Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Panik (İğdır)
Panik — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901 və 1928-ci il qaynaqlarında Panik adını daşıyır. 1960-cı ildə kəndin adı Özdəmir olaraq dəyişdirilmişdir. Uzun illər bu adı daşıdıqdan sonra, 2014-cü ildə tekrar "Panik" olaraq adlandırılır. İğdırdan 7 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 960 nəfər erməni yaşayırdı.
Pazik (Puldəşt)
Pazik (fars. پزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (95 ailə).
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.
Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Pazuki
Pazuki, müxtəlif bölgələrdə hərflərlə (Pazuki, Pizuki, Bazuki, Paziki, Bizuki) tələffüz olunan bir türk tayfasının adıdır. Pazuki zamanla fərqli sözlərə çevrilən, lakin ümumilikdə fonetik kökü türk mənşəli Bezuki, Bozuk, Buzuki, Pizuk, Bizik sözləridir. Türk dilində Buzuk sözü eyni zamanda qəbilə bölgələrindən birinin - Oğuz Türklərinin də adını daşıyır .. Anadolu Türkmənlərində kökləri olan böyük Pazuki tayfası tədricən mədəniyyətindən və dilindən uzaqlaşaraq kürddilli xalqların yanına gəldi və zamanla kürddilli oldu. Tarixin eniş-yoxuşları səbəbindən bu qəbilə müxtəlif bölgələrə köç etdi və bir çox dilləri qəbul etdi və uzaq iqlim və torpaqlarda bu köçlər zamanla bu xalqın bir çox fərqli mədəniyyət və dilləri qəbul etmələrinə səbəb oldu. Vaxt keçdikcə bu xalqın orijinal kimliyi birmənalı olmayan bir dövrdə qalır.Amma bu qəbilənin ana dili türk idi ki, bu xalqın əksəriyyəti bu dili unutmuşdur.. Zamanla Pazuki xalqının mənşəyi Pazukialıların on əsr əvvəl Anadoluda mövcud olan çox köhnə türkmən kökləri var. Bu gün də Pazuki tayfası kürd tayfaları ilə birlikdə yaşayan və kürd tayfaları arasında uzun müddət qaldıqları müddətdə kürd dilində danışaraq öz kimliklərini unutduran İraq və Suriyanın Türkomansları ilə əlaqələndirilə bilər. Türk Kürdüstanda (kürd olduqdan sonra) kürd tayfasının böyük qollarını meydana gətirdilər. Pazuki qəbiləsi bir əsrdən çoxdur Türk Kürdüstanındakı Van gölünün şimal bölgələrini və Kermanşah torpaqlarını idarə etmişdir.
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Abnik
Aznıç
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Xanik
Xanik (Bəradost dehistanı)
İznik
İznik — Bursanın ilçəsi. İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır. 2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır. Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir. Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir. 28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.
Patrik Aşi
Patrik Aşi (fr. Patrick Achi; 17 noyabr 1955, Paris) — 26 mart 2021-ci ildən etibarən Kot-d'İvuarın Baş naziri vəzifəsini icra edən Kot-d'İvuar siyasətçisi. Aşi Parisdə Kot-d'İvuar əsilli ana və fransız əsilli atadan doğulub. O, Fransa və ABŞ-da təhsil alıb. Atasının adı Eratum, anasının adı isə Attiyedir. 16 aprel 2020-ci ildə COVID-19-dan müsbət test verdiyini və növbəti bildirişə qədər özünü təcrid etdiyini açıqladı. 2021-ci ilin may ayında o, yorğunluq və tibbi müayinədən keçmək üçün Parisə aparılıb. 2010–2017-ci illər arasında Aşi Qiyom Soro, Janno Aussu-Kuadio və Deniyel Kablan Dunkan hökumətlərində İqtisadi İnfrastruktur Naziri olub. Aşi xəstəxanaya yerləşdirilən Baş nazir Həməd Bakayokonun vəzifələrini icra etmək üçün 8 mart 2021-ci ildə Baş nazir təyin edildi. Bakayoko iki gün sonra vəfat etdi.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır. Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.
Patrik Broun
Patrik Broun (ing. Patrick Browne; 1720[…], Meyo[d] – 29 avqust 1790) — İrlandiya botaniki. Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Patrik Hikki
Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir. Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur. Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki, 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir. Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir. 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur. Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir.
Patrik Klüvert
Patrik Stefan Klüvert ([ˈpɛtrɪ ˈklœyvərt] ( dinlə), 1 iyul 1976, Amsterdam) – hollandiyalı keçmiş futbolçu, məşqçi və idman direktoru. Xüsusilə Ayaks, Barselona və Hollandiya millilərində hücumçu kimi çıxış edib. Hazırda Super Liqa komandalarından olan "Adana Dəmirspor"un keçmiş baş məşqçisi. Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.
Patrik Kpozo
Patrik Kpozo (isv. Patrick Kpozo; 15 iyul 1997, Akkra) — Qana futbolçusu, futbol üzrə İsveç çempionatında çıxış edən "AİK" FK-nın müdafiəçisi. Patrik Kpozo Qana futbolunun yetirməsidir. O, 2015-ci ildə "AİK" skautlarının maraqlarını cəlb etmiş və sınaq üçün İsveç klubuna gəlmiş, tezliklə burada müqavilə imzalayaraq gənclər komandasına qoşulmuşdur. Kpozo 2016-cı il mövsümündən əsas komandaya gətirilmişdir. O, 23 may 2016-cı ildə İsveç çempionatında "Gefle" ilə qarşlkaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir. Patrik Kpozo 20 yaşadək Qana yığması ilə təlim-məşq toplanışına dəvət edilmişdir, rəsmi oyunlarda iştirak etməmişdir.
Patrik Kutrone
Patrik Kutrone (3 yanvar 1998, Komo, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. "Komo" klubunun hücumçusu.
Patrik Modiano
Patrik Modiano (fr. Patrick Modiano; 30 iyul 1945[…], Bulon-Biyankur, Sena[d], Fransa) – - Fransız roman yazarı və 2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatını qəbul edən şəxsdir. O, əvvəlcə 2012-ci ildə Avropa Ədəbiyyatı üçün Avstriya Dövlət Mükafatı, 2010-cu ildə həyat boyu nailiyyət üçün Prix mondial Cino Del Duca, 1978-ci ildə Prix Goncourt və 1972-ci ildə Grand Prix du roman de l'Académie française sahibi oldu. Onun əsərləri 30-dan çox dilə tərcümə edilib və Fransa və ətrafında məşhurlaşıb. Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatına Patrick Modiano “özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə” layiq görülmüşdür. Patrick Modiano 1945-ci il, iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur icmasında anadan olmuşdur.Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra Patrick Modiano Parisdə “IV Henri liseyi”ndə təhsil almağa başlayır.Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu həndəsədən Patrickə özəl dərs verir. Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların yerinə” (La place de l’étoile) əsərini yazır. Modianonun əsərləri əsasən yaddaş, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir.Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir.