Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Nömrələr (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir. 1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Mihay Horvat
Mihay Horvat (mac. Mihaly Horvath) — Macarıstan siyasi və dini xadimi, tarixçi, Macarıstanda 1848-1849-cu illər inqilabının fəal iştirakçısı. Təhsil və Din Naziri (1849). Seqeddəki gimnaziyanı bitirmiş, sonra dini təhsil almışdır. 1844-47-ci illərdə Terezianumda macar dilindən dərs demişdir. 1848-ci ildən yepiskop olur. 1849-cu ilin yanvarında Vesprem qraflığından Debrecen şəhərindəki Macarıstan Dövlət Məclisinin deputatı seçilir. 1849-cu ilin may ayından Bertalan Semere inqilabi hökumətinin üzvü idi və burada Ruhani İşlər və Təhsil Naziri vəzifəsində çalışır. Macarıstan inqilabının məğlubiyyətindən sonra ölkədən mühacirət edir. İsveçrə, Fransa, Belçika və başqa ölkələrdə yaşayır.
Xorvat mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir. Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur. Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur. Crni rizot Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda "qara plov" (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur.
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Hersek-Bosna Xorvat Respublikası
Bosniya və Herseqovina Xorvatiya Respublikası, Xorvat Hersek-Bosna Respublikası və ya Hersek-Bosna Xorvat Respublikası (xorvat: Hrvatska Republika Herceg-Bosna) Bosniya və Herseqovina ərazisi tanınmamış geosiyasi struktur və kvazi-dövlət olmuşdur. 18 noyabr 1991-ci ildə Bosniya və Herseqovina Xorvat İcması adı altında Bosniya və Herseqovina ərazisində siyasi, mədəni, iqtisadi və regional bir bütöv olaraq elan edilmiş və 14 avqust 1996-cı ildə isə ləğv edilmişdir. 12 noyabr 1991-ci ildə Şimali Bosniyada elan edilmiş olan Bosniya Posavina Xorvat İcması 1992-ci ilin oktyabr ayında Bosniya və Herseqovinaya birləşdirilmişdir. Elan edilmiş sərhədləri daxilində Bosniya və Herseqovina ölkənin təqribi olaraq 30%-lik ərazisini əhatə edirdi, lakin onun üzərində effektiv nəzarətə malik deyildi. Bosniya müharibəsinin əvvəlində regionun bütün hissələri Serb Respublikası Ordusunun nəzarəti altına keçmişdir. Bosniya və Herseqovina silahlı qüvvələri, Xorvatiya Müdafiə Şurası, 8 aprel 1992-ci ildə yaradılmış və əvvəlcə Bosniya və Herseqovina Respublikasının Ordusu ilə ittifaq halında hərbi əməliyyatlar aparmışdır. Onların münasibətləri 1992-ci ilin axırlarında pisləşmiş və bu da öz növbəsində, Bosniya-Xorvatiya müharibəsinə səbəb olmuşdur. Bosniya və Herseqovina Respublikasının Konstitusiya Məhkəməsi 14 sentyabr 1992-ci ildə Bosniya və Herseqovina Xorvat Respublikasını konstitusiyaya zidd elan etmişdir. Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovina Respublikası Hökumətini rəsmən tanımış və dövlət daxilində bir dövlət kimi fəaliyyət göstərirdi, lakin onun rəhbərliyində olan bəziləri bu strukturun ayrılmasını və Xorvatiya ilə birləşməsi fikrini müdafiə edirdi. 28 avqust 1993-cü ildə isə Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovinanın üç respublikadan ibarət olan bir ittifaq kimi nəzərdə tutan Ouen-Stoltenberq planının təklifindən sonra respublika elan edilmişdir.
Xorvat Hersek-Bosna Respublikası