Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner qrafinya Kinski, alm. Kinsky; 9 iyun 1843[1][2][…], Praqa, Avstriya imperiyası[4][5][…] – 21 iyun 1914[1][2][…], Vyana[4][6][…]) — Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı, ilk qadın Nobel Sülh mükafatı laureatı (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra).
Berta fon Zutner | |
---|---|
Bertha Sophie Felicitas Freifrau von Suttner | |
| |
Doğum adı | Berta Gräfin Kinsky von Wchinitz und Tettau |
Təxəllüsü | B. Oulot, Jemand[3] |
Doğum tarixi | 9 iyun 1843[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyun 1914[1][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi |
Vətəndaşlığı |
Avstriya imperiyası Avstriya-Macarıstan imperiyası |
Fəaliyyəti | yazıçı, romançı, tərcüməçi, jurnalist, pasifist, fantastika yazıçısı[d], redaktor[d] |
Əsərlərinin dili | alman dili |
Mükafatları |
Nobel Sülh Mükafatı,1905-ci il Nobel mükafatı |
Berta fon Zutner Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur. Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı.
Onun 30 yaşı olanda anası, ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar.
1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlayanda Artur fon Zutner Vyana dövri nəşrlərinə,hərbi əməliyyatlar teatrlarından reportaj yazmağa başladı. Həyat yoldaşının məqalələrinin populyarlığı Bertaya yazmaq üçün ilham verdi. Əsasən V. Oulot təxəllüsü ilə hekayələr, esselər yazırdı. Artur ilə birlikdə - Emil Zolya, Çarlz Darvin,Herbert Spenserin fikirlərindən təsirlənərək - dörd roman: "İnventarium einer Seele" (Leypsiq, 1883; 2-ci nəşr. 1888); "Ein Manuskript" (Leypsiq, 1885); "Yüksək həyat" (Münhen, 1886); "Daniyela Dormes" (Münhen, 1886) yazdılar.
Onun həyat yoldaşı Artur Qundakkar fon Zutner (1850-1902) bir neçə roman və qısa hekayələrin müəllifi kimi də tanınır: "Daredjan" (Münhen, 1884); "Der Battono" (Ştutqart, 1886); "Anderl" (Drezden, 1889); "Die Adjaren" (Ştutqart, 1889) və başqaları.
1886-1887-ci illərdə Parisdə yaşayan Zuttnerlər, Alfred Nobel və Ernest Renan ilə görüşdülər, Londonda "Sülh və Beynəlxalq Arbitraj Birliyi" nin fəaliyyəti və Avropadakı oxşar təşkilatlar ilə tanış oldular. Arbitraj ideyalarına söykənərək Berta fon Zutner Avropa ölkələrində millətçiliyin və militarizmin təbliğatını tənqid etdiyi "Maşınların əsri" (1889) kitabını yazdı. Bu əsər həm cəmiyyətdə, həm də ədəbiyyatşünasların arasında geniş müzakirələrə səbəb oldu.
Zuttnerin 1889-cu ildə çıxan "Silahlarlarınızı düzəldin!" kitabı ("Die Waffen nieder!"), XIX əsrin 60-cı illərindəki Avropa müharibələri nəticəsində taleyi ilə barışan bir gənc qadının həyatından bəhs edir.Bu, məsələni çox yaxşı bilən və müşahidələrini böyük ehtiyat ilə apararaq, müəəlifin ,həmçinin onun dilindən ,müharibənin dəhşətlərindən çox əziyyət çəkən həyat yoldaşı, ananın və ailəsinin böyük etirazdır.
Əsəri oxuyan ictimaiyyətdə romanda təsvir olunan hərbi zorakılıq mənzərələrinin təəssüratı böyük idi. Hərbi işlər və insan psixikası bilikləri ilə yazılmış "Silahlarınızı düzəldin!" romanı, təkcə müəllifə deyil, bütün müharibə əleyhinə hərəkata populyarlıq gətirdi. Lev Tolstoy, bu əsərin təsirini Harriyet Biçer-Stounun məşhur "Tom dayının daxması" kitabının təsiri ilə müqayisə etdi. Bu kitab Avstriya hökumətində çox sayda dilə tərcümə olunmuşdur.Roman Alman Sosial Demokratlarının "Forverts" qəzetində Vilhelm Libknext tərəfindən təkrar nəşr edilmişdir.
