Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otvari gәndalaş
Otvari qrammofonçiçək
Otvari qrammofonçiçək (lat. Ipomoea hederacea) - i̇pomeya cinsinə aid bitki növü.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Otvari söyüd
Otvari söyüd (lat. Salix herbacea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ripselaxis herbacea (L.) Raf. === Heterotipik sinonimləri === Salix herbacea f. latifolia J.Rousseau & Rouleau Salix nivalis Schur Salix pumila Salisb.
Ovaria
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Dəniz otları
Dəniz otları — dəniz və okeanların duzlu sularında yaşamağa uyğunlaşmış çiçəkli ot bitkilərinin ekoloji qrupu. Bu qrupa dörd fəlilə daxildir: Posidoniaceae, Zosteraceae, Hydrocharitaceae və Cymodoceaceae.
Oxvari qumilanı
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. == Qısa təsviri == Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. == Yayılması == Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Tharit Çarungvat
Tharit Çarungvat — Tailandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. == Həyatı == Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Mino-Ovari zəlzələsi (1891)
Mino-Ovari zəlzələsi — 1891-ci ildə Yaponiyada baş verən zəlzələ. 1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır. Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.
Tərcümeyi-bəyani-usuli-ətvari-səba
Tərcümeyi-bəyani-usuli-ətvari-səba — Seyid Yəhya Bakuviyə məxsus olan bu əsərdə vəlinin yeddi seyri izah olunur. Həmin yeddi seyr bunlardır: Seyr ilallah, Seyr lillah, Seyr aləllah, Seyr məallah, Seyr fillah, Seyr anillah. Ehtimal edilir ki, əsli farsca olmuş, sonradan türkcəyə tərcümə edilmişdir. Əsərin yeganə əsli İstanbul Yapı Kredi bankı Sərmət Ciftər kitabxanasındadır.