Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Ənvər Sədat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. == Həyatı == Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.
Sədat Edib Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Opedet
Opedet (fr. Oppedette, oks. Aupedeta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04142. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 63 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 33 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 53.8%) idi. 25 aktiv adamdan 20 nəfəri (6 kişi və 14 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Psedax
Psedax (çeç. Доьлака, inquş Долакоа) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. == Coğrafiya == Kənd Malqobek rayonunun qərb hissəsində və MalQobek şəhərinin rayon mərkəzindən cənubda, İnquşetiyanın paytaxtı Maqas şəhərindən şimal-qərbdə düz bir xəttdə 35 km məsafədə yerləşir. Şimal-şərqdə Psedax Saqopşi kəndinə, qərbdə İnarki kəndinə, cənub-şərqdə ən yaxın yaşayış məntəqəsi Qeyrbek-Yurt, cənub-qərbdə isə Batako (Şimali Osetiya) ilə həmsərhəddir. Kənd Sunjenski silsiləsinin şimal ətəyində, dağətəyi zonada yerləşir. Musakay zirvəsi kəndin cənubunda (872.5 m), cənub-şərqində Babalo dağı (818.1 m) yüksəlir. Kənddəki təpəlik ərazilərində dəniz səviyyəsindən mütləq hündürlüyü 420-540 metr arasında dəyişir. Hidroqrafik şəbəkə Musakay dağının şimal yamacında başlayan və kənddən axan kiçik Psedax ​​çayı ilə təmsil olunur. Qərbdə, Sunjenski silsiləsinin şimal yamacında Joronka çayı axır. İqlimi orta dərəcədə soyuq rütubətlidir.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. == Xüsusiyyətlər == Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Kalium asetat
=== Kaliumasetat === Tibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir. Kaliumasetat — CH3COOK Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar: CH3COOH + KHCO3 → CH3COOK + CO2 + H2O === Fiziki-kimyəvi xassələri === Kalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır. === Tətbiqi === Preparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.
Kösedağ döyüşü
Kösedağ döyüşü — 1 iyul 1243-cü ildə Anadolu səlcuqluları ilə monqollar arasında baş vermiş müharibə. Döyüşlərin sonu monqolların qələbəsilə bitmişdir. Türk-İslam tarixində əhəmiyyətli bir dönüş nöqtəsi təşkil edən bu döyüş, Anadolu Səlcuqlu Dövlətinin süqut dövrünü təşkil edir. == Tarixi == Monqollar Anadolu Səlcuqlu Dövlətinin güclü hökmdarı I Əlaəddin Keyqubad çəkinirlər. Bu səbəbdən də Anadoluya hücum edə bilmirdilər. Əlaəddin Keyqubadın ölümündən sonra yerinə keçən oğlu II Qiyasəddin Keyxosrovun zamanında monqollar dövlətin müəyyən mənada zəiflədiyini düşünərək ölkəyə hücum etdilər. Anadolunun içərilərinə doğru səfərlər təşkil etmək üçün İrandakı monqol orduların başına Baycu Noyan gətirildi. Qafqazdakı gürcü və erməni qüvvələrindən də kömək alan Baycu Noyan, Anadolu Səlcuqluları üzərinə hücum etmək üçün fürsət gözləyirdi. Baycu noyan İshaq üsyanından və Qiyasəddin Keyxosrovun təcrübəsizliyindən faydalanaraq 1242-ci ildə Ərzuruma hücum edir. Qorxunc zülmlər və qırğınlar edərək, yerli əhalinin mallarını dağıdır.
