Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bornova
Bornova (türk. Bornova) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Kamalpaşa, cənubunda Buca, qərbində Konak və Bayraqlı, şimal-qərbində Qarşıyaxa və Menemen ilçələri, şimalında isə Manisa ili yerləşir. İlçənin sahəsi 220 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 450,992 nəfərdir.
Kosova
Kosova (alb. Kosova), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır.
Sosnovka
Sosnovka — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
Alina Orlova
Alina Orlova (əsl soyadı Orlovskaya; doğulub 28.6.1988, Sneçkus qəsəbəsi, Litva SSR) — Litvalı müğənni. Litva, rus və ingilis dillərində oxuyur. == Həyatı == Atası — Litvada doğulmuş polyakdır, anası Voronejdə dünyaya gəlib. Alinanın valideynləri uşaq ikən onların ailələri Qazaxıstana sürgün olunmuşdular. Orada onlar qonşuluqda yaşayırdılar, dostlaşırlar, sonra isə bir yerdə Litvaya gedirlər. 2008-ci ildə Alinanın "Laukinis šuo dingo" adlı debüt albomu çıxmışdır.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir.1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
Boyanka Kostova
Boyanka Kostova — Bolqar əsilli Azərbaycan ağır atletidir. Boyanka Kostova 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Boyanka Kostova həmçinin 2012-ci ildə Türkiyənin Antalya şəhərində, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində və 2016-cı ildə Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatlarının qızıl medalçısıdır. 2021-ci ildə Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 2022-ci ildə narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilib. == Həyatı == Boyanka Kostova 10 may 1993-cü ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Ailənin yeganə qız övladı Boyanka Kostova 2008-ci ildən idman ilə məşğul olur. == Karyerası == === 2009 Avropa Çempionatı === Boyanka Kostova birinci dəfə Avropa Çempionatına 2009-cu ildə qatıldı. Aprelin 3-dən 12-nə gədər keçirilən və Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan Avropa Çempionatına Boyanka Kostova Bolqarıstan bayrağı altında qatıldı.
Kosova coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Lyubov Orlova
Lyubov Orlova (29 yanvar (11 fevral) 1902, Zveniqorod, Moskva quberniyası[d] – 26 yanvar 1975, Moskva) — sovet aktrisa və müğənnisi, SSRİ xalq artisti (1950). == Həyatı == Lyubov Orlova qədim dvoryan nəslindəndir, onun nəsil şəcərəsi Ryurikoviçlərə qədər gedib çıxır. Amma Oktyabr inqilabından sonra o, bioqrafiyasında düzəlişlər etməyə məcbur idi. Orlovlar ailəsi Moskva ətrafında böyük malikanədə yaşayırdılar. Balaca Lyubov vokal və fortepiano dərsləri alırdı. Rəvayətə görə, balaca qızın ifasını dinləyən böyük Şalyapin özü ona xeyir-dua verib - bu qız tanınmış aktrisa olacaq, deyib. Bəlkə də doğrudan da Şalyapin belə deyib, - imanımızı yandırmayaq. Moskva konservatoriyasına daxil olmağa hazırlaşan Lyubov Orlova, amma sən saydığını say, gör fələk nə sayır. Bolşevik qarmaşası zamanı musiqimi yada düşərdi, hərə öz canının hayındaydı. Müflis olmuş dvoryan ailəsi acından ölməmək üçün inək saxlayır, Lyuba hər səhər ağır süd bidonlarını bazara daşıyır.
Lüdmila Postnova
Lüdmila Postnova (d. 11 avqust 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Postnova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Lüdmila Postnova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Meriç (Bornova)
Meriç məhəlləsi — İzmirin Bornova ilçesine bağlı 32 məhəllədən biridir.
Minsılu Osmanova
Minsılu Osmanova (1 may 1950, Baymak rayonu, Başqırd MSSR) — dilçi, pedaqoq-metodist, filologiya elmləri doktoru, professor, Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010). == Bioqrafiyası == Minsılu Osmanova 1 may 1950-ci ildə Başqırd MSSR, Baymak rayonu İşməhəmməd (Karamalı) kəndində anadan olmuşdur. 1972-ci ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir (Ufa). SSRİ Elmlər Akademiyası Ural şöbəsinin Başqırd Elmi Mərkəzinə daxil olan Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləmişdir. 1991-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllimə kimi fəaliyyət göstərir. 2008-ci ildən M. Akmolla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin başqırd filologiyası fakültəsinin müəllimi, başqırd dili kafedrasının professoru və tədris metodisti. Elmi tədqiqat işləri: başqırd dilinin funksional qrammatikası, onomastika, toponimika, başqır dilinin rus və milli məktəblərdə tədris metodikası. 200-ə yaxın elmi və tədris-metodik əsərin, eləcə də təhsil lüğətlərinin müəllifidir. == Mükafat və təltifləri == "Başqırdılstan Respublikası təhsiol əlaçısı" nişanı ilə təltif edilmişdir (2002). Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010).
Nataşa Rostova
Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı. == Romanda == Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri və Bon-Bon === Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Renova FK
Renova – Makedoniyanın futbol klubu.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Sosnovka (Auırqazı)
Sosnovkaka (başq. Сосновка, rus. Сосновка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 28 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (97%) üstünlük təşkil edir.
Sosnovka (Avurğazı)
Sosnovkaka (başq. Сосновка, rus. Сосновка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 28 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (97%) üstünlük təşkil edir.
Sosnovka (Bakalı)
Sosnovka (başq. Сосновка, rus. Сосновка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Lesxoz kəndi adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 2 km, kənd sovetliyindən (Bakalı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km.
Sosnovka (Baymak)
Sosnovka (başq. Сосновка, rus. Сосновка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 62 km, kənd sovetliyindən (Urqaza): 17 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 33 km.
Sosnovu Bor
Sosnovu Bor (rus. Сосно́вый Бор, tərc. "Şam ağacı meşəsi") — Rusiyanın Leninqrad vilayətində şəhər (1973-cu ildən).
Toyota Innova
Toyota Innova — Toyotanın 2005-ci ildən bu yana Hindistanda istehsal etdiyi MPV modelidir.
Yana Uskova
Yana Uskova (28 sentyabr 1985, Maykop, Krasnodar diyarı) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yana Uskova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yekaterina Tanova
Yekaterina Tanova (tuvaca: Екатерина Түктүг-ооловна Танова , d. 27 mart 1930) – tuvalı şair, hekayə yazıçısı, dramaturq, tərcüməçi və tarix elmlər doktoru. == Həyatı == 1930-cu ilin 27 martında Süt-Gölün Qaraçıraada məntəqəsində anadan olmuşdur.Ədəbi yaradıcılığa 1951-ci ildə başlamışdır. Tuva Uşaq Ədəbiyyatını yaradanlardan biridir. SSRİ-nin Yazıçılar və Jurnalit Cəmiyyətinin üzvüdür. O, L.B.Çadamba adına Uşaq Ədəbiyyatı mükafatının sahibidir. Tarix elmlər doktoru olan Tanovanın əsərləri ukraynaca, rusca, monqolca, almanca, yakutca, qırğızca, altayca və xakascaya tərcümə edilmişdir. 20-dən çox əsərin müəllifidir. “İlbilig Sogun”, “Tutturbayn çoza-çorza”, “Düjümetke turaskaal”, “Balıkçı bagay-ool” adlı əsərləri vardır. Ümumilikdə, 10-dan çox teatr əsərinin müəllifidir.Tuva məktəblərində dərslik kimi istifadə edilmək üçün 2 dərslik kitabının müəllifidir.