Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oberton
Oberton (alman dilində ober – yuxarı+ton) — mürəkkəb rəqsin əsas tona nisbətən daha yüksək tezliyə malik sadə tonları. Əsas ton kimi şərti olaraq birinci oberton götürülür. Rəqs tezliklərinin nisbətən tam ədədlərin nisbətən (1:2:3:4 və s.) kimi olan obertonlar harmonik overton adlanır. Musiqi səsi tondan və harmonik obertondan ibarətdir. Səslənən simin, hava sütununun tezliklərinin nisbəti həm tam ədəd, həm də 1/2:1/3:1/4 və s. kimi də göstərilir. Oberton əsas tondan çox zəif olduğundan və ona qarışaraq səsləndiyindən onu bilavasitə atırmaq olmur. Obertonun xarakteri eyni zamanda səsin xüsusiyyətini və ya tembrini müəyyən edir.
Osbertia
Osbertia (lat. Osbertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Osbertia bartlettii (S.F.Blake) G.L.Nesom Osbertia chihuahuana B.L.Turner & S.D.Sundb.
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Oferta
Oferta - razılaşdırmanın əsas şərtlərini özündə əks etdirən formal təklif. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsində ofertanın anlayışı və onunla bağlı normalar əksini tapmışdır. Həmin Məcəllənin 408.1-ci maddəsində qeyd olunmuşdur ki, "müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin". Ofertanın verildiyini müəyyənləşdirməyə kömək edən bir neçə qayda mövcuddur. Oferta o zaman etibarlı hesab olunur ki, o: oferent vasitəsilə ünvan sahibinə verilməlidir; ayrıca şəxsə, şəxslər qrupuna və ya bütün dünyaya ünvanlana bilər; aydın və birmənalı olmalıdır; "qeyri-ciddi sözlərdən", əlavə məlumat almaq üçün sorğudan fərqləndirilməlidir.Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. == Mənbə == SEC FAQ on tender offers Essential Contract Law, Geoff Monahan.
Roberta Byankoni
Roberta Byankoni (d. 8 iyul 1988) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Roberta Byankoni, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Roberta Byankoni, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Roberta Lusentini
Roberta Lusentini (2 dekabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Roberta Lusentini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Roberta Pinotti
Roberta Pinotti it. Roberta Pinotti — İtaliyanın müdafiə naziri italiyalı senator.
Roberta Metsola
Roberta Metsola (malta Roberta Metsola Tedesco Triccas) — Malta siyasətçisi. Malta Milliyyətçi Partiyasının üzvü. 18 yanvar 2022-ci ildən bəri Avropa Parlamentinin sədri, indiyə qədər prezident seçilən ən gənc siyasətçi və üstəlik bu vəzifəni tutan üçüncü qadındır. Avropa Parlamentinin keçmiş Birinci vitse-prezidenti (2020-2022). 2013-cü ildən Maltadan Avropa Parlamentinin üzvü, Avropa Xalq Partiyasının (Avropa Parlamentindəki Xristian Demokratik qrupu) fraksiyasının üzvü. == Bioqrafiya == O, 18 yanvar 1979-cu ildə Maltanın Sent Culians şəhərində anadan olub. Valideynləri: Rita və Cefferi Tedesko Trikkas. 2003-cü ildə o, Malta Universitetinin Hüquq fakültəsini bitirib, burada Avropa hüququ və siyasəti üzrə təhsil alıb. 2003-2004-cü illərdə Brüggedəki özəl Avropa Kollecində aspirantura təhsili alıb və burada Avropa hüququ üzrə oxuyub. 2000-2002-ci illərdə Mərkəz-Sağ Avropa Tələbə Demokratlarının (EDS) sədr müavini olub.
Cessi Roberta Kovan
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür.Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər. O, ərinə "Nikka Whisky" şirkətini yaratmaqda və 1940-cı ildə Yaponiyada ilk viskisinin hazırlanmasında böyük dəstək göstərmişdir.