Kösədağ döyüşü
Kösedağ döyüşü — 1 iyul 1243-cü ildə Anadolu səlcuqluları ilə monqollar arasında baş vermiş müharibə. Döyüşlərin sonu monqolların qələbəsilə bitmişdir. Türk-İslam tarixində əhəmiyyətli bir dönüş nöqtəsi təşkil edən bu döyüş, Anadolu Səlcuqlu Dövlətinin süqut dövrünü təşkil edir. == Tarixi == Monqollar Anadolu Səlcuqlu Dövlətinin güclü hökmdarı I Əlaəddin Keyqubad çəkinirlər. Bu səbəbdən də Anadoluya hücum edə bilmirdilər. Əlaəddin Keyqubadın ölümündən sonra yerinə keçən oğlu II Qiyasəddin Keyxosrovun zamanında monqollar dövlətin müəyyən mənada zəiflədiyini düşünərək ölkəyə hücum etdilər. Anadolunun içərilərinə doğru səfərlər təşkil etmək üçün İrandakı monqol orduların başına Baycu Noyan gətirildi. Qafqazdakı gürcü və erməni qüvvələrindən də kömək alan Baycu Noyan, Anadolu Səlcuqluları üzərinə hücum etmək üçün fürsət gözləyirdi. Baycu noyan İshaq üsyanından və Qiyasəddin Keyxosrovun təcrübəsizliyindən faydalanaraq 1242-ci ildə Ərzuruma hücum edir. Qorxunc zülmlər və qırğınlar edərək, yerli əhalinin mallarını dağıdır.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. == Fiziki xassələri == Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır == Kimyəvi xassələri == Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir == Tətbiqi == Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Nikel asetat
Nikel(II)asetat — Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. == Fiziki xassələri == Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. == Alınması == Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} == Kimyəvi xassələri == Nikel asetat qızdırdıqda hidroliz prosesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Ogeday Girişkən
Ogeday Girişkən (27 aprel 1992, Adana) — türk avarçəkmə idmançısı və aktyorudur. == Həyatı == Ogeday Girişkən 1992-ci ildə Adanada anadan olub və təhsilini orada davam etdirib. Mərmərə Universitetinin Bədən Tərbiyəsi və İdman Müəllimliyi fakültəsində təhsil almaq hüququ qazanıb. Daha sonra bakalavr təhsilini başa vurdu. İdmançı kimi adından söz etdirən Ogeday o illərdə də diqqət çəkib və o, avarçəkmə sahəsində Fənərbaxçada lisenziyalı idmançı kimi on il avarçəkmə komandasında iştirak edib. Dünya reytinqlərinə damğasını vuran Ogeday Girişken 2017-ci ildə Survivor 2017 yarışmasına qatılıb. Yarışa başlayandan sonra Ogeday həm xarakteri, həm də traslardakı çıxışı ilə qısa zamanda irəliyə doğru bir addım atmağı bacarıb və həmin mövsümün çempionu olub. O, Litvada dünya miqyasında keçirilən U-23 Avarçəkmə Çempionatında yarışı 8-ci yerdə başa vurub. Ogeday Girişkən 2018-ci ildə Bir Litre Gözyaşı serialında "Teoman" obrazı ilə aktyorluğa addım atdı. Daha sonra 2019-cu ildə Savaşçı serialında "Komissar Çavuş Demir Döğer" obrazını canlandırıb.2022-ci ildə Survivor 2022: All Star yarışmasında mübarizə aparır.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Ögeday qaan
Oqtay xan (monq. Өгэдэй хаан, çin. 窝阔台 ; təq. 7 noyabr 1186, Xamaq Monqol – 11 dekabr 1241, Böyük Monqol imperiyası) — Çingiz xanın üçüncü oğlu və mirasçısı. == Həyatı == Çingiz xandan sonra Böyük Monqol imperiyasıın başçısı olmuş və atasının yarım buraxdığı fəthləri və dövlət işlərini tamamlamışdır. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi Ögedayı böyük xan (qaan) elan etdi. Çingiz xan (yasa) Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük hörmət qazandı. Çingiz xan tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər imperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögedey xan tərəfindən təyin edilən valilar tərəfindən idarə olunmuşdu.
Luz Noseda
Luz Noseda (ing. Luz Noceda) — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir. == Yaranması == Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır. == Xarakteri == Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə (ing. Gravesfield) yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da qeyd etmişdir. Luz serialın birinci epizodunda anası tərəfindən yay düşərgəsinə göndərilir, o, burada təsadüfən evin içərisindəki keçid vasitəsilə Qaynamış adalara gedib çıxır. Bu sayədə o, ən yaxşı dostları, qoca ifritə İda və canavara bənzər iblis Kinq ilə tanış olur.
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. == Tarixi == Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. == Ədatların mənaca növləri == === Qüvvətləndirici ədatlar === 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.