Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oselot
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. Selomun təkamül mənşəyi aydın deyil.
Oslo
Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390 (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir. Şəhərin əsası təxminən 1040-cı ildə Kral Harald III tərəfindən qoyulmuşdur. Akerhus qala-qəsri Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum) Silahlı Qüvvələr muzeyi Şəhər Darvazası – Nobel sülh mükafatı burada verilir. Tarix muzeyi Müasir sənətlət muzeyi Holmenkollen xizək tramplini – 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası Holmenkollen Xizək Muzeyi Kon-Tiki muzeyi Münk muzeyi Akerselva çayı Milli qalereya Norveç Dəniz Muzeyi Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey Oslo Şəhər Muzeyi Kral sarayı Heni-Onstad İncəsənət Mərkəzi Oslo (böyük) Kilsəsi Norveş Elm və Texnologiyalar Muzeyi Storting-parlament binası Vigeland parkı Vikinq Gəmi muzeyi Tryvannstårnet-tele-qülləsi Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir.
Oşel
Oşel — Tatarıstanın Tetüş rayonuna aid olan bu qədim yaşayış məntəqəsinin adı rus dilinə adaptasiya nəticəsində taninmaz dərəcədə dəyişmişdir. Belə dəyişmələr Aş çayının adında (indi Oş) və bu çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi Oşa) və Əşnək (indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş (As) tayfa adı və ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz Aşlı (Oşel) ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır. Tərkibində aş komponentli adlara Tatarıstanın hüdudlarından kənarda da rast gəlinir. Başqırdıstanın Belokatay rayonunda Aşit və Aşinski adında iki başqırd kəndi vardır. Mari Muxtar vilayətində Aşinski qəsəbəsi və Malaya Oşla çayı, eləcə də, Mokşa çayının qolu Oşla, Çını çayının (Oka höfzəsində) qollarından biri Aşlı çayı adları, Çelyabinsk vilayətində Aşinski şəhəri, Zabaykalyedə Onon çayının sol qolu Aşinqa, Xocənd vilayətində Aşit qəsəbəsi, Başqırdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi Sterli Tamaq) şəhər adları Aş (As)larla əlaqədardır. Eşnek adında İrəvan-Talin qəzasında nahiyyə olması sənədlərdə rast gəlinir. Ehtimal etmək olar ki, Krımda Eşkene (indi Serovo), Aştaraq (Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir. Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da yer adlarının mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik araşdırmanın aparılması işini çətinləşdirir.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
Oslo Sindromu
Oslo Sindromu — Professor Kennet Levinin müəllifi olduğu kitabı. Müəllif Ərəb-İsrail konfliktindən danışaraq israillilərin ərəblərlə olan düşmənçiliyə olan reaksiyasını Stokholm sindromuna, əsir tutulanın əsir tutana olan empatiyasına və Döyülmüş Uşaq Sindromuna (oxu: uşağın müntəzəm olaraq valideynləri və ya digər himayəçiləri tərəfindən döyülməsi, qeyri-qəzavi travma) bənzədir. Kitabda mühasirədə olan xalqın sırf uzunmüddətli müharibələrdən bezdiyi və sülh arzusunda olduğu üçün öz mühasirəçilərinə getdiyi güzəşt və qarşı tərəfin zorakılığına baxmayaraq buna göz yumması "Oslo sindromu" adlandırılır. Oslo sindromu – "Mühasirədə qalan insanların illüziyası" anlayışı ilk dəfə elmə Dr. Kennet Levin tərəfindən gətirilmişdir. O, Pensilvaniya Universitetində riyaziyyat, Oksford Universitetində İngilis dili və Ədəbiyyatı fakültələrində təhsil almış, magistratura təhsilini yenidən Pensilvaniya Universitetində davam etdirərək Prinston Universitetində fəlsəfə doktorluğuna yiyələnmişdir. Hazırda o, Harvard Tibb Məktəbində klinik təlimatçı (oxu: nəzəri biliklərdən daha çox təcrübi yollarla müalicə üsullarına dair təlim keçən şəxs) kimi fəaliyyət göstərir və psixiatriyaya dair şəxsi təcrübələrini davam etdirir. Dr. Kennet Levinin İsrail və Ərəb-İsrail konfliktinə dair bir çox yazıları vardır. 1993-cü ilin sentyabrında Ağ Evdə İzak Rabin və Yasir Ərəfat arasında arasında müqavilə bağlandığı gecə Yasir Ərəfat İordaniya televiziyasında çıxış edərək üzünü seçicilərinə tutub bildirdi ki, onlar gərək Oslo müqaviləsini 1974-cü ildə FAT (oxu: Fələstin Azadlıq Təşkilatı) tərəfindən hazırlanmış və əsas məqsədi İsraili məhv etmək olan Çoxmərhələli Planın ilk mərhələsi kimi görsünlər.
