Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Kratos
Kratos (God of War)
Kreator
Kreator (qrup)
Novator
Novator– [lat. novator – yeniləşdirən] 1) yenilikçi, yenilik gətirən, yenilik yaradan, yenilik tətbiq edən; 2) hər hansı bir fəaliyyət sahəsində yeni, qabaqcıl düşüncələri, prinsipləri, ideyaları, üsulları, yolları irəli sürən və həyata keçirən adam. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Operator
== TV sistemləri == 1. PAL ( Dünyada bu sistem geniş yayılıb. ) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS ( Bu sistem hal - hazırda ABŞ - da işlədilir. )PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir - birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. == Veriliş haqqında == Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. == Mükafatlar == 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. == Buraxılışlar == == İstinadlar == == Xarici keçidlər == Oralar — Internet Movie Database saytında.
Oratağ
Aşağı Oratağ
Oratoriy
Oratoriy (lat. oratorium — «ibadət evi, dua etmək üçün yer») — birlikdə dua etmək və ibadət üçün nəzərdə tutulmuş müqəddəs yer və ya bina. == Mənası == Bütün gələnlər üçün açıq olan kilsələrdən fərqli olaraq, oratoriy müəyyən bir icma, kilsə hərəkatı və ya möminlər qrupu tərəfindən öz məqsədləri üçün istifadə olunur. Bu söz Roma Katolik Kilsəsində Oratoriyalılar və Salesiyalılar arasında geniş istifadə olunur. Roma Katolik Kilsəsinin kanon qanunu oratoriyanı müəyyənləşdirir və oratoriyanı özəl və fərqli olaraq bütün imanlılar üçün müəyyən bir zamanda açıq ola bilən xüsusi və ictimai bölür. «Oratoriy, müəyyən bir icma və ya inanclı bir qrupun bu yerə toplaşması üçün başqa bir dindarın səlahiyyətli bir keşişin razılığı ilə gələ biləcəyi yer üçün, Allahın ibadətgahının icazəsi ilə bir yer deməkdir.» Oratoriyalarda müəyyən xidmətlər yerli yepiskopun və ya kilsə icmasının başçısının icazəsi ilə həyata keçirilə bilər. Katolik Kilsəsinin Kanon Qanununa görə, oratoriyalar dünyəvi və məişət ehtiyacları üçün istifadə edilməməlidir: “Oratoriyanı ordinarariumun icazəsi olmadan dünyəvi məqsədlər üçün köçürmək olmaz” , “bunlar yalnız Allaha ibadət üçün nəzərdə tutulmalıdır və onlardan iqtisadi məqsədlər üçün istifadə qadağandır. == İstinadlar == == Mənbə == Католическая Энциклопедия. 3. М.: Францисканцев.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367 ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242 ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Traktor
Traktor (lat. tractor – "dartıcı") — kənd təsərrüfatında dartıcı kimi tətbiq edilən təkərli nəqliyyat vasitəsidir. Öz kiçik sürəti və yüksək dartma gücü ilə fərqlənir. Əkinçilik işlərinin yerinə yetirilməsində və çətin keçilən yerlərdə geniş tətbiq tapır. Traktorlar arxa hissədə asılmış və ya çarxlar üzərində hərəkət edə bilən kənd təsərrüfatı, tikinti və ya sənaye mexanizmləri ilə təchiz olunurlar. Bu zaman lazım olan aqreqat traktorun arxa hissəsindəki işçi valla və müxtəlif qaldırıcı qollarla birləşdirilir. İş zamanı işçi həmin mexanizmi traktorun içərisindən hidravlik idarəetmə sisteminin köməyi ilə hərəkət etdirir. Traktorlar çətin şəraitdə tərbiq olunduğundan onların təkərlərinin hamısı aparıcıdır. Təkərlərə iri dişli rezin üzlüklərin keçirilməsi ilə çətin yolları qət etmək olur. Traktorlar müxtəlif sahələrdə tətbiq olunduğundan onların sürətlərinin tənzimlənməsi lazım gəlir.
Bator
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Erato
Erato (yun. Ἐρᾰτώ, lat.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
Adlinda (krater)
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır. Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
Arkad (krater)
Arkad – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Ölçüsü 60 kilometr təşkil edir. Mərkəzi çuxur zərbə krateri olduğu güman olunur. Kraterin yaxınlığında Qinandi adlı başqa krater yerləşir. Krater Yunan mifologiyasında Kallistonun oğlu Arkadın şərəfinə adlandırılmışdır.
Asqard (krater)
Asqard — 1600 km diametri olan Yupiter ayının Callisto üzərində ikinci ən çox zəngin quruluşu kraterdir. Bu, Norveç mifologiyasında tanrıların əsası olan Asqard adlanır. Asqardın mərkəzi hissəsi qübbəli Doh təsir kraterinin üstünlük təşkil edir. Asqardın şimal hissəsində kiçik bir çox ringli quruluş üstünlük təşkil edir. O, Utqard (həmçinin Norse mifologiyasından) və 600 km diametrində tədbirlər görür. Utqard Callisto üzrə dördüncü ən çox ringli xüsusiyyətdir. Utqardın mərkəzi rayonunun əhəmiyyətli bir hissəsi nisbətən gənc Burr kraterinin yataqları ilə örtülmüşdür.
Aşağı Craxor
Aşaği Craxor - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. 1955-ci ildə Craxor su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq yaranmış kənddir. Azərbaycanlılar ermənilərlə qarışıq yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar. Türk dillərində çeraq mineral bulaq və or çöməklik sözlərindən ibarətdir.
Aşağı Oratağ
Aşağı Oratağ (əvvəlki adı: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləŞmış və Sovet hakimiyyəti illərində Nerkin (erm. "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. 1993-cü ildən işğal altındadır. Toponimin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
CADD operator
CADD operator — CADD sistemindən istifadə edərək texniki çertyojlar çəkən çertyojçudur. CADD - kompüter yardımı ilə dizayn və çəkmə deməkdir (Computer-Aided Design and Drafting). Nəticə etibarilə bu sənət sahibləri kompüter vasitəsilə çertyoj çəkənlərdir. Onlara bəzən CAD çertyojçu (draftsman) da deyirlər. CAD kompüter proqramlarına nümunə olaraq AutoCAD, Google SketchUp, DraftSight, DraftIt, Rhino əplikeyşnlarını göstərmək olar. Bu proqramlar arasında ən geniş istifadə olunanı Autodesk sirkətinin məhsulu olan AutoCAD proqramıdır. AutoCAD CADD operatorlarının çertyoj çəkmə işini profesionallaşdırmaqla bərabər eyni zamanda çox asanlaşdırır. İldən ilə Autodesk sirkəti proqramı daha da təkmiləşdirərək çertyojçulara daha yeni imkanlar açır.
Draqor təpəsi
Draqor təpəsi (bolq. хълм Драгор, ‘Halm Dragor’ \'h&lm 'dra-gor\) — Antarktidanın Triniti yarımadasının Vaytklaud buzlağı sahillərindən şərqdə yerləşən, 748 m hündürlüklü qaya zirvəsidir.Zirvə cənubi Bolqarıstanda yerləşən Draqor şəhərinin adını daşıyır. == Yerləşməsi == Draqor təpəsi 63°54′20″ c. e. 59°30′57″ q. u. koordinatlarında yerləşmişdir. Nikyup burnundan 7.85 km cənub-şərqdə, Almond burnundan 2.85 km cənubda, Borovan təpəsindən 1.85 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Endimion (krater)
Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir. Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir. == Peyk kraterlər == Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.