Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Osiris
Osiris (qıpti. wsjr, q.yun. Ὄσιρις, lat. Osiris) — Qədim Misir mifologiyasına görə axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı. Osiris dirçəliş və yeraltı dünyanın tanrısı olmuşdur. Əski Misir yazıları, eləcə də yunan yazarlarına görə, o, yer tanrısı Geb və göy tanrısı Nutun oğlu, eləcə də İsis tanrıçasının qardaşı və əri, Neftis və Setin qardaşı, Horusun atası olmuşdur. Misir ənənəsinə görə, Osiris yer üzərində ilkin tanrılardan sayca dördüncüsü olmuş, çarlığı atası Atum-Ra'dan, babası Şu'dan, atası Geb'dən almışdır. Misir üzərində çarlığ edərkən o, insanları adam yemək və vəhşi yaşamdan çəkindirmişdir. Osiris insanları arpa və buğda əkməyə, üzümçülüyə, çörək bişirməyə, çaxır düzəltməyə, qızıl və mis filizləri emal etməyə, şəhərlər salmağa, təbabətə öyrəşdirmişdir. Osirisin qardaşı Set qızmar çöllüklərin tanrısı idi və onunla düşmənçilik edirdi.
Ostade
Ostade — Holland rəssamlar ailəsi. Adrian van Ostade (1610–1685) — XVII əsr holland boyakarı İsaak van Ostade (1621–1649) — XVII əsr holland boyakarı == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1983. С. 390.
Ostrax
Ostrax (alm. Ostrach‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində bir bələdiyyə. Ostrax bələdiyyəsi Tübingen inzibati dairəsi tərəfindən idarə edilir. Əhalisi 31 dekabr 2010-cu ildə 6714 nəfərdən ibarət idi. Ərazisi 108,93 km²-dir. Rəsmi kodu — 08 4 37 086. Bələdiyyə 9 mahaldan ibarətdir. == Dini == Ostraxlıların əsas dini Katoliklikdir, bələdiyyədə 7 keşiş məhəlləsi fəaliyyət göstərir. == Tarixi == Hərbi tarixdə Ostrax bələdiyyəsi Fransa və Avstriya arasında 21 mart 1799-cu ildə olan döyüşündən sonra yer aldı. == İstinadlar == == Keçidlər == Rəsmi sayt.
Petrie
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. == Şərəfinə adlandırılmış taksonlar == Petriella Zotov, 1943, nom.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Ostin
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Strix
Yapalaqca (lat. Strix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.SuRie daha öncə 2015-ci ildə Belçika təmsilçisi Loik Notteni və 2017-ci ildə isə yenə də Belçikanı müsabiqədə təmsil edən Blanşı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.Böyük Britaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün SuRie 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur.
Astrid Lindqren
Astrid Lindqren (14 noyabr 1907[…] – 28 yanvar 2002[…], Stokholm, İsveç) — İsveç yazıçısı olmuşdur. O dünyada ən məşhur uşaq kitablarının müəllifi sayılır. Dünyada onun kitabları bir çox dillərə tərcümə edilmiş və milyon nüsxələrlə çap olunmuşdur. Ən çox tanınan əsərləri "Balaca və damda yaşayan Karlson", "Pippi Uzuncorablı"dır.[mənbə göstərin] == Uşaqlığı == Astrid Lindqren Samuel Erriksonun və onun həyat yoldaşı Hanna Erriksonun ikinci uşağı kimi dünyaya gəlir. Onun bir böyük qardaşı, Gunnar, və iki kiçik bacıları, Stina və İnqered, var idi. O öz uşaqlığının çox xoşbəxt keçdiyini yazırdı. 1914-cü ildə Astrid məktəbə gedir. Adətə görə adi insanlar üçün məktəb üç ildən artıq davam etmirdi. Yalnız varlı adamların uşaqlarının təhsilini davam etdirməyə imkanı çatırdı. Bunun üçün 46 Kron ödəmək lazım idi.