Oslo Universiteti
Oslo Universiteti (norveçcə Universitetet i Oslo, lat. Universitas Osloensis) — Norveçin ən qədim, böyük və nüfuzlu universitetidir. Oslo şəhərində yerləşir. Universitet 1811-ci ildə "Kral Frederik Universiteti" (norveçcə Det Kongelige Frederiks Universitet və latınca Universitas Regia Fredericiana) kimi yaradılıb. Universitetin tikintisi üçün Humbolt Universitetindən nümunə götürülüb, və ilkin olaraq Danimarkanın və Norveçin kralı olan Frederikin şərəfinə adlandırılmışdır. Öz bugünkü adını isə 1939-cu ildə alıb. Universitetdə lüteranlıq, ilahiyyat, hüquq, tibb, humanitar, riyaziyyat, təbiət elmləri, stomatologiya, sosial elmlər və təhsil fakültələri var. Hüquq fakültəsi hələ Milli Teatrın yaxınlıqda olan köhnə şəhərçikdə Karl Yohans küçəsində (Karl Johans gate), parlamentin (Stortinget) və kral sarayının yanında yerləşir. Digər fakültələr isə 1930-cu ildən tikilən müasir universitet şəhərçiyində Blindern adlı ərazidə yerləşir. Tibb fakültəsi isə Oslo ərazisində bir neçə universitet xəstəxanaları arasında bölüşdürülüb.
Oslo anlaşması
Oslo razılaşması
Oslo şəhəri
Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390 (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir. Şəhərin əsası təxminən 1040-cı ildə Kral Harald III tərəfindən qoyulmuşdur. Akerhus qala-qəsri Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum) Silahlı Qüvvələr muzeyi Şəhər Darvazası – Nobel sülh mükafatı burada verilir. Tarix muzeyi Müasir sənətlət muzeyi Holmenkollen xizək tramplini – 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası Holmenkollen Xizək Muzeyi Kon-Tiki muzeyi Münk muzeyi Akerselva çayı Milli qalereya Norveç Dəniz Muzeyi Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey Oslo Şəhər Muzeyi Kral sarayı Heni-Onstad İncəsənət Mərkəzi Oslo (böyük) Kilsəsi Norveş Elm və Texnologiyalar Muzeyi Storting-parlament binası Vigeland parkı Vikinq Gəmi muzeyi Tryvannstårnet-tele-qülləsi Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir.
Çarski Selo
Çarski Selo (Rusca: Ца́рское Село́, "Çarın kəndi") — Sankt Peterburq şəhərinin 24 km cənubunda yerləşən, imperiyanın keçmiş iqamətgahıdır. Hal-hazırda Puşkin şəhərinin də bir hissəsidir. Sovet dönəmində Detski Selo da adlanmışdır.
Çarskoye selo
Çarski Selo (Rusca: Ца́рское Село́, "Çarın kəndi") — Sankt Peterburq şəhərinin 24 km cənubunda yerləşən, imperiyanın keçmiş iqamətgahıdır. Hal-hazırda Puşkin şəhərinin də bir hissəsidir. Sovet dönəmində Detski Selo da adlanmışdır.
Oslo Opera Evi
Oslo Opera Evi (nor. Operahuset) - Norveçin paytaxtı Oslo şəhərində yerləşən, Norveç Opera və Balet mərkəzi olan və milli opera teatrı olan bina. Bina Oslonun mərkəzi ilə qonşu olan Byorvikada, Oslofyordun başında yerləşir. Bina Norveçin hökumət əmlakları üzrə agentliyi olan Statsbiq tərəfindən idarə olunur. Opera Evində ümumi sahəsi 38.500 olan 1100 otaq yerləşir. Əsas mərtəbəsi 16 metr genişliyində, 40 metr hündürlüyündədir. Binanın bucaqlı fasadı İtalyan mərməri və ağ qranitlə örtülmüşdür və bu ona sanki yağışdan çıxmış görkəm verir. Bu bina tamamlanana qədər Norveçin ən böyük tikilisi təqribən 1300-cü ildə tikilmiş Nidar kafedralı sayılırdı. Uzun mübahisələrdən sonra yerli qanunverici orqan 1999-cu ildə şəhərdə yeni opera binası tikmək qərarını verdi. Müsabiqə keçirildi və 350 layihə təqdim olundu.
Reyyan ibn Səlt
Reyyan ibn Səlt (ərəb. الريّان بن الصلت‎) — 8-ci şiə imamı Rzanın səhabəsi. Rzadan bəhs edən Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı kitabının müəllifi. Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.