Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Paqan krallığı
Paqan krallığı (Birma dilində: ပုဂံခေတ်, tələffüzü [bəɡàɴ kʰɪʔ] - Birma ərazisində 849–1287-ci illərdə mövcud olmuş dövlət. Orta əsrlərdə mövcud olmuş bu Birma dövləti 1044-cü ildə yaradılmış və 1287-ci ilə qədər mövcud olmuşdur. Oun paytaxtı eyni adlı şəhər- Paqan olmuşdur. Paqan ilk Myanma dövləti idi ki, bütün Myanma ərazisini vahid dövlət şəklində birləşdirməyə nail olmuşdur. Məhz bu dövlətin mövcud olduğu dövrdə Birma yazısı, incəsənəti, ədəbiyyatı və memarlığı yarandı. Çin ərazisindən və digər ərazilərdən Birmaya məcburi və qeyri-məcburi miqrasiya edən tayfalar tədricən yerli xalqları sıxışdırmağa başladılar. Beləliklə, uzun müddət Birmada tayfalar arasında hakimlik uğrunda mübarizə aparılmışdır. 1044-cü ildə Paqon dövlətinin yaradıcısı Anorat bu mübarizədə qalib çıxdı. Anoratın hakimiyyəti dövründə (1044-1071) Paqon dövləti bütün Birmanı öz hakimiyyəti altında birləşdirərək Cənub-Şərqi Asiyada ən qüdrətli dövlətə çevrilmişdi. Lakin XIII əsrdə Birma-Mon ziddiyyətləri baş qaldırdı.
Paqan xan
Paqan xan — (bolq. Паган) - Bulqar xanı. 767-768ci ildə hakimiyyətdə olmuşdur. Cəmi 1 il hakimiyyətdə qalmışdır. Hansı sülaləyə mənsub olduğu bilinmir. V Konstantin ilə sülh bağlamağa çalışmış, keçmiş xan Sabin xan ilə görüşmüşdür. Lakin gözlənilmədən hücum edən imperator Pliskanı ələ keçirib yandırmışdır. Əyanların qəzəbinə məruz qalan xan Varna yaxınlığında qulluqçuları tərəfindən öldürülmüşdür.
İsabel Paqan
İsabel Paqan (d. 24 iyul 1986) — İspaniyanı təmsil edən bədii gimnast. İsabel Paqan, İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. İsabel Paqan, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Karolina Rodrigez, Marta Linares və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. İsabel Paqan növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
İzabel Paqan
İzabel Paqan (d. 24 iyul 1986) — İspaniyanı təmsil edən bədii gimnast. İzabel Paqan İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == İzabel Paqan 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzales, Karolina Rodriges, Marta Linares və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. İzabel Paqan növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzales, Barbara Qonzales, Ana Pelas, Veronika Ruis və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Calğan
Aşağı Calğan
Damğan
Damğan (fars. دامغان‎) — İranın Simnan ostanında yerləşən şəhər, Damğan şəhristanının mərkəzi. == Ümumi məlumat == Şəhər Tehran ilə Məşhəd arasındaki avtomobil yolu üzərində, Tehrana 342 km uzaqlıqdadır. 2006-cı il siyahıya alınmasına görə əhalisi 57331 nəfərdir. == Tarixi == Damğan orta əsrlərdə Kumis (Koomes) bölgəsinin mərkəzi olan önəmli bir şəhərdir. Amma o zamana aid bir neçə böyük sütun qalıntısından başqa bir əsər günümüzə çatmamışdır. İslam dönəminə aid ən önəmli əsərsə XI əsrdə inşa edilən indi yıxıq durumdaki, iki minarəli Tarixaneh Camidir. Bu cami İranın bilinən ən qədim məscididir. Şəhərin təqribən 26 km. şimalında Hecatompylos qalıntıları vardır.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Vayqan
Vayqan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,091 nəfər və 1,095 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Çadgan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çanqan
Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi.
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Padran
Padran (port. Padrão) — Portuqaliyalı dəniz səyyahları tərəfindən yeni kəşf edilən ərazilərdə yerləşdirlən üzərində Portuqaliyaya aid simvollar və xaç daşı. Padrao xaç daşları ilk dəfə Bartolomeu Dias və Vasko da Qama kimi səyyahlar tərəfindən tikilmişdir. Bununla da kəşf olunan ərazilərin Portuqaliya krallığına məxsus olduğu göstərilirdi.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Jaqan
Jaqan (pol. Żagań) — Polşada şəhər. == Tarix == 1202-ci ildə ilk dəfə insanlar bu ərazidə məskunlaşmağa başlamışdır. Nəticədə 1280-ci ildə şəhər qurulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəhərin saytı.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Çağan
Birinci Çağan
Ercan Yazgan
Ercan Yazgan (4 aprel 1946, Sinop – 8 mart 2018, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur.