Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Ceyms MakEvoy
Ceyms Endryu Makevoy (ing. James McAvoy, 21 aprel 1979, Qlazqo) - Şotland aktyor. Yeniyetməlik dövründən aktyorluğa başlayan Ceyms 1995-ci ildə Yaxın Otaq (The Near Room) filmi ilə debüt etdi. 2000-ci illərə qədər bir çox televiziya çıxışları ilə yadda qaldı. Onun görkəmli televiziya işlərinə Böyük Oyun, Utanmaz və Qum təpəsinin uşaqları kimi seriallar daxildir. Ekran fəaliyyətindən başqa Makevoy 2009-cu ildə Yağışlı Üç Gün (Three Days of Rain) ilə səhnəyə çıxdı. 2011-ci ildə isə Qnomeo və Culyetta və Artur Krismas kimi animasiya filmləri üçün səs çalışmalarında iştirak etdi.
Pavo
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. == Qısa təsviri == Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25 kq-a çatır.
Paavo Nurmi
Paavo Yohannes Nurmi— Finlandiyalı yaxın və uzun məsafəyə qaçış üzrə atlet. O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı. Nurmi 1,500 metr və 20 km arasında məsafələrə qaçış üzrə 22 rəsmi dünya rekordunu müəyyənləşdirib və Olimpiya Oyunlarında on iki dəfə iştirakı ərzində doqquz qızıl və üç gümüş medal qazanıb. 14 illik karyerası boyu o, ölkələrin kross yarışlarında və 10,000 metrlik məsafələrdə məğlubiyyətsiz oyunlar seriyasını qoruyub saxladı. Fəhlə ailəsində anadan olmuş Nurmi 12 yaşında ailəsini təmin etmək üçün məktəbi tərk etdi. O, 1912-ci ildə Hannes Kolehmaynenin Olimpiya uğurlarından ilhamlanaraq, özüdə ciddi olaraq qaçış idmanı ilə məşğul olmağa başladı. Nurmi hərbi xidməti zamanı bu idman növündə daha da inkişaf etməyə başladı və ilk dəfə 1920-ci il Yay Olimpiya Oyunlarında debüt etdi. 5000 metr məsafəyə qaçış yarışlarında gümüş medal qazandıqdan sonra, o 10000 metr məsafəyə və kross yarışlarında qızıl medal qazandı. 1923-cü ildə Nurmi eyni vaxtda 5000 və 10000 metr məsafələrə qaçış yarışlarında dünya rekorduna sahib olan və hələki yeganə idmançıdır. Nurmi 1924-cü il Yay Olimpiya Oyunlarında iki saatdan az müddətdə müxtəlif məsafələrə qaçış yarışlarında qızıl medallar qazandı.
Pavol Çervenak
Pavol Çervenak (1 iyul 1987-ci ildə anadan olub) — Pavol Kervenak kimi də tanınan, Slovakiyanı təmsil edən peşəkar tennisçidir. == 2012 == Pavol Çervenak Ştutqart turnirinin ikinci dövrəsində torpaq kortda Tommi Haasa qalib gəlmişdir.(6–4, 6–4).
Sander Paavo
Sander Paavo (d. 27 avqust 1998) — Estoniyalı üzgüçü. Sander Paavo Estoniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sander Paavo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 1:00:05.8 saniyəlik nəticə ilə 53-cü yeri tutdu və yarışı başa vurdu.
Pavol Nedo
Pavol Nedo (y.sorb Pawoł Nedo; 1 noyabr 1908[…] – 24 may 1984[…], Leypsiq) — sorb müəllimi, professor, etnoqraf və ictimai xadim. "Domovina" mədəni və ictimai cəmiyyətinin sədri (1933-1950). == Bioqrafiya == 1 noyabr 1908-ci ildə Veissenberg şəhəri yaxınlığındakı Kotetsy sorb kəndində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra 1928-ci ildə Bautzendəki orta məktəbdə oxuyub. Sonra 1932-ci ilə qədər Leypsiq Universitetində oxumuş, burada etnologiya, pedaqogika və alman filologiyası üzrə təhsil almışdır. Yalnız burada, kollecdəki sorb dostlarının əhatəsində o, sorb dilini, ədəbiyyatını və folklorunu dərindən öyrənməyə başlayır. Burada o, həm də Sorb Tələbələri Assosiasiyasının üzvü və daha sonra sədri olur. Nasist rejimi hakimiyyətə gəldikdən sonra yerli hakimiyyət orqanları tərəfindən “Vendiya mədəniyyəti üzrə texniki məsləhətçi” vəzifəsinə təyin edilib. Domovina üzvlərinin 27 dekabr 1933-cü ildə keçirilən qurultayında o, nasist rejimini dəstəkləməyə çağırırdı. Həmin qurultayda o, yekdilliklə sorb Domovina ictimai təşkilatının sədri seçildi.