Berta Morizo
Berta Morizo (fr. Berthe Morisot; 14 yanvar 1841, Burj — 2 mart 1895, Paris) — Parisdəki sənətçilər dairəsinin bir hissəsi olan fransız rəssam, impressionistlər kimi tanınmışdılar. 1864-cü ildə ilk əsərlərini Fransanın ən nüfuzlu sənət sərgilərindən birində - Paris Salonunda, Paris İncəsənət Akademiyasının illik rəsmi sərgisində nümayiş etdirdi. 1874-cü ildə Sezan, Deqa, Monet, Morisot, Pissaro, Renuar və Sisley tərəfindən yaradılan "təcrid olunmuş" impressionistlər qrupuna daxil olana qədər onun əsərləri altı parisi salonunda iştirak etmək üçün seçilib və fotoqrafın studiyasında ilk sərgilərində iştirak etdi Nadar 1892-ci ildə ilk şəxsi sərgisi keçirildi. Berta Morizo 1895-ci ildə 54 yaşında ağciyər xəstəliyindən vəfat etdi. Passi qəbiristanlığında dəfn edilmişdir.
Herman Obert
Herman Yuli Obert (alm. Hermann Julius Oberth‎; 25 iyun 1894[…], Sibiu – 28 dekabr 1989, Nürnberq, Bavariya) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir. == Həyatı == Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir. == İrsi == 1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir.
Abdişo bar Berika
Abdişo bar Berika və ya Ebed İeşu (klass. süry. ܥܒܕܝܫܘܥ ܕܨܘܒܐ; təq. 1250, Nüseybin – 1318 və ya noyabr 1318) — orta əsr süryani yazıçısı, Nestorian ilahiyyatçısı, Nüseybin mitropoliti. Nüseybində anadan olmuşdur. Müqəddəs yazıların, yunan və süryani kilsə atalarının biblioqrafiyasını tərtib etmişdir. Məhəmməd Həririnin "Adəmin cənnəti" məqamələrin təqlidi olan "Cavahirat kitabı" fəlsəfi və teoloji essesi də teoloji məzmunla doludur. O, "Kormçaya" kitabının yeni nəşrini və kilsə qanunları məcəlləsini yazmışdır. O, bidət və doqmatizmin fəal əleyhdarı idi. Abdişo həmçinin, metrik formada mətnlər, o cümlədən müəllif kataloqu yazmışdır.
Berka palçıq vulkanları
Berka palçıq vulkanları — (rum. Vulcanii Noroioși de la Pâclele Mici) - Rumıniyanın Buzeu əyaləti, Berka yaxınlığındakı Skorsoas bələdiyyəsində yerləşən geoloji və botanik rezervasiyası. Onun ən təsir edici xüsusiyyəti arasında palçıq vulkanları, kiçik vulkanik quruluşlar, adətən bir neçə metr yüksəkliyə çatan palçıq və təbii qazların püskürməsini göstərmək olar. Păclele Mici 341 m yüksəklikdə yerləşir və 16.5 ha ərazini əhatə edir. == Geoloji fenomen. == Qazlar 3000 metr dərinlikdən səthə, gil və suyun yeraltı təbəqələri vasitəsilə püskürdükdə, yeraltı duzlu suyu və palçığı itələyərək vulkanların ağzından axır, qaz isə baloncuklar şəklində yuxarıya çıxır. Palçıq səthdə quruyur, həqiqi bir vulkana bənzər nisbətən möhkəm bir konik quruluş formalaşdırır. Onların yuxarıya çıxartdığı palçıq soyuqdur, çünki mantiyadan deyil, yerin kontinental qabığının təbəqələrindən gəlir. Rumıniyada yerləşən rezervasiyalar arasında Berka palçıq vulkanlarını bənzəri yoxdur. Digər Avropa ölkələrində oxşar buna bənzər rezervasiyalar İtaliyada (şimali Apennin və Siciliya), Ukraynada (Kerç yarımadasında), Rusiyada (Taman yarımadasında), eləcə də Azərbaycanda müşahidə edilə bilər.
Berta fon Zutner
Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner‎ qrafinya Kinski, alm. Kinsky‎; 9 iyun 1843, Praqa - 21 iyun 1914, Vyana) - Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı,Nobel Sülh Mükafatı laureatı olan ilk qadın (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra). == Gənclik == Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur.Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı. Onun 30 yaşı olanda anası,ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlayanda Artur fon Zutner Vyana dövri nəşrlərinə,hərbi əməliyyatlar teatrlarından reportaj yazmağa başladı.