Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şerlok
Şerlok bu mənalara gələ bilər:
Overlord (ranobe)
Overlord (オーバーロード, Ōbārōdo, azərb. Hökmdarlar hökmdarı‎) — so-bin-in rəssamlığı ilə Kuqane Maruyama tərəfindən yazılan ranobe seriyası. Enterbrain tərəfindən çap olunana qədər onlayn şəkildə yayımlanmışdır. 30 iyul 2012-ci ildən bu yana 16 cildi çapdan çıxmışdır. Huqin Miyamanın rəssamlığı ilə Satoşi Oşio, tərəfindən yazılan manqa adaptasiyası 26 noyabr 2014-cü ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. Həm ranobe, həm də manqa Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Madhouse tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 7 iyuldan 29 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 30 sentyabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2017-ci ildə iki hissəli yığma anime filmi adaptasiyası istehsal olunmuşdur. 2018-ci ilin yanvarında anime serialının ikinci mövsümü yayımlanacaq.
Overlord əməliyyatı
Overlord əməliyyatı İkinci dünya müharibəsi ərzində Antihitler koalisiyası tərəfindən almanların işğalı altında olan Qərbi Avropa ərazilərinin geri qaytarılması məqsədilə həyata keçirilmiş hücum əməliyyatıdır. Əməliyyat 6 iyun 1944-cü il tarixində başlamışdır. 6 iyunda 160,000 nəfərə yaxın qoşun hissələri La-Manşı keçmiş, bununla da Fransada yerləşən müttəfiq qoşunlarının sayı iki milyona çatmışdır. Bu hücum əməliyyatını həyata keçirmək barədə razılıq 1943-cü ilin may ayında ABŞ-nin Vaşinqton şəhərində baş tutmuş konfrans zamanı əldə olunmuşdur. General Dvayt Eyzenhaver döyüş əməliyyatına cəlb edilmiş müttəfiq qoşunların Baş Qərargah rəisi, ingilis general Bernard Montqomeri isə 21-ci Ordu Qrupunun komandiri vəzifəsinə təyin olunmuşdu. Əsas hücum mövqeyi Normandiya sahilləri olaraq müəyyən edilmişdi. Hücumun başlamasına hələ bir neçə ay qalmışdan etibarən müttəfiqlər aldadıcı hərbi manevrlərdən istifadə etməyə başladılar. Bu, həm elektronik, həm də vizual dezinformasiya xarakteri daşıyırdı. Bu cür aldadıcı manevrlər nəticəsində almanlar hücumun hansı istiqamətdən və nə vaxt başlayacağını təxmin etməyə çətinlik çəkirdi. Hücumun başlayacağını təxmin edən Adolf Hitler general-feldmarşal Ervin Rommeli bütün "Atlantik divarı" boyunca müdafiə-istehkam işlərinin aparılmasına rəhbər təyin etmişdi.
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Orel-Verlak
Orel-Verlak (fr. Aurelle-Verlac, oks. Aurèla e Verlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12014. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 109 nəfər (15-64 yaş arasında) 85 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 66.9%).
Şerlok Holms
Şerlok Holms (ing. Sherlock Holmes) — Şotlandiyada anadan olmuş ingilis yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al-qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır, cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir. Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holms haqqında çəkilmiş ən yaxşı ekran əsəri kimi qiymətləndirilir.
Şerlok Holmz

Şerlok (dəqiqləşdirmə)
Şerlok bu mənalara gələ bilər:
Şerlok (teleserial)
Şerlok — ser Artur Konan Doylun Şerlok Holmsun detektiv hekayələri əsasında Britaniyanın sirli kriminal dram televiziya serialıdır. Stiven Moffat və Mark Qatis tərəfindən yaradılmış filmdə Benedikt Kamberbrtç Şerlok Holms, Martin Friman isə Doktor Con Uotson rolunu oynayır. 2010-cu ildən 2017-ci ilə qədər yayımlanan dörd üç hissəli seriya və 1 yanvar 2016-cı ildə yayımlanan xüsusi epizod ilə on üç epizod istehsal edilmişdir. Serial efirə getdiyi günümüzdə, birdəfəlik xüsusi Viktoriya dövrü fantaziyasını əks etdirir. Orijinal Holmes hekayələrinə bənzəyir. Şerlok, Moffat, Gatiss, Sue Vertue və Rebecca Eaton ilə birlikdə Britaniyanın BBC və Hartswood Films şəbəkəsi tərəfindən istehsal olunur. Serial Amerikanın WGBH-TV Boston kanalı tərəfindən PBS-də yayımlanan Masterpiece antologiya seriyası üçün dəstəklənir və burada ABŞ-də da yayımlanır. Serial əsasən Uelsin Kardiff şəhərində çəkilir, Londonda North Gower Street Holmes və Watson-un 221B Baker Street iqamətgahının xarici çəkilişləri üçün istifadə olunur. Şerlok əvvəlcə yazıçı, aktyorluq və rejissorluq keyfiyyətinə görə təriflənmişdi, baxmayaraq ki, sonrakı seriyalara reaksiya daha mənfi idi. O, Emmi, BAFTA və Qızıl Qlobus da daxil olmaqla çoxsaylı mükafatlara namizəd olub, final seriyasından əvvəl müxtəlif kateqoriyalar üzrə bir neçə mükafat qazanıb.
Şerlok (teleserial, 2010)

Şerlok Holms muzeyi
Şerlok Holms muzeyi (ing. The Sherlock Holmes Museum) — Ser Artur Konan Doyl tərəfindən yaradılmış ədəbi personaj, əfsanəvi xəfiyyə Şerlok Holmsun Londonda ev muzeyi. 221b Beyker-strit adresi uzun illər ərzində Şerlok Holms ev muzeyi və National Abbey arasında mübahisə predmeti olmuşdur. Artur Konan Doylun əsərlərinə əsasən Şerlok Holms və dostu Həkim Uatson Beyker-strit, 221b (221b, Baker street) ünvanında yerləşən evdə 1881, 1904-cü illərdə yaşamışlar. Əsərlərin yazıldığı zamanda Londonda belə ünvan mövcud deyildi. Beyker-stritin şimala doğru (19-cu əsrin axırında Upper Baker street adlı küçə yerləşən yerə) doğru uzadılması nəticəsində Abbey National tikinti cəmiyyəti tərəfindən binaya verilməsi nəticəsində bu nömrə 215 və 229 nömrələri arasında peyda oldu. Bu səbəbdən uzun illər ərzində Abbey National "221b Baker Street" ünvanına Şerlok Holmsun adına daima gələn məktublar və digər korrespendensiyanı ayırmaq üçün xüsusi vəzifəyə katib təyin etməli olurdular. Muzey yaradılan zaman qanuni əsasla Şerlok Holmsun, əslində nömərsi 239 olan, lazımı löhvəni asa bilmək üçün xüsusi "221b Baker Street" firması yaradılmışdır. Nəticədə ev rəsmi olaraq 221b, Baker Street, London, NW1 6XE, poçt ünvanını ala bildi və məktublar birbaşa muzeyə gəlməyə başladı. Muzey Beyker-stritdə, London metrosunun eyni adlı stansiyasının yaxınlığında təxminən Beyker-strit küçəsinin Merilebon-roudun Ridjents-parkla birləçməsindən yarıyolda yerləşir.
Şerlok Holms (dəqiqləşdirmə)
Şerlok Holms — Artur Konan Doyl tərəfindən yaradılmış uydurma xəfiyyə obrazı.