Antuan Fransua Prevo
Antuan Fransua Prevo (fr. Antoine François Prévost; 1 aprel 1697[…] – 25 noyabr 1763[…]) — Fransa yazıçısı. Romanı "Manon Lesko" ilə daha çox tanınır.
Savoy Homann Hotel
Savoy Homann Bidakara Hotel — İndoneziyanın Bandunq şəhərinin Asiya-Afrika küçəsində yerləşən tarixi lüks dördulduzlu hotel. Bu otel 1939-cu ildə 19-cu əsrdə inşa edilmiş Homann otelini əvəz etmişdir. Hollandiyalı memar Albert Aalbers tərəfindən dizayn edilmiş otel art-deko eksteryer, interyer və tarixi mebellərə malikdir. Bu bina memarlıq irsi və Niderland Ost-Hindinin art-deko kolonial memarlığının gözəl nümunəsidir. == Tarixi == 1810-cu ildə Böyük Poçt Yolu açıldıqdan sonra Preanger bölgəsində çoxlu müstəmləkə dövrünə aid əkin sahələri yaradıldı. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Bandunq zəngin plantasiya sahibləri üçün xüsusən də həftə sonları tanınmış biznes, alış-veriş və istirahət məkanına çevrildi. Nəticədə şəhərdə otel biznesi çiçəklənirdi. İndiki sələfi olan otelin Homann Oteli 1871–72-ci illərdə Homann ailəsinə məxsus idi və bu ailə tərəfindən istifadə olunmuşdu. Bu otel xanım Homannın ləzzətli "Rijsttafel"i (hərfi mənada "düyü süfrəsi" kimi tərcümə olunan Holland sözü Qərbi Sumatranın Padanq bölgəsindən Nasi-padanqın hidanq təqdimatından sonra hollandlar tərəfindən uyğunlaşdırılmış İndoneziyaya aid yemək) ilə məşhur idi. Bu ilk kiçik bina qotika-romantik üslubda dizayn edilmişdir.
Xose İqnasio Pavon
Xose İqnasio Pavon (isp. José Ignacio Pavón; 1791, Verakruz[d] – 24 may 1866, Mexiko) — Meksika hüquqşünası, vəkili və siyasətçisi. 13 avqust 1860-cı ildən 15 avqust 1860-cı ilə qədər Meksika Prezidenti vəzifəsini icra etmişdir. == Həyatı == Pavon Verakruzda anadan olmuş, təhsilinə burada başlamışdır. O, təhsilini Mexikoda yerləşən San-İldefonso Kollecində davam etdirmiş, burada fəlsəfə və hüquq üzrə təhsil almışdır. 1823-cü ildən Maliyyə Nazirliyində xidmət etmişdir. Texas İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1841-ci ildə Meksika Ali Məhkəməsinin üzvü olmuşdur. O, 1860-cı ildə baş hakim vəzifəsini icra etmişdir Pavon iki 13–15 avqust 1860-cı il tarixlərində prezident səlahiyyətlərini icra etmişdir. Bundan sonra o, Ali Məhkəmədə işinə qayıtmışdır.
Pavo Nurmi
Paavo Yohannes Nurmi— Finlandiyalı yaxın və uzun məsafəyə qaçış üzrə atlet. O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı. Nurmi 1,500 metr və 20 km arasında məsafələrə qaçış üzrə 22 rəsmi dünya rekordunu müəyyənləşdirib və Olimpiya Oyunlarında on iki dəfə iştirakı ərzində doqquz qızıl və üç gümüş medal qazanıb. 14 illik karyerası boyu o, ölkələrin kross yarışlarında və 10,000 metrlik məsafələrdə məğlubiyyətsiz oyunlar seriyasını qoruyub saxladı. Fəhlə ailəsində anadan olmuş Nurmi 12 yaşında ailəsini təmin etmək üçün məktəbi tərk etdi. O, 1912-ci ildə Hannes Kolehmaynenin Olimpiya uğurlarından ilhamlanaraq, özüdə ciddi olaraq qaçış idmanı ilə məşğul olmağa başladı. Nurmi hərbi xidməti zamanı bu idman növündə daha da inkişaf etməyə başladı və ilk dəfə 1920-ci il Yay Olimpiya Oyunlarında debüt etdi. 5000 metr məsafəyə qaçış yarışlarında gümüş medal qazandıqdan sonra, o 10000 metr məsafəyə və kross yarışlarında qızıl medal qazandı. 1923-cü ildə Nurmi eyni vaxtda 5000 və 10000 metr məsafələrə qaçış yarışlarında dünya rekorduna sahib olan və hələki yeganə idmançıdır. Nurmi 1924-cü il Yay Olimpiya Oyunlarında iki saatdan az müddətdə müxtəlif məsafələrə qaçış yarışlarında qızıl medallar qazandı.
Pavo cristatus
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Pavo muticus
Yava tovuz quşu (lat. Pavo muticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü.