Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Tomokazu Tokoro
Tomokazu Tokoro (ところ ともかず, Tokoro Tomokazu) – Yaponiya anime rejissoru və animasiyaçısı. Ən tanınmış işləri "Haibane Renmei" və "Hellsing Ultimate" hesab olunur. "NieA_7", "Maria†Holic Alive" animelərinin rejissoru, "Macross Zero" animesinin köməkçi rejissoru olmuşdur. İşlədiyi digər layihələr arasında "Serial Experiments Lain", "Lupin III: $1 Money Wars" (Missed by a Dollar), "Lupin III: Walther P-38" (Island of Assassins), "Armitage III" (OVA), "White Album", "Space Fantasia 2001 Nights" və "The Seven Deadly Sins" var.
Şinzo Koroki
Şinzo Koroki (d. 31 iyul 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Yukiyoşi Tokoro
Yukiyoşi Tokoro (所ゆきよし, Tokoro Yukiyoşi, 15 aprel 1947, Naqoya – 16 sentyabr 2023, Tokio) və ya əsl adı ilə Yoşiyuki Katayama (片山 喜之, Katayama Yoşiyuki) – Yaponiya karikaturçusu və manqakası. Siyasi karikaturlar çəkmişdir. == Həyatı == Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır.Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu.Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir. Onun son işi 17 sentyabr 2023-cü ildə nəşr olunmuşdur. 16 sentyabr 2023-cü ildə mədə xərçəngi səbəbilə ölmüşdür.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir.Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir.Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar.Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir. Köln, Almaniya Şanxay, Çin Ren, Fransa San Fransisko, ABŞ Koventri, İngiltərə Suonsi, Uels == Həmçinin bax == İrlandiya İrlandiya şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cork haqqında səyahət məlumatları var.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. == Coğrafiyası == Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Okros qalası
Okros qalası (gürc. ოქროს ციხე) — Adigen bələdiyyəsində, Samtsxe-Cavaxeti bölgəsinin cənubundakı Şoqa kəndinin şimalında orta əsrə aid qala. Tarixi Kvabliani vadisində, əlçatmaz qayalıqda yerləşir. Qala XVI əsrin Gürcüstan-Osmanlı qarşılaşmalarında görkəmli olaraq tanınır və adının türkcəsi Altunkala kimi bilinir. 2007-ci ildə Okros qalası Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət abidələri siyahısına yerləşdirilmişdir. == Tarixi == Okros qalası XIII əsrin sonlarında və ya XIV əsrin əvvəllərində inşa edilmişdir. Mesxeti prinsliyinin Cakeli sülaləsinin sahib olduğu əsas istehkamlardan biri olmuşdur. Kvabliani vadisindəki hakim mövqeyinə görə qala 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Osmanlı ordusunun hücum etdiyi Samtskinin mühafizəsində mühüm rol oynamışdır. Bura Şahzadə Dedisimedinin Osmanlı komandiri ilə sülh müqaviləsini müzakirə etməzdən əvvəl özünü möhkəmləndirdiyi yer idi. Vilayətin son Osmanlı fəthindən sonra qala Altunkala adı ilə tanınmış və rayonun mərkəzi olmuşdur.
Yelizaveta Korol
Yelizaveta Korol (2 sentyabr 1994) — Qazaxıstanlı atıcı. Yelizaveta Korol Qazaxıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yelizaveta Korol birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.6 xal toplayaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Koros-Karan (Bakalı)
Koros-Karan (başq. Ҡорос-Ҡаран, rus. Куруч-Каран) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (91 %) üstünlük təşkil edir.
Osman Zati Korol
Osman Zati Korol (türk. Osman Zati Korol) (d. 1880 İzmir, Osmanlı İmperiyası – ö. 21.09.1946, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1897-ci ildə hərbi məktəbə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 27 aprel 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 29 iyul 1938-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 21 sentyabr 1946-cı ildə Ankarada vəfat etdi.
Yeni Koros (Bakalı)
Yeni Koros (başq. Яңы Ҡорос, rus. Новокуручево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, kənd sovetliyindən (Köhnə Koros): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 105 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), tatarlar (44%) üstünlük təşkil edir.
Koro dənizi
Koro dənizi (ing. Koro Sea) — Sakit okeanın cənub-qərbində Fici arxipelaqına daxil olan Viti-Levu, Vanua-Levu, Taveuni və Lau adaları arasında yerləşir. Dəniz adı Fici arxipelaqına daxil olan yarımadanın adından götürülmüşdür. Koro dənizinin ən dərin yeri 2900 metr təşkil edir.
Orok dili
Orok dili (ulta, uylta) — Altay dil ailəsinin tunqus-mancur xəttinin amuryanı (nani) yarımqrupuna aid olan orokların dili. Rusiya Federasiyasının Saxalin vilayətinin Poronay və Noqlik rayonlarında yayılıb. 2002-ci il Ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə Rusiyada 346 orok yaşayır, onların cəmi 64-ü doğma dilini bilir. Oroklar həmçinin Yaponiyanın Xokkaydo adasında yaşayır, ancaq onların sayı məlum deyil. Orok dilinin iki dialekti var: şimali (şərqi saxalin) və cənubi (poronay). Yaponiyada yaşayan orokların dili cənub dialektinə aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Новикова К. А., Сем Л. И. Орокский язык, М. 1997 Петрова Т. И. Язык ороков (ульта), Л. 1967 Озолинь Л. В. Структурные типы атрибутивных конструкций в орокском языке. Дисс. канд.филол.наук. Новосибирск, 2007.
Oloron-Sent-Mari (rayon)
Oloron-Sent-Mari (fr. Oloron-Sainte-Marie) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Atlantik Pireney. Suprefektura — Oloron-Sent-Mari. Rayon əhalisi 2006-cı ildə 73 692 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon ərazisi — 2885 km².
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.