Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Klifford Edmund Bosvort
Klifford Edmund Bosvort (ing. Clifford Edmund Bosworth; 29 dekabr 1928, Şeffild, Yorkşir[d] – 28 fevral 2015, Yeovil[d], Cənub-Qərbi İngiltərə[d]) — Birləşmiş Krallıq şərqşünası (ərəbşünas,iranşünas). O, Britaniya Akademiyasının üzvü. Bosvort "İslam Ensiklopediyası"nın baş redaktoru və müəlliflərindən biri, məsləhətçi redaktoru, "İranika", "Britannika" və "Amerikana" ensiklopediyalarının müəlliflərindən biridir.Oksford və Edinburq Universitetlərində təhsil almışdır. O, Sent-Endryus, Mançester və Prinston universitetlərində dərs demişdir.Jurnal və toplularda yüzdən çox nəşrin, monoqrafiyanın müəllifidir. "Amerikana", "Britannika", "İranika" (məsləhətçi redaktor) və "İslam Ensiklopediyası" (baş redaktor) ensiklopediyaları ilə əməkdaşlıq etmişdir.