Romanın populyarlığı yazıçıya Avropanın sülh fəalları qrupları ilə əlaqə yaratmasına imkan verdi. 1891-ci ildə Zutner, Parlamentlərarası İttifaqın Romada təşkil etdiyi ilk Sülh Qüvvələrinin Konqresində iştirak etdi. Elə həmin il, o, ölkədə ilk pasifist təşkilat olan Avstriya Sülh Cəmiyyətini qurdu. 1892-ci ildə Zutner, bir çox Avropa ölkələrində yaradılan pasifist qruplarının fəaliyyətlərini əlaqələndirmək üçün yaradılan Bern Sülh Bürosunun təsisçi üzvü oldu. 20 il ərzində büronun vitse-prezidenti vəzifəsində çalışmışdır.
Eyni ildə 1892-ci ildə Berta fon Zutner Alfred Frid ilə birlikdə pasifist "Silahlarınzı düzəldin!" jurnalını təsis etdi,hansı ki,bu jurnalda "Müasir Tarix haqqında marjinal şərhlər" köşəsinə rəhbərlik etmişdir.
XIX əsrin 90-cı illəri militarizmin kəskin artması dövrü oldu; Zutner, sülh qüvvələrinin çoxsaylı konfranslarında iştirak etdi və çox vaxt yeganə qadın nümayəndə oldu. Berta və həyat yoldaşı Artur fon Zutner ilə birgə 1899-cu il Haaqa Sülh Konfransının məlumati,təşkilati və maliyyə hazırlıqlarında çox səy göstərdilər. 1902-ci ildə həyat yoldaşının ölümündən sonra Zutner aktiv pasifist fəaliyyətini davam etdirdi, Amerika Birləşmiş Ştatları və Almaniyaya səfərlər etdi, bu ölkələrdə mühazirələr verdi (1904-1905-ci illər), ABŞ prezidenti Teodor Ruzvelt ilə görüşdü.
Alfred Nobel və Bertanın pasifist layihələrini maliyyələşdirmə üçün maliyyə yardımı etmək üçün müraciətləri potensial müharibələrin qarşısını almağın təsirli bir yolu olaraq müraciət etmələri ilə yazışmalara səbəb oldu,1893-cü ildə şəxsi məktubunda Nobel ona sülh mükafatı təsis edəcəyini vəd etdi. Ona mükafat 10 dekabr 1905-ci ildə təsis edildi və 18 aprel 1906-cı ildə Kristianiyada (Oslo) verildi. Zutner Nobel Sülh Mükafatına layiq görülən ilk qadın, Nobel mükafatları tarixində ona layiq görülən ikinci qadın (Mariya Küridən sonra) oldu. Nobel mükafatı aldıqdan sonra Zutnerin yazıçı və natiq kimi şöhrəti daha da artdı. 1905-ci ildə onun dəstəyi sayəsində "Anglo-Alman Dostluğu Cəmiyyəti" yarandı; 1908-ci ildə London Barış Konqresinin kürsüsündən Avropa ölkələrini dünya müharibəsindən çəkindirməyin yeganə yolu olaraq birləşdirmək çağırışı etdi. Çox sayda məqalələr yazdı, dünya problemləri və qadın hərəkatı haqqında "İnsanlığın düşüncəsi" (1911) adlı romanını yazdı.
1912-ci ildə Zuttner ABŞ-yə ikinci səfərini etdi. Mühazirələrində Zutner Çinin hərbiləşdirilməsinin təhlükələri barədə xəbərdarlıq etdi,hərbi təyyarə istehsalına sərt şəkildə qarşı çıxdı.
Ömrünün son illərində Zutnerin həyatında çox xoşbəxt və faciəli hadisələr baş verdi. Alman millətçi mətbuatında o, "pasifizmin füreri" və ya qətiyyətlə "sülhsevər Berta", Avstriyanın militarist dairələrində - "xain" adlandırıldı. 1913-cü ildə Haaqada "Beynəlxalq Sülh Konqresi"ində ona pasifist hərəkatın "generalissimosu" qeyri-rəsmi adı verildi. Berndəki Beynəlxalq Sülh Bürosunun fəxri prezidenti adına layiq görülmüş və ABŞ-dəki Edrü Karnegi Sülh Fondunun məsləhət şurasının üzvü seçilmişdir.
Bədxassəli bir şiş üçün əməliyyatdan imtina edərək,Zutner Vyanada 21 iyun 1914-cü ildə, I Dünya Müharibəsinin başlamasından bir ay öncə öldü.
Berta Zutnerin Nobel Sülh Mükafatı almasının yüz illiyi ilə əlaqədar 2006-cı ildə UNESCO-nun himayəsi ilə qeyd olundu.
2014-cü ildə Alman rejissorları "Sülh naminə sevgi - Berta fon Zutner və Alfred Nobel" / "Eine Liebe für den Frieden — Bertha von Suttner und Alfred Nobel" televiziya filmini (rejissor Urs Eqqer / Urs Egger) hazırladılar.