Overton pəncərəsi

Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur.[1][2] Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünasictimai xadim Cozef Overtonun (ing.) şərəfinə adlandırılıb.[3][4]

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

Makinak İctimai Siyasət Mərkəzi

Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində (ing.) işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir[5]. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir.[4][6] Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.[5][7]

2006-cı ildə diskurs pəncərəsi konsepsiyasının davamı olaraq neokonservativ publisist və siyasətçi Coşua Trevino (ing.) ideyaların açıq müzakirədə səsləndirilməyə uyğunluğunu təsnifatlaşdırmaq üçün altıpilləli qiymətləndirmə şkalası təklif edir və bu şkalada diskurs pəncərəsinin sərhədlərini qeyd edir. Trevino, həmçinin Overton pəncərəsinin sərhədlərinin dəyişdirilməsinin ictimai konsensusu şüurlu şəkildə dəyişmək üçün istifadə edilə biləcəyi fikrini irəli sürür.[8][9]. Konsepsiya daha sonra siyasi şərhçi Qlen Bek (ing.) tərəfindən "Overton Pəncərəsi" (ing. "Overton Window") trilleri kitabında[10] inkişaf etdirilir və populyarlaşdırılır. Bek, həmçinin özü də ilk başda bildirmişdi ki, onun romanı sadəcə olaraq Overtonun “siyasətçi öz ideyalarının auditoriya tərəfindən qəbul edilməsindən asılı olaraq dəstək alır” barədə ideyasını dəyişərək “diskurs pəncərəsinin siyasətçinin sözlərinin öz auditoriyası üçün uyğunluğunu təyin etmədiyini, siyasətçilər vasitəsilə norma yaratmağını əks etdirən konspirasiya nəzəriyyəsi”-nə çevirib.[11] Bundan sonra, artıq dəyişikliklərə məruz qalmış pəncərə ideyası Co Karter (ing. "Joe Carter") tərəfindən dini mərkəzin dəstəyi ilə aparılan "Mədəniyyəti 5 asan addımda necə məhv etmək olar" (ing. How to destroy culture in 5 easy steps) adlı tədqiqatında dərc edilir.[12] Əsərin özü böyük tənqidə məruz qalır, lakin ətrafında yaranan səs-küy səbəbindən konspiroloji ideya ABŞ əhalisi, sonra isə bütün dünya əhalisi arasında son dərəcə məşhurlaşır.[13][14]

Beləliklə, Overtonun siyasətçilərin ictimai rəyə uyğunlaşmaq məcburiyyətində olduğunu əks etdirən başlanğıc ideyası siyasətçilərin müəyyən məsələlərlə bağlı ictimai rəyi formalaşdırdığı barədə olan konspirasiya nəzəriyyəsinə çevrilir.[8][15]

Modelin məzmunu[redaktə | mənbəni redaktə et]

Overton hesab edirdi ki, siyasi diskursun hansı istiqamətdə dəyişməsini ictimai institutların dövlət tərəfindən tənzimlənmə dərəcəsindən asılı olaraq aşağı və ya yüksək göstəricilərə malik olan azadlıq səviyyəsi təyin edir.[7] Overtonun modelinə görə, istənilən bir zaman çərçivəsində müəyyən ideyalar başlanğıc nöqtəsi kimi çıxış edərək cari normanı təşkil edir, digər ideyalar isə burada məqbul olanlar diapazonuna daxil ola və ya olmaya bilər. Daha sonra amerikalı neokonservator Coşua Trevino ideyaların ictimai diskursa uyğun olma dərəcəsinin qiymətləndirilməsi üçün aşağıdakı şkalanı[9] təklif edir:

  • Ağlasığmaz
  • Radikal
  • Məqbul
  • Məntiqli
  • Standart
  • Mövcud norma

Neytral siyasi diskurs pəncərəsinin sərhədləri kimi Trevino "məqbul" kateqoriyasına daxil olan ideyaları hesab etməyi təklif edirdi.[9] Siyasi karyerasını davam etdirmək üçün etibarlı və qərarları proqnozlaşdırıla bilən bir siyasətçi imicini qorumaq istəyən şəxs üçün diskurs pəncərəsi daxilində səsləndirilən bəyanatlar siyasi cəhətdən təhlükəsiz, risksiz hesab edilə bilər. Pəncərədən kənar ideyaların dəstəklənməsini isə Overtonun özü də siyasi karyera üçün riskli və potensial olaraq zərərli hesab edirdi. Siyasətçilərin faktiki bəyanatları ilə rəsmi siyasi mövqeləri arasında aparılan müqayisə Overtona belə qənaətə gəlməyə imkan verdi ki, demokratik yolla seçilmiş ictimai-siyasi xadimlərin əksəriyyətinin davranışı, əsasən, ictimai rəy tərəfindən müəyyən edilir və bu davranışlar diskurs pəncərəsi çərçivəsində olmaqla onların şəxsi inanclarından az asılıdır.[16] Sözügedən modelə görə, siyasətdə yeni ideyaların yaranması və möhkəmlənməsi diskurs pəncərəsinin yerdəyişməsi nəticəsində əvvəl həddən artıq radikal hesab edilən ideya və qərarların artıq təhlükəsiz müzakirəsinin mümkün olduğuna görə baş verir. Overtonun ölümündən sonra konsepsiyanın sonrakı inkişafı, əsasən, cari siyasi hadisələrin və media diskursunun təsiri altında pəncərə çərçivələrinin necə dəyişməsinin öyrənilməsi ilə bağlı idi. Xüsusilə, Makinak İctimai Siyasət Mərkəzinin prezidenti Cozef Leman (ing. Joseph Lehman) siyasi diskurs pəncərəsinin ən sabit nəticəli yerdəyişmələrinin dərin sosial dəyişikliklərin nəticəsi olaraq baş verdiyi fikrini ifadə etmişdir.[7] Zəif əsaslandırılmış siyasi dəyişikliyə nümunə olaraq Leman "Quru qanun" siyasətini göstərərək qeyd edir ki, bir tərəfdən spirtli içkilərin istifadəsinə dair qadağaya sosial tələbat olsa da, digər tərəfdən isə bu siyasətin uzunmüddətli davamlılığı üçün kifayət qədər sosial zəmin yox idi.[7] Leman onu da qeyd edir ki, Overton pəncərəsindən kənara çıxan ideyalara şüurlu dəstək, bir qayda olaraq, ya hərəkətləri və bəyanatları diskurs çərçivəsini dəyişən güclü liderlərə, ya da siyasi autsayderlərə xasdır, ikincilər üçün bu ideyalara dəstək siyasi kapitalın (ing.) nəzərəçarpacaq dərəcədə itkisi deməkdir.[7]

Terminin istifadəsi[redaktə | mənbəni redaktə et]

İdeyanın sadəliyi və aydınlığı terminin geniş yayılmasına səbəb oldu, bəzi müəlliflər isə orijinal konsepsiyaya diskurs pəncərəsinin çərçivələrinin şüurlu dəyişdirilməsinin mümkünlüyü barədə ideyalar əlavə etdilər[17][18]. Müəllifin özü və terminin populyarlaşdırıcıları diskurs çərçivəsi üzərində aparılan manipulyasiyaların mümkün olması ehtimalına yer qoysalar da, yalan məlumatların yayılmasını pis siyasət hesab edirdilər.[5]

Konsepsiya dünyanın müxtəlif ölkələrinin ictimai-siyasi həyatında baş verən gözlənilməz hadisələri izah etmək üçün istifadə edilib. Xüsusən də Donald Trampın qələbəsi, Breksit (ing.) səsverməsinin nəticələri, Ceremi KorbinBerni Sanders kimi solçuların populyarlığının qəfil artması kimi hadisələri diskurs çərçivəsi üzərində aparılan manipulyasiyalar ilə əlaqələndirilmişdir.[8]

Rusdilli jurnalistikadabloqosferada bu termin 2014-cü ilin əvvəlindən [19][20] şüurlu şəkildə ictimai rəy üzərində uyğun olmayan məqsədlərlə aparılan manipulyasiya texnologiyasını ifadə edən termin olaraq geniş şəkildə istifadə edilməyə başlayır.[21][22][23] Qeyd olunub ki, konsepsiyanın adı onu Rusiyanın siyasi diskursuna münasibətdə qeyri-Rusiya ideologiyası çərçivəsində formalaşan anlayış kimi qəbul etməyə imkan verir.[19][23]

Konsepsiyanın tənqidi[redaktə | mənbəni redaktə et]

Coşua Trevino və Co Karterin təsvirlərindəki Overton pəncərəsi konsepsiyası sosial elmlər üzrə mütəxəssislər tərəfindən kəskin tənqidlərə məruz qalmışdır, buna səbəb həm sosial freyminq nəzəriyyəsinin (ing.)primitivləşdirilməsi[13][14], həm də başlanğıc ideyanın konspiroloji nəzəriyyə səviyyəsinə endirilməsi idi[19]. Həmçinin qeyd edilirdi ki, müxtəlif sosial təbəqələrdən ibarət müasir cəmiyyətdə hər kəs üçün vahid “diskurs pəncərəsi” ideyasının tətbiqi, sadəcə olaraq, mümkünsüzdür.[8]

Mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

Kristofer Baklinin (ing.) 2007-ci ildə nəşr edilən "Bumeranq Günü" (ing. Boomsday) adlı distopik əsərinin personajları ABŞ-nin sosial təminat sisteminə düşən yükü azaltmaq məqsədilə "70 yaşında könüllü təqaüd" ideyasını ictimai müzakirəyə çıxarır.[24]

2010-cu ildə Qlen Bekin "Overton Pəncərəsi" (ing. Overton Window) adlı siyasi trilleri nəşr olunur. Müəllifin konsepsiyaya olan şəxsi şərhi kimi[16] kitabda ABŞ ərazisinin işğalına haqq qazandırmaq üçün Amerika ictimai rəyinin genişmiqyaslı manipulyasiyasından bəhs edilir.[25] Belə görünür ki, ABŞ-da bu terminin geniş istifadəsinə məhz bu kitab səbəb olmuşdur.[25]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. David Weigel. "Marco Rubio:No Iran Deal Unless the Country Recognizes Israel". Bloomberg Politics (ingilis). 2015-04-14. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  2. Paul Krugman. "The Closed Minds Problem". The New York Times (ingilis). 2015-02-27. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  3. "Joseph P. Overton" (ingilis). NNDB intelligence aggregator Web site. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  4. 1 2 "Joseph Overton biography and article index" (ingilis). Mackinac Center for Public Policy. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  5. 1 2 3 "The Overton Window" (ingilis). Mackinac Center for Public Policy. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  6. Nathan J. Russell. "An Introduction to the Overton Window of Political Possibilities" (ingilis). Mackinac Center for Public Policy. 2006-01-04. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  7. 1 2 3 4 5 Joseph G. Lehman. "An Introduction to the Overton Window of Political Possibility" (ingilis). Mackinac Center for Public Policy. 2010-04-08. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  8. 1 2 3 4 Laura Marsh. "The Flaws of the Overton Window Theory" (ingilis). The New Republic. 2016-10-27. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
  9. 1 2 3 David Atkins writing as thereisnospoon. "Why the Right-Wing Gets It — and Why Dems Don't [UPDATED]" (ingilis). Daily Kos. 2006-05-10. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  10. Levingston, Steven. "Glenn Beck's paranoid thriller" (ingilis). 2010-06-15. 0190-8286. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  11. "Glenn Beck is in on this conspiracy". USATODAY.com (ingilis). 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  12. Joe Carter. "How to Destroy a Culture in 5 Easy Steps". First Things (ingilis). 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  13. 1 2 Белова Н. Е., Верещагин О. А. Фрейм-аналитика: опыт эпистемологического исследования // Ученые записки Орловского государственного университета. Серия: Гуманитарные и социальные науки (6). 2015. ISSN 1998-2720. 2019-02-04 tarixində arxivləşdirilib.
  14. 1 2 Виктор Вахштайн. "Насколько теория «Окна Овертона» научна и действительно ли можно, двигая «окно», влиять на общественное мнение?". TheQuestion. 2015-08-23. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
  15. Nathan J. Russell. "An Introduction to the Overton Window of Political Possibilities". Mackinac Center for Public Policy (ingilis). 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  16. 1 2 Joseph Lehman. "A Brief Explanation of the Overton Window" (ingilis). Mackinac Center for Public Policy. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  17. NCrissieB. "Morning Feature: Crazy Like a Fox?" (ingilis). Daily Kos. 2009-11-05. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  18. Joe Carter. "How to Destroy a Culture in 5 Easy Steps" (ingilis). First Things. 2011-06-11. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  19. 1 2 3 Владимир Рувинский. "Рождение теории заговора. Кто прорубил «окно Овертона» в Россию". Republic. 2018-02-07. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
  20. Евгений Горжалцан. "Технология уничтожения". Livejournal. 2014-01-14. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  21. Никита Волченко. "Рукопожатие сквозь окно Овертона". Взгляд. 2014-12-15. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  22. Владимир Прохватилов. "Что видит Путин в окне Овертона". 2014-07-09. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  23. 1 2 Максим Сиваков. "Форточка Киселёва". Your Vision. 2014-09-11. 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  24. Janet Maslin. "My Fellow Boomers, Time to Transition" (ingilis). The New York Times. 2007-03-19. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
  25. 1 2 Derek Robertson. "How an Obscure Conservative Theory Became the Trump Era's Go-to Nerd Phrase" (ingilis). POLITICO. 2018-02-25. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.