Astrid İvask
Astrid İvask (7 avqust 1926, Riqa – 24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi. == Həyatı == Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi. O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi.İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım". O, magistr dərəcəsini 1949-cu ildə bitirdi.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Echinodorus osiris
Echinodorus osiris (lat. Echinodorus osiris) — baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü. == İstinadlar == == İstinadlar == М. Б. Цирлинг Аквариум и водные растения. — СПб: Гидрометеоиздат, 1991. — С. 229—231. — 256 с. — 563000 экз.
Elinor Ostrom
Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[…], Los-Anceles, Kaliforniya – 12 iyun 2012[…], Bluminqton[d], İndiana) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir. == Həyatı == Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir. == Əsərləri == 1990: "Governing the Commons: The Evolution of Institutions for Collective Action". 1993: "Institutional Incentives and Sustainable Development: Infrastructure Policies in Perspective", Lari Şroder və Susan Uayni ilə birlikdə.
Ostrya mandshurica
Ürəkyarpaq vələs (lat. Carpinus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Azərbaycanda pip adi ilə məşhurdur. == Sinonimləri == Carpinus erosa Blume Ostrya mandshurica Budischtschew ex Trautv.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Ceyn Ostin
Ceyn Ostin(ing. Jane Austen; 16 dekabr 1775[…], Stiventon[d], Hempşir qraflığı[d][…] – 18 iyul 1817[…], Uinçester) — ingilis yazıçısı. == Həyatı == İngilis yazıçısı Ceyn 1783-cü ildə təhsilinə Oksfordda başlamış, Sauzamptonda davam etmiş, ən sonunda isə qızlar məktəbində oxumuşdur. Kənd keşişinin yeddinci uşağı olan Ceyn öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər sırasında yer almağı bacarmışdır. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçür. Həmin ev günümüzdə ev muzeyi kimi fəaliyyət göstərək, turistlərin sıx ziyarət etdiyi məkanlardan sayılır.1789-cu ildən roman yazmağa başlayan Ceynin romanlarının baş qəhrəmanları qadınlardır, əsərlər hər zaman xoşbəxt evliliklə başa çatır. İlk olaraq "Eşq və yaşam" adlı kitabı nəşr edildi, daha sonra isə bu siyahını "Qürur və qərəz", "Mansfild parkı", "Emma" davam etdirdi. 1816-cı ilin əvvəlindən özünü pis hiss etməyə başlayan Ceyn, əvvəlcə öz xəstəliyini danır, çalışmağa, ənənəvi ailə fəaliyyətlərində iştirak etməyə davam edir. Lakin xəstəliyi get-gedə irəliləyir, xəstəliyinə çarə tapmayan ailəsi 1817-ci il iyulun 18-də Ceyni itirir. == Həyatı == Ceyn Ostinin həyatı haqqında sağ qalan məktublardan və ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur.
Con Ostin
Con Ostin (ing. John Austin; 3 mart 1790[…] – 1 dekabr 1859) — ingilis hüquqşünası. Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır. == Fəaliyyəti == Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdir. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir. Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı: ilahi qanunlar — Ostin bu termini daha üstün tutur və təbii hüquqdan daha dəqiq hesab edirdi. rəylərə əsaslanan pozitiv əxlaq qanunları — məsələn, vicdan qanunları dövlət hakimiyyətinin təyin etdiyi pozitiv qanunlarGöstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. == Həyatı == Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Streep`ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. == Qonşu kommunalar == Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Ostin Tran
Ostin Tran (28 dekabr 2000) — ABŞ-lə taekvondoçu. Ostin Tran ABŞ-ni 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ostin Tran birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Səudiyyə Ərəbistanının nümayəndəsi Fahad Əl-Samih ilə üz-üzə gəldi. Həmin görüşdə Ostin Tran rəqibinə 3:6 hesabı ilə uduzdu.
Otriv (Alye)
Otriv (fr. Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03126. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1076 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 687 nəfərin (15-64 yaş arasında) 489 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.2%, 1999-cu ildə 70.2%). Fəal olan 489 nəfərdən 445 nəfər (233 kişi və 212 qadın), 44 nəfəri işsizdir (15 kişi və 29 qadın). 198 hərəkətsiz 46 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 60 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.