yaradıcısı kimi Usen Sıdıkov hesab olunur. O parlament seçkilərində Əsgər Akayev tərəfindən seçkilərdən uzaqlaşdırılanda . obon(çu)ların xidmətindən istifadə edib. Digər postsovet ölkələrində də oxşar təyinatlı insanlardan istifadə olunub. == Tarix == Yaranma mənşəyi cibgirlərin məşhur praktikasına gedib çıxır.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Bohol adası
Bohol adası (taqal Bohol) — Filippinnin sahəsinə görə onuncu ən böyük adası. İnzibati baxımdan eyni adlı vilayətə daxildir. == Coğrafiyası == Sebu adasından cənub-şərqdə, Leyte adasından isə cənub-qərbdə yerləşir. Mindanao adasından eyni adlı dənizlə ayrılır (bəzən bu dənizə Bohol dənizidə deyilir.) Adanın sahəsi 3269 km², sahil xətdinin uzunluğu — 261 km-dir. Əhalisi — 1 255 128 nəfərdir (2010 il). İnzibati mərkəzi Taqbilaran şəhəridir (Tagbilaran). == İqlimi == Bisay adalının şimalına daxil olan Luson adası kimi tayfunların təsirinə məruz qalır. Hava əsasən il boyü rütübətlidir. Leyte və Samar adalarında olan dağlar tayfunların fəaliyyətini nisbətən zəiflədir. Noyabrdan aprelə qədər adanın şimal-şərqi mussonların (amihan) təsirinə məruz qalır.
Bohot nunatakı
Bohot nunatakı (bolq. Бохотски нунатак, ‘Bohotski Nunatak’ \'bo-hot-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1120 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir.Nunatak şimali Bolqarıstanda yerləşən Bohot şəhərinin adını daşıyır. == Yerləşməsi == Bohot nunatakı 77°23′37″ c. e. 85°34′32″ q. u. koordinatlarında yerləşmişdir. Veems dağından 13.7 km şimal-şərqdə, Pastroqor zirvəsindən 10.93 km şərqdə, Lanz zirvəsindən 15.96 km cənub-şərqdə, Ostruşa nunatakından 5.27 km şimal-qərbdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.
Obzor təpəsi
Obzor təpəsi (bolq. хълм Обзор, ‘Halm Obzor’ \'h&lm ob-'zor\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 490 m hündürlüklü qaya zirvəsidir.Zirvə şərqi Bolqarıstanda yerləşən Obzor şəhərinin adını daşıyır. == Yerləşməsi == Obzor təpəsi 63°16′00″ c. e. 57°05′43″ q. u. koordinatlarında yerləşmişdir. Dubouzye burnundan 2.46 km cənub-qərbdə, Bransfild dağından 1.18 km şimalda, Vişeqrad təpəsindən 1.87 km şimal-qərbdə, Mott qar təpəsindən qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Ovod (roman)
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində Mozalan və Atmilçəyi adları ilə də tərcümə və nəşr edilib. == Mövzu == Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Mozalan" təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Slаvоnski-Brоd
Slаvоnski-Brоd — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brоdskо-Pоsаvskаya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
Ovod (film, 1955)
"Ovod" (rus. Овод) — rejissor Aleksandr Faynsimmerin filmi. == Məzmun == Film italyan vətənpərvərlərinin ana yurdun azadlığı uğrunda avstriyalı işğalçılara qarşı gizli mübarizəsindən bəhs edir. Bu hadisələrin mühitində insanın faciəli taleyi durur. Həmin insan çətinliklərdən keçərək təmiz qəlbli və şövqlü gəncdən barışmaz inqilabçıya — əfsanəvi və ələkeçməz Ovoda çevrilir. == Film haqqında == Film ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında çəkilmişir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Etel Lilian Voyniç Ssenari müəllifi : Yevgeni Qabriloviç Quruluşçu rejissor : Aleksandr Faynsimmer Quruluşçu operator : Andrey Moskvin Baş rəssam : Yevgeni Yeney Bəstəkar : Dmitri Şostakoviç Geyim üzrə rəssam : B. Maneviç Səs operatoru : İ. Volk Qrim rəssamı : V. Ulyanov Filmin direktoru : M. Gendenşteyn === Rollarda === Oleq Strijenov – Artur Marianna Strijenova – Cemma Nikolay Simonov – Montanelli Vladimir Etuş – Martini Semyon Svaşenko – Markone Pavel Usovniçenko – Cüzeppe Vadim Medvedyev – Ciovanni Vladimir Çestnokov – Dominikino Ruben Simonov – Kardi Antoni Xodurski – Qrassini Anna Lisyanskaya – Qrassininin arvadı Qriqori Şpigel – Ceyms Yelena Yunger – Yuliya Boris Dmoxovski – şəhər komendantı Yakov Malyutin – polkovnik == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Obo
Obo- (rus. обо, ing. obo) (Monqolca: Овоо "yığın"), monqol və altay xalq inancında və şamanizində (xüsusilə monqolustanda bir çox yerdə olan) ümumiyyətlə qayalardan, daşlardan və ya taxtadan edilmiş bir növ kiçik yığma təpə və hörmət sahəsidir. Kənardan yaxşı görünən tək təpə, yaxud yüksək sopka, yüksək­liklərdə ( aşırımda, dağ zirvələrində təpəliklərdə və b.) göstərici və ya bir çox Asiya xalqlarında ənənəvi olaraq təbiətin ruhuna sitayiş işarəsi kimi süni surətdə qalanmış daş, torpaq və s.Ovog (Övö, Övöğ) və ya Obo (Öbö) (Qazaxca: Oba) da deyilir. Höyüklerin simvollaşdırılmış kiçik formaları olaraq da qəbul edilə bilər. Ovo ümumiyyətlə dağ keçidləri kimi, dağların üst qisimində və yüksək yerlərdə tapılar. İbadət üçün və Buddist mərasimlərdə dini məqsədlərlə istifadə edilən yerlərdir. Səyahət edərkən, bir ovo görüncə daha etibarlı bir səfər üçün orada dayanmaq və sonrada üç dəfə saat istiqamətində dairə çəkərək ətrafında dönmək lazımdır. Ümumiyyətlə, qayalardan edilən bu yığınların ətrafına daha sonralar kazıklardan bir növ çit də əlavə olmuşdur. Buralara saçı (qansız qurban) olaraq pul, süd, ya da araq şəklində hədiyyələr də buraxa bilər.
Şeyx Obaid bin Tani Evi
Şeyx Obaid bin Tani Evi — Şeyx Obaid bin Taninin tarixi binaı və keçmiş iqamətgahı olan, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən muzeydir. Muzey 1916-ci ildə dəniz daşlarından, gips və palçıqdan tikilmişdir. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Ev Əl Şindağada yerləşən Şeyx Səid Əl Maktumun Evinin yaxınlığında yerləşmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şeyx Obaid bin Tani Evi ilə əlaqəli mediafayllar var.
Vilhelm fon Bod
Vilhelm fon Bod (10 dekabr 1845[…] – 1 mart 1929[…], Berlin) Alman sənət tarixçisi və muzeoloqudur. Müasir muzeyşünaslıq elminin yaradıcıları arasında sayılır. Bu günlər Berlin Muzey Adasında olan Bode muzeyi olaraq tanınan və keçmiş adı Kaiser Friedrich Muzeyi olan muzeyin yaradıcısıdır. 1904-cü ildə özünün rəhbərlik edəcəyi bu muzeyi yaradan Bode, burada əhəmiyyətli əsərlərin yığılmasında böyük rol oynamışdır.